Adil
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adil hakimin qohumu yoxdur, qohumu çox olan hakimin insafı. Qırğız atalar sözləri
Ə
redaktə- Ən böyük ədalətsizlik adil olmayıb adil adam kimi görünməkdir. Platon
İ
redaktə- İnsanları sevmədikcə adil ola bilməzsən. Lyuk de Klapye Vovenarq
S
redaktə- Savaşda da adil ol. Jozef Köhler
Ş
redaktə- Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi. [1][2] Abbasqulu ağa Bakıxanov
U
redaktə- Uzun Həsənin anası Sara Xatun olduqca adil, müşfiq və işini bilən bir hakim idi.[3]
- Qaffari, "Tarixi Cahan Ara" əsərində.