Mark Tven (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn Klemens ing. Samuel Langhorne Clemens; 30 noyabr 1835 – 21 aprel 1910) — Amerikalı yazıçı, jurnalist və ictimai xadim. Onun yaradıcılığı yumor,satira, fəlsəfi fantastika, publistika və digər sahələri əhatə edir. O, bütün bu janrlarda humanist və demokratik bir mövqedən çıxış etmişdir.
Bankçılar, sizə hava tərtəmizkən zorla çətirini verən amma iki damla yağış düşdüyündə də çətiri zorla əlinizdən alan insanlardır.
Bankir- bu, günəşli havada sizə çətir verən, ən zəruru halda, yağışlı havada isə alan adamdır.
Baş ağrısını qiymətləndirməmək olmaz. Ağrı baş verəndə onunla heç nə qazana bilməyəcəyin hissiyyatı yaranır, ağrı keçəndə isə xərclənməmiş qalığın dəqiqədə dörd dollar qiyməti olur.
Başdan çıxaran şeylərdən uzaq olmağa çalışma. Zamanla onlar səndən uzaq olacaqlar.
Başımızı dərdə salan pis şeylərin qaynağında bilmədiyimiz şeylər deyil, başımıza əsla gəlməyəcəyindən əmin olduqlarımız vardır.
Başqa insana, millətə, dinə nifrət etməyən çox az adam sona qədər xoşbəxt ola bilər...
Başqalarının mərhəmətli əməlləri barədə heç vaxt qeybət eləmirlər.
Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?..
Belə bir məsəl var: Tanrı uşaqları və axmaqları qoruyur. Bu, tam həqiqətdir. Çünki özüm sınamışam.
Bədbəxt olanlar və pis yatanlar bununla fəxr etməyə öyrəşiblər.
Bəzən elə olur ki, ömründə bir dəfə də olsun yalan danışmayan adam həqiqətin, yalanın nə olduğunu başa salmağı öz üzərinə götürür.
Bəzən mənə elə gəlir ki, Nuh və onun komandası gəmiyə geciksələr daha yaxşı olardı.
Bəzən sözsüz musiqi kədər gətitir. Musiqisiz musiqi isə daha çox kədərləndirir.
Bəzi alman sözləri o qədər uzundur ki, onları perspektivdə müşhaidə etmək olar. Sonda sözün uzunluğu dəmir yol relsləri kimi daralır.
Bill Stayls konqresdə bir adamın senatora namizədliyinin kuluar kampaniyasını aparır. O, şikayət edir ki, qanunvericilərin mənəvi səviyyəsi çox aşağıdır: “Sadəcə olaraq adamın əli-qolu boşalır. Elə bir yüksək əxlaqlı adam yoxdur ki, bir dəfə satıldıqdan sonra, heç nəyə baxmayaraq eləcə satılmış kimi də qalsın”.
Bir adamla münasibəti korlamaq üçün ən yaxşı üsul ona: “Yox, siz bu lətifəni düzgün danışmırsınız” demək və sonra lətifəni öz bildiyin kimi danışmaq.
1 Apreldə üç yüz altmış dörd gün ərzində kim olmağımızı bizə xatırladırlar.
Bir il qabaq fəzilətli bir adam idim. İndi isə Nyu-York adətləri ilə tanış olduqdan sonra milyonerin vicdanından çox olmayan vicdanım qalıb.
Bir klassik hər kəsin oxumuş olmaq istədiyi, ancaq kimsənin oxumağı istəmədiyi əsərdir.
Bir şeyə şübhə edirsinizsə, həqiqəti söyləyin.
Bir uşaq kifayətdir ki, bütün evi və həyəti doldursun.
Birjada oynamaq üçün ən təhlükəli ay oktyabr ayıdır. Sonrakı təhlükəli aylar bunlardır: iyul, yanvar, sentyabr, aprel, noyabr, may, mart, iyun, dekabr, avqust və fevral.
Birjadakı möhtəkirlikdən iki halda çəkinmək lazımdır: vəsaitiniz olmayanda və vəsaitiniz olanda.
Biz iki dəfə ikinin dörd etməsindən, yerin kürə şəklində olmasından söhbət edəndə inam haqqında danışmırıq. Biz yalnız sübutu hissiyyətlə dəyişmək istəyəndə inamdan danışırıq.
Biz istənilən dəfn mərasimini bəzəyərdik, amma daha şən təntənələr üçün yaramırdıq.
Biz mətbuat azadlığı əldə elədik. Lakin insanların azadlığını mətbuatın qəsdlərindən qorumağı öyrənə bilmədik.
Biz, Napoleonun jurnal redaktorunu güllələyərkən çaşıb naşiri öldürməsi hadisəsini tez-tez, təəssüflə xatırlayırıq. Biz onun xoş niyyətini qiymətləndiririk.
Biz skeptik ruhlu demokrat olsaq da, hersoq bizi görəndə xoşbəxtlikdən az qala boğuluruq. Bizi monarx görəndə ömrümüzün sonuna kimi beynimizin yumşalmasından əziyyət çəkirik.
Bizim duyğularımız biliklərimizə tərs mütənasibdir.Nə qədər az biliriksə, bir o qədər çox həyəcanlanırıq.
Bizim ətrafımızda gülməli insanlar həddən artıq çoxdur. Onlardan ən gülməlisi- ağ adamın digər vəhşilərə nisbətən özünü daha az təhlükəli hesab etmiş olmasıdır...
Bizim haqqımızda nə qədər çox danışırlarsa, istəyirik ki, daha çox danışsınlar. Ölümə məhkum edilmiş qatilə qəzetlərdə məhkəmə prosesinin hesabatını oxumağa icazə verilir. Əgər məlum olsa ki, hansısa qəzet onun işinə az yer verib, o çox qəzəblənər... Bu, siyasətçilərə və ədəbiyyatçılara da eyni cür aiddir.
Bizlərdən çox az adam zənginliyin yükünü çəkə bilər.
Boş yerə yalan danışma. Kim bilir, bəlkə nə vaxtsa o sənə lazım ola bilər!
Bu insan haqqında yalnız o məlumdur ki, o, həbsxanada yatmayıb, amma niyə yatmayıb, o məlum deyil.
Bundan iyirmi il sonra etmədiyiniz şeylərdən ötəri, etdiklərinizdən daha çox peşman olacaqsınız. Dəmir alın və etibarlı limanlardan çıxın artıq...
Bütöv bir həyat yaşayıb, amma qəlbinin dərinliklərində onu uğursuz hesab etməyən insanın olmasına inanmaq olmur.
Bütün heyvanlar arasında insan ən qəddardır . Bunu etməkdən həzz almaq üçün əzab verən yalnız odur.
Bütün siyasi partiyalar sonda öz yalanlarında boğulub ölürlər.
Cəhənnəm kainatda ən mühüm və yeganə xristian icmasıdır.
Cənnət ilə cəhənnəmlə əlaqədar artıq-əskik danışmaq istəmərəm, çünki hər ikisində də dostlarım var.
Cənnətə getmək üçün komanda yığın və kömür götürmək üçün cəhənnəmdə iki saat yarım dayanmağa cəhd edin. Əgər hansısa bir it oğlu sahildə qalmaycaqsa, mənə lənət olsun.
Cənnətə xidmətlərə görə yox, tanışlığa görə qəbul edirlər. Əks təqdirdə sizin itinizi cənnətə buraxardılar, sizi isə yox.
Cəsarət qorxunun azlığı və ya yoxluğu deyil, qorxuya müqavimət göstərmək, onu idarə etmək qabiliyyətidir.[1]
Demokratiyada axmaqlar səs vermə, diktaturada isə hökm etmə hüququna malikdirlər.
Deyəsən eynəyə ehtiyacım var. Hara baxıramsa, insanları iki üzlü görürəm.
Dilənçi heç vaxt milyonçuya həsəd aparmır. O, həmişə ondan daha çox pay alan dilənçiyə paxıllıq edir.
Dini dözümlük ona görə əldə edilib ki, əvvəlki kimi dinə əhəmiyyət verilmir.
Doğru olanı et. Bu, bəzilərini sevindirəcək, digərlərini isə heyrətləndirəcək.
Doğruları söyləsəniz, heç bir şeyi xatırlamaq zorunda qalmazsınız.
Dostluq elə bir müqəddəs, şirin, möhkəm və daimi bir hisdir ki, əgər pul borc almağı xahiş etməyə cəhd etməsən, onu bütün ömrü boyu saxlamaq olar.
Dostluq qüvvətli bağdır. Pula ehtiyac olduqda müraciət olunmasa, ömürboyu davam edər.
Dua edəndə heç kim yalan danışmır.
Duanın da verə bilməyəcəyi yüngülləşməni kafirlik verir.
Dünya elə qurulub ki, bir adam bir şey barəsində narahat olmaq istəmirsə, başqa bir şey barədə narahat olmağa başlayır.
Dünyada bizə yaxşı tərcümənin verəcəyi sıxıntı ilə müqayisə ediləcək başqa şey ola bilməz.
Dünyada ən miskin şey kütlədir. Ordu da kütlədir. Onlar döyüşə cəsarətli olduqlarına görə getmirlər. Onlara cəsarət verən çox olmaları və onlara əmr verilməsidir.
Dünyada ən yaxşı qılıncoynadan, ikinci yaxşı qılıncoynadandan qorxmamalıdır. Əlində heç vaxt qılınc tutmayan, ondan gözlənilən şeyi etməyən nadandan qorxmaq lazımdır. Ona görə də hər şeyi bilən adam onun qarşısında köməksizdir.
Dünyada mövcud olan bütün günahların yarısı darıxmaqdan törənir.
Ədəbiyyatda oxşarlığı kopiyalamaqla əldə etmirlər.
Ədəbsizlik - bu, yaşlı insanı və cahil hakimi dəhşətə gətirən bir şeydir.
Əgər həqiqəti deyirsənsə, heç nə xatırlamağa ehtiyac yoxdur.
Əgər həmin vaxtacan asmasalar, o, mütləq prezident olacaq.
Əgər insan ədalətsizlik mühitində doğulub böyüyübsə, o hər cür haqsızlıqla barışacaqdır.
Əgər insanı insan özü yaratmış olsaydı, bu işinə görə xəcalət çəkərdi.
Əgər mərhəmətlisənsə, demək həmişə tənha olacaqsan.
Əgər o vaxta qədər onu asmasalar, o, prezident ola bilər!
Əgər sən tamamilə dolaşığa düşmüsənsə, tapılması mümkün olmayan şeyi axtar.
Əgər sizə böyük bir ziyanı yoxdursa, xeyirxahlıq etmək imkanını əldən verməyin. İçki içmək imkanınını isə heç bir halda əldən verməyin.
Əgər vicdan kimi zəhlətökən itim olsaydı, onu zəhərləyərdim. Çox yer tutur, amma heç bir faydası olmur.
Əxlaq hissi əxlaqın mahiyyətini və ondan necə yayınmağı dərk etməkdə bizə kömək edir.
Əxlaq mövzusunda ən əhəmiyyətli dərslər kitablardan deyil, yaşanan təcrübələrdən alınar.
Əksər yazıçılar həqiqəti ən böyük sərvət sayır və bu səbəbdən də ondan qənaətlə istifadə edirlər.
Əlbəttə elə olur ki, insan həqiqəti əldən verir. Ancaq zəif, axmaq, yöndəmsiz bir yalan heç iki il də tab gətirə bilməz. Böhtan isə istisna təşkil edir. O, praktiki olaraq əlçatmazdır.
Əlində dörd tuz olan xaçpərəstin sarsılmaz inamı.
Əlli adam optimist olmadan eşşək ola bilər, amma eşşək olmadan artıq optimist ola bilməz.
Əlverişli peyğəmbərlik, yaxşı bir məqsəd üçün edilən müharibələrə oxşayır. Bu cür müharibələr o qədər nadir hallarda baş verir ki, onları hesaba almaq lazım deyil.
Əsəbiləşəndə ona qədər say; çox əsəbiləşəndə söyüş söy.
Əsl ekspromt qabaqcadan fikirləşmələrdən pis və solğundur.
Əvvəlcə faktları bilin, sonra onları istədiyiniz qədər təhrif edin.
Fəlsəfə - bu, barəsində danışmağa belə dəyməyən, son dərəcə sadə olan bir şeyi götürüb elə bir paradoksal nəticəyə gəlməkdir ki, buna sadəcə olaraq inanmaq olmur.
Fəlsəfə çalarları olmayan gülüş, yumorun asqırmasından başqa bir şey deyil. Həqiqi yumor müdrikliklə doludur.
Fəlsəfənin mənası ən aşkar olandan başlayıb ən paradoksalla qurtarmaqdır.
Fransa elə bir ölkədir ki, burada nə qış, nə yay, nə də mənəviyyat var. Qalan şeylər isə əladır.
Fransada qış, yay və əxlaq yoxdur. Bu nöqsanları hesaba almasaq, Fransa çox gözəl ölkədir.
Hakimiyyət bir insana yaxşılıq etmək istəyəndə, mütləq başqasına ziyan vurur.
Hal-hazırda cənnət imarətləri cəhənnəmlə birləşdirilmiş radiatorlarla qızdırılır. Günahkarları yandıran odun eyni zamanda dindarların rahatlığını təmin etməsi günahkarların əzablarını daha da ağırlaşdırır.
Hansısa müəyyən bir siqarı sevməyimə əminəmmi? Əlbəttə. Əgər kimsə sevdiyim siqara zibil bir siqarın markasını yapışdırıb məni aldatmasa, buna tam əminəm. Çünki, hamı kimi mən də siqarımı dadına görə yox, markasına görə fərqləndirə bilirəm.
Havanadakı muzeydə Xristofor Kolumbun iki kəlləsi saxlanılır- uşaq Kolumb və kişi Kolumb.
Hara getdiyini bilməyən adam ora çatmayanda çox təəccüblənəcək.
Heç bir əsl centlmen xanımların yanında çılpaq həqiqəti deməz.
Heç bir tutarlı əsas olmadan fərziyyənin düzgün olmasına inanmaq arzuedilməzdir.
Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin.
Heç kim başqa adamların gizli fəzilətlərindən qeybət etməz.
Heç olmasa bir uşaq arzusu nə vaxtsa həyata keçibmi? Şübhə edirəm. Brander Mattüzaya baxın. O, kovboy olmaq istəyirdi. Və kimdi o bu gün? Adicə bir universitet professoru. O nə vaxtsa kovboy olacaqmı? Son dərəcə ağlabatan deyil.
Heç vaxt axmaqlarla mübahisə etməyin. Siz onların səviyyəsinə enəcəksiniz, orada onlar sizi öz təcrübələri ilə əzəcəklər.
Heç vaxt biri gün edə biləcəyin şeyi sabaha saxlama.
Heç vaxt haqqı olmayan birinə həqiqəti deməyin.
Hesab edirəm ki, ölməyincə, daha dəqiqi, illərlə torpaq altında yatmayınca əsl özümüz və sona qədər səmimi olmaq gücündə deyilik. Əgər insanlar öldükləri yerdən başlasaydılar, daha tez səmimi olardılar.
Həblərin təsirindən və mədəsinin həzm etməməsindən maraqlı solğunluğu ilə fərqlənən qamətli melanxolik qız.
Həddindən artıq nərmə-nazik insandan kobud insan yoxdur.
Həddindən artıq vasvası olmayaq. Heç nəyin olmamasındansa, köhnə brilliyantlara malik olmaq daha yaxşıdır.
Həqiqət ayaqqabılarını geyinərkən yalan dünyanın yarısını gəzə bilər.
Həqiqət - bizim hər birimizin polisə danışmağa borclu olduğumuz bir şeydir.
Həqiqət, bizim üçün ən qiymətli dəyərdir. Gəlin onu qoruyaq.
Həqiqət fantastikadan daha qəribədir, lakin ona görədir ki, bədii ədəbiyyat imkanlara sadiq qalmağa məcburdur; Həqiqət elə deyil.
Həqiqət, uydurmadan qeyr-adidir. Çünki, uydurma, həqiqətə uyğunluq çərçivəsində yer alır, həqiqət isə yox.
Həqiqəti layiq olmayan insanlara əsla deməyin.
Həqiqi nüfuza malik olan adam səhvini etiraf etməkdən qorxmur.
Həmişə düzgün hərəkət et. Bu, bəzi insanları sevindirər, digərlərini isə təəccübləndirər.
Həmişə həqiqəti deyən insanla heç kim yaşaya bilməzdi. Allaha şükür ki, bizim heç birimizi bu təhlükə gözləmir.
Hər bir insanın ay kimi heç kimə göstərmədiyi işıqsız tərəfi var.
Hər bir oğlan uşağının həyatında basdırılmış xəzinə tapmaq kimi şiddətli bir arzu olur.
Hər bir paralel əmindir ki, əgər onun hüquqlarını sıxışdırmasalar, o tamamilə ekvator ola bilər.
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
Hər kəs özünə görədir. Müqəddıs Fransisk Assizski demişdi: “Hər bir müqəddəs möcüzə yarada bilər, amma hər bir adam mehmanxana idarə edə bilməz”.
Hər günə həyatının ən gözəl günü olması üçün şans ver.
Hər şeydən əvvəl faktlar lazımdır. Sonra onları dolaşıq salmaq olar.
Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan.
Hərbi nazir o qədər qənaətlə yaşayır ki, maaşı səkkiz min dollar olsa da, bir il ərzində on iki min dollar toplaya bilib.
Hətta ən aydın və vasitəli dəlillər sonda səhv ola bilər. Ona görə də onlardan çox ehtiyatla istifadə etmək lazımdır. Məsələn, götürək bir qadın tərəfindən qəddənmiş karandaşı. Əgər siz şahidlərdən soruşsanız, onlar qadının karandaşı bıçaqla qəddədiyini deyəcəklər. Əgər karandaşa baxıb özünüz bir nəticəyə gəlmək istəsəniz, qadının karandaşı dişi ilə gəmirdiyini deyəcəksiniz.
Hətta şöhrət də həddindən artıq ola bilər. Romaya gələndə Mikelancelonun öldüyünə çox heyfsilənirsən, amma sonra heyfsilənirsən ki, bunu görmək həzzinə malik deyilsən.
Həyatda ehtiyac duyulanlar; bilməməzlik və özünə inam bax o zaman müvəffəqiyyət şübhəsizdir.
Həyatda elə yaşa ki, öldüyün zaman tabut düzəldən belə matəm saxlasın.
Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.
Həyatda nəyə isə nail olmaq imanızı qırmağa çalışan adamlardan qaçın.
Həyatımda bir çox problem vardı və çoxu əsla var olmadı.
Həyatınızdakı ən vacib iki gün: doğulduğunuz gün və səbəbini anladığınız gün.
Hindistanda iki milyon allah var və onların hamısına hörmət edirlər. Dini cəhətdən bütün ölkələr kasıbdır, yalnız Hindistan milyonerdir.
Xəyallarınızı itirdiyiniz an həyatınızın sonu gəlmiş deməkdir.
Xəyallarınızı kiçik hesab edən insanlardan uzaq durun, kiçik insanlar bunu həmişə edərlər. Halbuki böyük insanlar, böyük xəyallarınızı reallaşdıra biləcəyinizə inanmanızı təmin edərlər...
Xəyallarınızı qovmayın. Çünki onlar getsələr, siz bəlkə də qalarsınız, lakin artıq yaşamazsınız.
Xoş iqlim üçün cənnətə, söhbət üçün cəhənnəmə gedin.
Xoşbəxt həyat əhəmiyyətli dərəcədə sakit həyatdan ibarət olmalıdır. Çünki, həqiqi sevinc yalnız sakit mühitdə mövcud ola bilər.
Xoşbəxt olmaq üçün öz cənnətində yaşamalısan! Doğrudanmı siz elə düşünürsünüz ki, eyni bir cənnət bütün adamların hamısını təmin edə bilər?
İdeal həyat yaxşı dostlardan, yaxşı kitablardan və yatmış vicdandan ibarətdir.
İndi mən görürəm ki, Həvvaya münasibətdə yanılmışam: onunla cənnətin hüdudlarından kənarda yaşamaq, onsuz cənnətdə yaşamaqdan yaxşıdır.
İngilis dilində danışan bələdçilərin bilikləri hər bir izahı tam anlaşılmaz dərəcəyə çatdırmaq üçün kifayət qədərdir.
İngilis elə adamdır ki, əvvəllər olan, edilmiş, halları təkrar edir, amerikalı- əvvəllər olmayan, edilməmiş halları etmək üçün çalışır.
İnsan beyni çox gözəl bir şeydir. O, nitq söylənilən dəqiqələrədək işləyir.
İnsan bütün ömrü boyu yuxular görür. Düzdür, bəzən o bir dəqiqəliyə oyanır, süst halda dünyaya baxır, sonra yenidən şirin yuxuya gedir.
İnsan, dini heyvandır. Yeganə heyvandır ki, yaxınını özü kimi sevir, dini məsələlərdə fikir ayrılığı olanda isə həmin yaxınının boğazını kəsir.
insan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir.
İnsan nəinki sevgini oyatmaq üçün, eləcə də paxıllıq etmək üçün hər şeyə qadirdir.
İnsan heyvandan üstünlüyünü zəhlətökənlik qabiliyyətinə malik olması ilə sübut edir.
İnsan, qızara bilən və bunun üçün dəlillərə malik ola bilən yeganə heyvandır.
İnsan nəsli təbiətin səhvidir. Onsuz dünya daha gözəl olardı.
İnsan özünün malik ola bilmədiyi əsaslarla başqalarını tənqid etməməlidir.
İnsan sadəlövh varlıqdır. O, yaxşı şeyə olmasa da, pis şeyə inanmalıdır.
İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş-yavaş yaşasaydı, daha xoşbəxt olardı.
İnsani hər şey kədərlidir. Yumorun gizli mənbəyi sevinc yox, kədərdir. Göylərdə yumor yoxdur.
İnsanı yaratmaq, şərəfli və orjinal fikir idi. Amma bundan sonra qoyunu yaratmaq, təkrarçılığa yol vermək demək idi.
İnsanoğlunun tək bir təsirli silahı vardır. Qəhqəhə…
İstənilən yerə çatmağın sirri başlamaqdır.
İstər yalan, istərsə də həqiqətdən ibarət sözləri tam dəyəri ilə qəbul edən adamlara həqiqəti söyləmə.
İş - bu, insanın etməyə, oyun isə etməməyə borclu olduğu şeydir. Ona görə süni güllər düzəltmək, xəlbirdə su daşımaq işdir, keqli vurmaq, yaxud Monblanı fəth etmək isə əyləncədir.
İş günlərində mənəviyyatımızdan düzgün istifadə etmirik. Odur ki bazar günü mənəviyyatımızın təmirə ehtiyacı olur.
İşinizin qeyri-adi dərəcədə vacib olduğuna əminlik, yaxınlaşan əsəb pozuntusunun ən doğru əlamətidir.
İt döyüşündə davranış qaydaları: qoy sizin gizli acımanız zəifin tərəfində olsun. Çünki, bu, comərdlikdir. Amma pulunuzu güclüyə qoyun. Çünki, bu sizin biznesinizdir.
İtirdiklərim arasında ən çox ağılım üçün darixıram.
İtlik- bu, toya qədər tanış olmayan iki ideyanın gözlənilmədən nikah bağlamasıdır.
20 ildən sonra etmədiyiniz işlərdən daha çox məyus olacaqsınız. Beləliklə, sakit limandan ayrılın. Yelkəninizdə arxa küləyi hiss edin. İrəliləyin, hərəkət edin, kəşf edin!
Qatırlar, meymunlar və dəvələr aclıqlarının qarşısını istənilən şeylə ala bilirlər, amma heç nə ilə doya bilmirlər.
Qədim bir müdriklikdə deyilir: “Uşaqlar və axmaqlar həmişə həqiqəti söyləyirlər. Nəticə aydındır: yaşlılar və müdriklər heç vaxt həqiqəti söyləmirlər.
Qədim insanların malik olmadıqları məlumatlar çox əhatəli olub.
Qəhrəman qız: birlikdə ideal xoşbəxt həyat yaşamaq üçün qız- kitabda.
Qərarsızlıqdan üzücü və faydasız şey yoxdur.
Qərəz, dözümsüzlük və dar düşüncə səyahət etmək üçün ölümcüldür.
Qətiyyətsizlikdən yorucu və faydasız heç nə yoxdur.
Qəzadan qabaq qorxu hissi qəzanın baş vermə ehtimalını artırır. Mən həşəratlar istisna olmaqla insanlar qədər öz səhvlərindən nəticə çıxara bilməyən başqa bir canlı məxluq tanımıram.
Qəzəb, töküldüyü hər şeydən daha çox içində saxlandığı qaba zərər verə bilən bir turşudur.
Qırışlar yalnız keçmiş təbəssümlərin izi olmalıdır.
Qoca cənnət quşu olmaqdansa, cavan peyin qurdu olmaq yaxşıdır.
Qoca optimist istisna olmaqla, gənc pessimistin vəziyyətindən kədərli mənzərə yoxdur.
Qoca rəssamların şəkillərində şahə qalxmış atlar kenquruya oxşayır.
Qorxu - qabaqcadan yanlış fikirdə olmanın və qəddarlığın əsas mənbələrindən biridir.
Mafusail 969 il yaşadı. Siz ey əziz oğlanlar və qızlar! On ildən sonra siz Mafusailin bütün ömrü boyu gördüyü şeylərdən çox şeylər görəcəksiniz.
Məqaləni başlamağın ən əlverişli vaxtı siz onu qurtarandan sonra baş verir. Həmin vaxta kimi siz nə demək istədiyiniz artıq bilirsiniz.
Məlumdur ki, üzvi həyat bir hüceyrəli orqanizmdən filosofa qədər inkişaf yolu keçib. Bizi inandırırlar ki, bu inkişaf, sözsüz ki, proqressivdir. Pis şey olan odur ki, bizi buna birhüceyrəli yox, filosof inandırır.
Mən Corc Vaşinqtona oxşamıram; mənim prinsiplərim daha yüksək və əzəmətlidir. Ən azı ona görə ki, Vaşinqton, lap istəsəydi də, yalan danışmağı bacarmırdı, mən isə bacarıram, ancaq danışmıram.
Mən Çində olarkən tənbəlliyi insanın ən başlıca ləyaqətlərindən biri hesab etdim.
Mən çox səyahət etdim və belə nəticəyə gəldim ki, hətta məlakələr də ingilis dilində ləhcə ilə danışırlar.
Mən duelleri ümumiyyətlə qəbul etmirəm. Əgər hər-hansı kişi məni duelə çağırmağa cəhd edərsə sadəcə onun qolundan tutub, onu sakit yerə apararaq, sakitcə öldürərəm.
Mən əbədiliyə inamı, eləcə də ona olan hər cür marağı çoxdan itirmişəm.
Mən heç vaxt məktəb məşğələlərinin təhsilimə əngəl olmasına imkan vermədim.
Mən həmişə mötəbər insanları alçaq hesab edirdim. İndi hər səhər həyəcanla güzgüdə özümə baxıram ki, orada alçaqlığın əlaməti var, yoxsa yox.
Mən həyatım boyu bir sıra təhlükəli pillələrdən keçə bildim, onların bir hissəsi həqiqətən həyatımda olmalı idi, mən özümü tapmış oldum.
Mən həyatımda çox şey üçün narahat olmuşam və onların isə heç biri baş verməyib.[2]
Mən nə göylərlə, nə də cəhənnəmlə münasibətimi korlamaq fikrində deyiləm. Çünki, mənim həmin yerlərdə dostlarım var.
Mən o qədər məşğulam ki, ölüm günümü başqa vaxta keçirməyə məcburam.
Mən onun dəfnində iştirak etməkdən imtina etdim, ancaq bu tədbiri çox bəyəndiyim barədə çox nəzakətli məktub göndərdim.
Mən otuz il ərzində demək olar ki, dəyişilməyən kişiləri və onların qoca qarılara çevrilən arvadlarını görmuşəm. Bu qadınların hamısı fəzilətli olublar. Fəzilət isə insanı çox qocaldır.
Mən özüm üçün eyni vaxtda bir siqardan başqa siqar çəkməyəcəyim barədə qayda müəyyən etdim.
Mən riyaziyyatı ona görə sevirəm ki, onda insani deyilən heç nə yoxdur. Bir də ona görə ki, onun planetimizlə, Kainatla heç bir əlaqəsi yoxdur və ona olan sevgi cavabsızdır.
Mən siyasətə qarışmıram. Bizdə siyasi şöbənin redaktoru var. O, çox qabiliyyətli adamdır. Əgər o, bir-iki il türmədə olsa, müsbət dərəcədə əvəzolunmaz bir insan olar.
Mən Vaşinqtona bənzəmirəm – prinsiplərim daha yüksək və dəyərlidir. Vaşinqton, ümumiyyətlə, yalan danışa bilmirdi. Mən isə yalan danışa bilirəm, amma özümü saxlayıram.
Mən zehni və fiziki əməyi sınaqdan keçirdim. Kainatda olan bütün pulları mənə versələr belə, otuz gün dalbadal bellə işləməyə razı olmazdım. Amma hər cür, hətta ən ağır zehni əməklə pulsuz məşğul olar və çox razı qalardım.
Məni çox tərifləyiblər və mən həmişə də narazı qalmışam ki, niyə məni az təriflədilər.
Məni Fəxri Legion ordeni ilə təltif etdilər. Ancaq çox az adam bu fərqlənmədən qaça bilib.
Məni yarı yolda buraxdığını sanıb, o yolda qaçarkən təngnəfəs qalanlar.. Yolun sonunda sizi gözləyirəm..
Mənim çox böyük ağıl ehtiyatım olmalıdır və onlarla hərtərəfli düşünmək üçün mənə bütöv bir həftə lazımdır.
Mənim 14 yaşım olanda, atam o qədər küt idi ki, ona güclə dözürdüm. 21 yaşım tamam olandda mən heyrətlə gördüm ki, ötən 7 il ərzində bu qoca nə qədər ağıllanıb. [3]
Mənim ölkəmin hökuməti sadəlövh düzgünlüyə nifrət edir, rüşvətxorluğu isə mükafatlandırır. Mənə elə gəlir ki,dövlət qulluğunda bir-iki il xidmət etsəm, məndən yaxşı cib oğrusu çıxar.
Mənim ölümüm barədə şayiələr həddindən artıq şişirdilib ( Xəbərlər agentliyinin teleqramında).
Minlərlə dahi başqalarından, yaxud da özündən xəbərsiz-ətərsiz yaşayır və ölürlər.
Münhendə bir alman qadını mənə dedi ki, Vaqneri ilk andan sevə bilməzsən, gərək onu sevməyi sistematik olaraq öyrənəsən.
O, əsl centlmen deyil. Çünki həddindən artıq yaxşı geyinir.
O düzdür ki, insan səy göstərəndə çox şeyə nail olur. Amma əsas məsələ odur ki, nail olunan bu “çox şeylər” hansısa bir dəyərə malik olurmu?
O işi bacarmağın imkansız olduğunu bilmədikləri üçün bacardılar.
O, müharibələr və aclıq barəsində qabaqcadan xəbər verə bilirdi. Bu isə çətin bir şey deyil. Həmişə haradasa vuruşurlar, həmişə haradasa aclıq çəkirlər.
O ölkədə hamı bir nəfər kimi yalançı idi. Hətta “Necəsən?” salamlaşması da yalan idi. Çünki, sizin necə olmağınız tabutçu olmayan soruşanı qətiyyən maraqlandırmır.
O, yalan danışa bilər, ya yox? Bizim hər birimiz kimi, onun da mənəvi möhkəmliyi sonsuz deyil. O, doqquz sentə görə bir dəfə də olsun yalan danışmaz, amma bir dollara səkkiz dəfə yalan danışar.
Oxucu, təsəvvür et ki, sən yaramazsan. İndi isə təsəvvür et ki, sən konqessmensən. Deyəsən, təkrarlığa yol verdim.
Oxumayan adamın oxumayandan heç bir üstünlüyü yoxdur.
Onlar içki içməmək haqqında mühazirə oxudular, amma əvəzində aldıqları qəpik- quruş içkiyə bəs etmədi.
Onun güzgü qarşısında keçirmədiyi vaxt öz vəzifəsinin laqeydliyinə sərf edilir.
Onun tərbiyəsizliyi yorğan kimi bütün Yer kürəsini bürümüşdü və siz onda bir dənə də nöqsan tapa bilməzdiniz.
Ölüm qorxusu həyat qorxusundan irəli gəlir. Tam yaşayan insan hər an ölməyə hazırdır.
Öpüş üçün iki əl lazımdır. Belə çıxır ki, Adəm və Həvva üçün söhbət etmək o qədər də asan deyildi. Onlar üçün qeybətini etmək istədikləri başqa heç kim yox idi.
Öz məsləki uğrunda ölmək, deməli, fərziyyələrə çox böyük qiymət vermək.
Öz-özünə öyrənmiş adam nadir halda bir şeyi bilir və adətən, müəllimlə birlikdə öyrənə biləcəyindən on dəfə az bilir.
Özü-özünü öyrətmək xeyirxah bir işdir. Başqasını öyrətmək isə daha xeyirxah bir işdir. Yeri gəlmişkən, başqasını öyrətmək özünü öyrətməkdən daha asandır.
Öz üzərimizdə işləyərkən xoşagəlməzliklərə fikir verməməyi öyrənirik. Aydındır ki, özgələrin.
Özünü aldatmağı bacarmayan insan çətin ki, başqalarını aldada bilsin.
Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir.
Özünüzə inamınızı qırmaq istəyən insanlardan uzaq olun. Bu, yalnız kiçik adama xas xüsusiyyətdir. Böyük insan isə, əksinə, təlqin etmək istəyəcək ki, siz də böyük işlər görə bilərsiniz.
Tale insanın qapısını bir dəfə döyür. Həmin vaxt isə insan yaxınlıqdakı pivəxanada oturur və heç bir səs eşitmir.
Tanrı, dünyanı yaradıb razı qaldığını etiraf etdi. Mən də ilk yaratdığımdan çox razıyam. Amma zaman bu qədər tələsik nəticələri alt-üst edir. Belə zənn etmək olar ki, o indi öz işini mənim “Sadəlövhlər xaricdə” əsərimdən yüksək qiymətləndirmir. Bu bir faktdır ki, orada da, burada da həddindən artıq su var.
Tanrı əvvəlcə kişini, ardınca qadını yaratdı. Sonra kişiyə yazığı gəldi və ona tütün verdi.
Tanrı İtaliyanı Mikelancelonun düşüncəsiylə yaratdı.
Təəssüflər olsun ki,bəzən insanı çaşdırmağın bir yolu-ona həqiqəti olduğu kimi söyləməkdir.
Təcrübə istisna olmaqla, heç vaxt yalan danışma.
Təhqiredici həqiqət təhqiredici yalandan heç də üstün deyil.
Təhsil əslində "öyrənmədiyimiz" şeydir.
Təhsil: lovğa cəhalətdən acınacaqlı qeyri-müəyyənliyə gedən yol.
Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər.
Tək qalmaq istəyirsənsə, fəzilətli ol.
Təmiz olmayan vicdan ağızda tük kimidir.
Təmiz riyaziyyat elə bir predmetdir ki, orada nə haqda danışdığımızı, danışdığımızın isə həqiqi olub-olmadığını bilmirik.
Təmiz vicdan pis yaddaşın etibarlı əlamətidir.
Təmiz vicdanın qəddarlıqla uyğunluğu moralistlər arzularının son həddidir. Ona görə də onlar cəhənnəmi uydurdular.
Tərbiyə hər şeydi. Şaftalı keçmişdə acı badam idi. Rəngli kələm isə ali təhsilli adi kələmdən başqa bir şey deyildi.
Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda, bircə dənə də real səbəb yoxdur. [4]
Uşaq həmişə böyüklərə üç dərs öyrədə bilir: o, heç bir səbəb olmadan şəndir, həmişə nə iləsə məşğuldur və nəyin bahasına olursa olsun, istədiyinə necə nail olmağı bilir.
Utancaq adam istədiyinin onda birini xahiş edər, cəsarətli adam isə iki dəfə çox istəyib yarısını almağa razılaşar.
Uzunömürlü olmaq üçün əcdadları diqqətlə seçmək lazımdır.