Ağıllı hər şeyi görə bilir, axmaq hər şeyi görür, lakin hər şeyə bir bəhanə gətirir. Henrix Heyne
Ağıllı idarə olunan insan həyatı - ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1]Məhəmməd Tağı Sidqi
Ağıllı insan düşündüyü hər şeyi söyləməz, lakin söylədiyi hər şeyi düşünər. Aristotel
Ağıllı insan özü haqqında dedi-qodulardan da bəhrələnməyi bacarır. Con Beynim
Ağıllı insan heç kimlə yarışmaz, beləcə heç kim onunla yarışa bilməz. Konfutsi
Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. Bencamin Franklin
Ağıllı insanlar cəmiyyətin qan damarıdır. Daniel Defo
Ağıllı insanlar özlərini həyəcana qapdırmazlar: fəzilətli olanlar şübhə içində olmazlar; cəsur olanlar heç bir şeydən qorxmazlar... Konfutsi
Ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki, özünü həddən artıq ağıllı saymayasan. Andre Morua
Ağıllı olub, axmaq görünmək qədər yaxşı bir şey yoxdur. Aqata Kristi
Ağıllı öyrənməyi, ağılsız öyrətməyi sevir. Anton Çexov
Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. Konfutsi
Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
İşə yalnız ağıllı adamları götürməyin və daha sonra isə onlara nə etməli olduğunu deməyin heç bir mənası yoxdur, biz işə ağıllı insanları götürürük ki, onlar bizə nə etməli olduğumuzu desin. Stiv Cobs
Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[2]Mustafa Kamal Atatürk