Abdolbari Gozal
iş adamı
Abdolbari Gozal (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin prezidenti.
Abdolbari Gozal | |||
Doğum tarixi | 23 avqust 1949 | ||
Doğum yeri | Maku | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Azərbaycanın çox istedadlı insanları var, çünki Azərbaycanda elmi və mədəni olaraq çox böyük zənginlik və dərinlik vardır.
C
redaktə- Cahilliyi təhsillə, yoxsulluğu işləməklə, anlaşılmazlıqları güzəştlə aradan qaldıra bilərik.
Ə
redaktə- Əgər insan, başqalarının dərdini hiss etmirsə, deməli insanlıqdan ona pay düşməyib.
İ
redaktə- İnamla çalışan insan bir gün mütləq uğur qazanacaqdır.
- İş həyatında insanın bir məqsədi, bir hədəfi olmalıdır və mənəviyyatını itirməməlidir.
K
redaktə- Keyfiyyət insanın beynində olmalıdır.
M
redaktə- Mən də 150 min nar ağacı əkmişəm. Deyirlər bu qədər ağacı neyləyirsən? –Dedim ki, "əkiblər yemişik, əkəcəyəm ki, yesinlər". Bu da bir fəlsəfədir.
- Mən qabarmış əlləri öpürəm, fəhlə əlini öpürəm, müftə yeyəni deyil…. Alının təri ilə əmək verərək, əli qabar olaraq özünü, ailəsini dürüst bir şəkildə dolandıran işçiyə aşıqəm.
T
redaktə- Təhsilin yüksəlməsi həm mədəniyyətin, həm də insanların rifahının yüksəlməsi deməkdir.
- Ticarətdə əhatə dairəsinin böyük ya da kiçik olması vacib deyil əsas amillərdən biri etibardır.
V
redaktə- Veriləcək heç bir şey təhsil qədər əhəmiyyətli və dəyərli deyildir.