Əmək
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Böyük bacarıqla idarə olunan gərgin əmək heç vaxt itmir. Samuel Conson
DRedaktə
- Dünyanı tərpətmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi - azad əməkdir. Maksim Qorki
ƏRedaktə
- Əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır, onu söndürsəniz hər yer zülmətə çevrilər. Konstantin Uşinski
- Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır. Tur Xander
- Əmək dostluq yaradır. Höte
- Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir. Maksim Qorki
- Əmək xoşbəxtliyin atasıdır. Bencamin Franklin
- Əmək inası nəcibləşdirir, onu xeyirxah edir. Vissarion Belinski
- Əmək insanı ucaldır. Azərbaycan atalar sözləri/Ə
- Əmək qızıl bilərzikdir. Azərbaycan atalar sözləri/Ə
- Əmək mübarizədir, mübarizə isə həzzdir. Romen Rollan
- Əmək nəzəriyyə ilə təcrübənin canlı vəhdətidir. Aristotel
- Əmək sevincdir, tənbəllik isə ağır bəla. Abay Kunanbayev
- Əmək və bilik, "ikinci təbiət" yaradır. Bu isə sözün dəqiq əsil mənasında mədəniyyətdir.Maksim Qorki
- Əməksiz yemək olmaz. Azərbaycan atalar sözləri/Ə
- Əmək yaradıcı insanın qüdrəti və sevincidir. Romen Rollan
XRedaktə
- Xəbərdarlıq yolu ilə təhsil həm çox əmək istər, həm də az işə yarayar. Platon
- Xoşa gələn əmək adama çətin gəlməz. Uilyam Şekspir
QRedaktə
- Quş uçmaq üçün yarandığı kimi, insan da əmək üçün yaranıb. Alman atalar sözləri
NRedaktə
- Namuslu əmək insan üçün ən mənfəətli işdir. Kalinin
ŞRedaktə
- Şöhrət - ciddi əmək hesabına qazanılır. Baltazar Qrasian
YRedaktə
- Yalnız şüurlu və azad əmək insanı xoşbəxt edə bilər. Konstantin Uşinski
ZRedaktə
- Zehni əmək hər cür kədəri uzaqlaşdırmağa qadirdir. Sədi