Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür. Mustafa Kamal Atatürk
Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. Albert Eynşteyn
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Heydər Əliyev
Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Əbu Turxan
Dünyada ən mütərəqqi ölkə insan ruhudur. Ən məhsuldar ölkə də ruhdur. Ona görə də təhsilin ən müqəddəs vəzifəsi ruhları inkişaf etdirib kamala çatdırmaq olmalıdır. Pirl Bak
Düşmənlik və məhəbbət yaxınlıqdan, xəstəlik və təhsil də eyni qidadan hasil olur. Mövlana Cəlaləddin Rumi
İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır. Əbu Turxan
XXI əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir. Olvin Toffler, yazıçı, futurist
Təhsil sahəsində aktiv işlər getməkdədir, bu hamının gözü gabağındadır. Əvəz Ələkbərov
Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər. Mark Tven
Təhsilin kökləri acı, meyvələri şirindir. Aristotel
Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar. Konfutsi