Abdulbari Gözəl

iş adamı

Abdulbari Gözəl (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin prezidenti.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Azərbaycanın çox istedadlı insanları var, çünki Azərbaycanda elmi və mədəni olaraq çox böyük zənginlik və dərinlik vardır.

CRedaktə

  • Cahilliyi təhsillə, yoxsulluğu işləməklə, anlaşılmazlıqları güzəştlə aradan qaldıra bilərik.

ƏRedaktə

  • Əgər insan, başqalarının dərdini hiss etmirsə, deməli insanlıqdan ona pay düşməyib.

İRedaktə

  • İnamla çalışan insan bir gün mütləq uğur qazanacaqdır.
  • İş həyatında insanın bir məqsədi, bir hədəfi olmalıdır və mənəviyyatını itirməməlidir.

KRedaktə

  • Keyfiyyət insanın beynində olmalıdır.

MRedaktə

  • Mən də 150 min nar ağacı əkmişəm. Deyirlər bu qədər ağacı neyləyirsən? –Dedim ki, “əkiblər yemişik, əkəcəyəm ki, yesinlər”. Bu da bir fəlsəfədir.
  • Mən qabarmış əlləri öpürəm, fəhlə əlini öpürəm, müftə yeyəni deyil.... Alının təri ilə əmək verərək, əli qabar olaraq özünü, ailəsini dürüst bir şəkildə dolandıran işçiyə aşıqəm.

TRedaktə

  • Təhsilin yüksəlməsi həm mədəniyyətin, həm də insanların rifahının yüksəlməsi deməkdir.
  • Ticarətdə əhatə dairəsinin böyük ya da kiçik olması vacib deyil əsas amillərdən biri etibardır.

VRedaktə

  • Veriləcək heç bir şey təhsil qədər əhəmiyyətli və dəyərli deyildir.

İstinadlarRedaktə