Abbas Səhhət
Mehdizadə Abbas Əliabbas oğlu — (1874, Şamaxı - 11 iyul 1918, Gəncə) - şair, yazıçı, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.
Abbas Səhhət | |||
![]() | |||
Tam adı | Mehdizadə Abbas Əliabbas oğlu | ||
Doğum tarixi | 1874 | ||
Doğum yeri | Şamaxı | ||
Vəfat tarixi | 11 iyul 1918 | ||
Vəfat yeri | Gəncə | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- A hürriyyət! A münfərid əməlim,
İştə sənsən səadəti bəşərin.
B redaktə
- Biz dünyanı dilimiz vasitəsi ilə öyrənirik, dilimiz vasitəsi ilə tərbiyə tapırıq.[1]
E redaktə
- Elmdir cümlə sənətin dəyəri, Elmsiz sənətin nədir səməri?
- Elminə güvənmə hər kişinin,
Bağlıdır, bəxti, rəvacı işinin.
O redaktə
- Oxuyaq, elm oxumaqlıq dəmidir,
İndi aləmi dəxi elm aləmidir.
S redaktə
- Sən mükafatını insanlığa xidmətdə ara,
Ədəbi zövqü, təsəllini həqiqətdə ara.
Ş redaktə
- Şair oldur ki həqiqətlərə dildadə ola,
Şairin fikri, xəyalı gərək azadə ola. - Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü millətimi. [2]
U redaktə
- Uçma alçaqlara, sən tairi - ülviyyətsən,
Qaç əsarətdən, əgər aşiqi-hürriyyətsən.
V redaktə
Y redaktə
- Yayda işlə, qışda dişlə.
Mənbə redaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
Xarici keçid redaktə
İstinadlar redaktə
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 314.
- ↑ "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.