Adəm
Adəm (ivr. אָדָם insan, yun. Ἀδάμ, ərəb. آدم) — Tövratda və Quranda Tanrının yaratdığı ilk insan və insan nəslinin ulu babası. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Haqqında sitatlar
redaktəA
redaktə- Adəm dünyanın birinci xoşbəxtidir, çünki qaynanası olmayıb. Yəhudi atalar sözləri
- Adəm və Həvva tarixin ən gözəl cütlüyü idi: Adəm Həvvanın qonşunun ərinin necə bacarıqlı olduğu barədə, Həvva da Adəmin anasının necə gözəl yeməklər bişirdiyi barədə narazılığını eşitmirdi. Vanda Blonskaya
B
redaktə- Bir çoxları İlahi Qüvvəni Adəmə qadağanı pozmağa imkan verdiyinə görə məzəmmət edirlər. Ey axmaqlar! Axı Tanrı ona ağıl, deməli, seçmək azadlığı vermişdi, belə ki, ağıl seçmək bacarığından başqa şey deyildir, əks halda Adəm adicə maşın olardı.[1] Con Milton
- Birinci imkanda Adəm bütün məsuliyyəti Həvvanın üzərinə atdı. Nensi Astor
Ö
redaktə- Öpüş üçün iki əl lazımdır. Belə çıxır ki, Adəm və Həvva üçün söhbət etmək o qədər də asan deyildi. Onlar üçün qeybətni etmək istədikləri başqa heç kim yox idi. Mark Tven
T
redaktə- Tanrı Adəm ilə Həvvanı, düşünmək istəmədiklərini düşünmək məcburiyyətində buraxacaq şəkildə yaratmışdır. Karl Qustav Yunq
Quranda Adəm haqqında ayələr
redaktə- (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: "(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!"- dedi. (Əl-Bəqərə surəsi, 31-ci ayə)
- (Sonra) Biz (Adəmə) dedik: "Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız". (Əl-Bəqərə surəsi, 35-ci ayə)
- (Nəhayət) Adəm Rəbbindən (bə'zi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. (Əl-Bəqərə surəsi, 37-ci ayə)
- Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi. (Ali-İmran surəsi, 33-cü surə)
- Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" – dedi, o da oldu. (Ali-İmran surəsi, 59-cu surə)
- Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" — dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı. (Əl-Əraf surəsi, 11-ci ayə)
- Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!" (Əl-Əraf surəsi, 19-cu ayə)
- Yenə yadına sal ki, bir zaman mələklərə: "Adəmə səcdə edin!" — deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis:) "Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!" — demişdi. (Əl-İsra surəsi, 61-ci ayə)
- (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (tə’zim məqsədilə) səcdə edin!" — demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür! (Əl-Kəhf surəsi, 50-ci ayə)
- Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə’qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne’mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə’qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə’qubun nəslindən olan peyğəmbərlərdəndir.] (Məryəm surəsi, 58-ci ayə)
- Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik. (Taha surəsi, 115-ci ayə)
- Biz də belə dedik: "Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!) (Taha surəsi, 117-ci ayə)
- (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: "Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?" (Taha surəsi, 120-ci ayə)
- (Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi). (Taha surəsi, 121-ci ayə)
İstinadlar
redaktə- ↑ Hikmət Hacızadə. Demokratiya:gediləsi uzun bir yol. Bakı, 2002. səh.29