Adıgey atalar sözləri

Wikipedia logo
Wikipedia logo
Adıgeylər haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaq susarkən ağıllıdır.
  • Ağıllının paxıllığını çəkən çox olar.
  • Ağlın qiyməti yoxdur, tərbiyənin həddi.
  • Almastı sevinir ki, itlər onu adam bilib üstünə hürür. (Almastı - fantastik şər qüvvə, ifritə)
  • Atı olan qaldı, yəhəri olan getdi.
  • Atlı həvəsdən düşəndə atı da kükrəməz.
  • Aza görə razılıq eləməyən, çoxa görə də "sağ ol" deməyəcək.
  • Bacar axmaqla yola get, ağıllı özü səninlə yola gedər.
  • Başçı yaxşı olsa, ardınca gedən pis olmaz.
  • Bir adam səni üç dəfə aldadıbsa - axmaqsan, bir çökəyə üç dəfə düşübsənsə - korsan.
  • Bir kənd bütöv qohum olunca, hər kənddə bir qohum olması yaxşıdır.
  • Bir yerdə yeyəndə dadlı olar, bir yerdə işləyəndə şadlıq olar.
  • Birinin doqquz kürkü var, doqquzunun kürkü yoxdur.
  • Canavar çobanların papağının təpəsindən bilir ki, hansının qoyununu aparmaq olar.
  • Cəmdək olan yerdə qarğa dolanar.
  • Çox dinləsən az danışarsan
  • Çubuq ikən əydin - əyibsən, pərdilik olandan sonra əyə bilməzsən.
  • Danışanda - düşün danış, əyləşəndə - ətrafına bax əyləş.
  • Dəli də nə qədər ki, dinmir - ağıllıdır.
  • Dost sənin aynandır.
  • Ən gözəl paltar təvazökarlıqdır.
  • Ən qiymətli sərvət tərbiyədir.
  • Haqlısan - güclüsən.
  • Halını soruşmayana başının ağrısını danışma.
  • Hamı həkimin dostudur.
  • Harada çox səs-küy varsa, ağıl da azdır.
  • Hay-küy çox olan yerdə ağıl az olar.
  • Hər kəs öz doğma düşərgəsinə cəlb olunur.
  • Hiyləgəri məsləhətçi götürmə.
  • Xəncəri iki yol sıyırma, bir sözü iki yol buyurma.
  • Xoflu atlını çox izləmə.
  • İki qırğı savaşar - sərçəyə dən düşər.
  • İldə bir dəfə dəvə də oynayar.
  • İri yağış tez kəsər.
  • İşdə, yolda tanımadığını nə danla, nə də təriflə.
  • Kimin çatışmazlıqları çox olarsa, onu başqalarında asanlıqla tapar.
  • Köhnəni təriflə, təzəni seç.
  • Qarışqa ölümqabağı qanad bağlayar.
  • Qarğaya göz verəndə qaş da istədi.
  • Qartal qanadını tez-tez çalsa, qanadı qırılar.
  • Qocanı da çay aparanda "ana" deyib çağırar.
  • Qonağı çox olanın uşağı ac olmaz.
  • Qorxaq əvvəl vurar,
  • Qurd, oğurladığının haqqına dərisini verər.
  • Məsləhət etməyə adam yoxdursa, papağını qoy qabağına, onunla məsləhətləş.
  • Ölü iti içəcəyin suya atma.
  • Öz itini nə adla çağırsan, o adla da çağıracaqlar.
  • Özünün eybi çox olan özgəsində eyib tapar.
  • Paxıl bədbəxt olar.
  • Səfeh adamın ala-buladan xoşu gələr.
  • Səfeh adamla dil tapmağı bacar, ağıllı adam özü səninlə dil tapacaq.
  • Soruşanda ki, kimin başı qəşəngdir - tısbağa da başını çıxartdı.
  • Şirin dil ürəyi yumşaldar.
  • Təkəbbür gözəlliyi dəyərsizləşdirir.
  • Tərbiyəsizin çarəsi var, ağılsızın yox.
  • Tülkünün dərisi özünə düşməndir.
  • Uşaq qaçanda qocanın ayaqları sızıldar.
  • Uşaqsız evdə səadət olmaz.
  • Ürək baxmasa, göz də görməz.
  • Ürəyə xoş gələn gözə də gözəl görünər.
  • Yaxşı qoca olmayan yerdə yaxşı cavan da olmaz.
  • Yamanlıq etdin - yaxşılıq gözləmə.
  • Yalançının bir düz sözü vardı, onu da it apardı.
  • Yerini bilməyən yersiz qalar.
  • Zarafat həqiqətin qasididir.

İstinadlar

redaktə