Abay Kunanbayev
Abay (İbrahim) Kunanbayev (1845, Semey vilayəti — 1904) — Qazax şairi, yazıçısı, bəstəkarı, maarifçisi, mütəfəkkiri, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi.
Abay Kunanbayev | |||
Doğum tarixi | 29 iyul 1845, 10 avqust 1845 | ||
Doğum yeri | Jidebay | ||
Vəfat tarixi | 23 iyun 1904, 6 iyul 1904 | ||
Vəfat yeri | Jidebay | ||
Dəfn yeri | Mausoleum of Abai Qunanbaiuly | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Atanın oğlu olduğuna görə yox, insan oğlu olduğuna görə fəxr elə.
B
redaktə- Başqaları üçün yaşamaq istəyirsənsə, onda həyatda gözüaçıq ol, öz qüvvənə arxalan, zəhməti sev.
- Boşuna keçən gənclik fəlakətdir.
C
redaktə- Cahillikdən doğan sözü təkrar edərkən ehtiyatlı olmaq lazımdır.
D
redaktə- Dünya təkcə bəlalarla deyil, həm də əyləncələrlə doludur.
- Dünyanın müdrik insanları çoxdan belə bir qənaətə gəliblər ki, tənbəl insan, bir qayda olaraq qorxaq və iradəsizdir. İradəsiz insan isə qorxaq və lovğadır. Lovğa insan qorxaq, axmaq və cahildir. Axmağın, cahilin şərəf haqqında anlayışı yoxdur. Şərəfsiz isə tənbəldən dilənir, acgözdür, fərasətsizdir, ətrafdakılara yaxşlılıq arzu etmir.
- Düşüncəsi, ürəyi, iradəsi bir olan-istədiyi zirvəni fəth eyləyər hər zaman.
Ə
redaktə- Əgər mənim ixtiyarım olsaydı, insanın islah olunmasının mümkün olmadığını təsdiq edənin dilini kəsərdim.
- Əmək sevincdir, tənbəllik isə ağır bəla..
- Əmək- sevinc, tənbəllik- qəddar qamçıdır.
G
redaktə- Gücüm olsaydı, insanın düzəlməz olduğunu iddia edənin dilini kəsərdim.
H
redaktə- Həddən artıq təngə gəlmə hər şeydə qüsur tapır.
- Hər şeyi ürəyinlə yoxla.
- Hiylə ilə yaşamaq, yaxud ağlayıb yalvarmaq yaşamaq deyil, gün keçirməkdir.
X
redaktə- Xalqlar Allahın sevgisi ilə yaradılıb və sən onları özün kimi sev. İnsanları qardaşın kimi, azadlıq kimi sevsən, həqiqət də və həyat da sənin üçün olacaq.
İ
redaktə- İlk görüşdə əlini sıxır, yaltaqlanır, quyruq bulayır, çönən kimi artıq o adam deyil və alçaqlığı ilə adamı heyran edir.
- İncəsənət həyat həqiqəti ilə vəhdət təşkil edəndə gerçək incəsənət olur.
- İnsan dodaqlarından qopan ən gözəl fikirlər tutqunlaşır.
- İnsan yalnız özünü yaxşı adamla müqayisə edəndə yaxşı insan ola bilər.
- İnsan, zəmanəsinin övladıdır. Əgər o pisdirsə, bunun günahkarı onun müasirləridir.
- İnsanın ləyaqəti işi sona çatdırması ilə deyil, işə yanaşmasi ilə müəyyən edilir.
- İnsanın ləyaqəti məqsədə çatıb-çatmadığı ilə yox, bu məqsədə hansı yolla getməsi ilə müəyyən edilir.
- İnsanlar arasından ən pis insan cəhd göstərməyən insandır.
- İradə yetişdirin — bu zehni qoruyan zirehdir.
- İradə, sən güclüsən, amma qoy səni də ürək idarə etsin…
- İradəni tərbiyə et- bu, zehni qoruyan bir zirehdir.
Q
redaktə- Qayğısız olandan çəkin, kədərli olanla ol.
- Qəzəb içində qışqıran zərərsizdir. Qəzəb içində susandan qorx.
L
redaktə- Ləyaqətli insan çox olmasını arzu etsə də, aza qane olur, ləyaqətsiz insan isə artıqlaması ilə alsa da, razı qalmır.
M
redaktə- Mübahisədə yüzlərlə insanı məğlub edib onları düzgün yoldan azdıran insan, bir insanı düzgün yola yönəldən insandan min qat aşağı bir insandır.
- Müdriklərin sözlərini xatırlayan adam özü də ehtiyatlı olar.
N
redaktə- Nə qədər ki, xoşbəxliyə çatmamısan, hamı arzularını bölüşür və sənə yaxşı şeylər arzulayırlar. Elə ki, tale üzünə güldü və sən xoşbəxt oldun, sənin xeyirxahın yalnız sən özün olursan.
Ö
redaktə- Özü üçün işləyən adam qarnını doyduran heyvana bənzəyir.
P
redaktə- Peşmançılıqdan doğan gülüş sevinc yox, kədərdir.
- Pis dost kölgə kimidir: günəşli havada qaç- qaça bilməzsən, tutqun havada axtar-tapa bilməzsən.
R
redaktə- Rus dilini bilmək dünyaya göz açmaq deməkdir.
S
redaktə- Sevər özünü öysün o kəs ki heç nə qanmaz,
Pul ilə heç bir zaman mərifət almaq olmaz. - Sevinc tapdığımız şeydə kədər də taparıq.
- Səbrlə fikirləri, qızğın ehtirasları,
İradənin hökmünə tabe edəsən gərək.[1]
- Sirrini dostları olmayanla paylaş, dostluğu dostları çox olanla et.
- Sokratı kim zəhərlədi, Janna Darkı kim yandırdı, İsanı kim çarmıxa çəkdi, Məhəmməd peyğəmbəri dəvə sümüklərinin qalıqları olan yerdə kim dəfn etdi? Kütlə. Deməli, kütlənin ağlı yoxdur. Onu həqiqət yoluna yönəltməyi bacar.
Ş
redaktə- Şöhrət — uca qayalıq, insan oraya sürünə-sürünə, qartal isə bir dəfə qanad çalmaqla çıxır.
- Şöhrət, yüksək bir qayadır. İlan bu qayaya sürünərək qalxır, şahin isə qanad çalmaqla.
T
redaktə- Taleyin hökmünə yalnız fərsiz tabe olur.
Y
redaktə- Yalnız ağıl, elm, iradə, vicdan insanı yüksəldir. Başqa cür yüksəlməyin mümkün olduğunu yalnız axmaq adam düşünə bilər.
- Yalnız özü üçün çalışan qarnını dolduran heyvana bənzər. Ləyaqətli insan bəşəriyyət üçün çalışır.
Z
redaktə- Zəhmət çəkmədən sərvət axtarmaq ayıbdır.
- Zəiflikdən irəli gələn təvazökarlıq üstünlük deyil.
Xarici keçidlər
redaktəSkript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.
İstinadlar
redaktə- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.139