Abbasqulu ağa Bakıxanov

Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi

Abbasqulu ağa Bakıxanov (tam adı: Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi) (21 iyun 1794, Əmircan — 31 may 1847, Məkkə) — Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi.

Abbasqulu ağa Bakıxanov
Doğum tarixi 21 iyun 1794
Doğum yeri Əmircan
Vəfat tarixi 31 may 1847
Vəfat yeri Məkkə
Dəfn yeri Wādī Fāţimah
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bağışlamaq əxlaqın ən gözəlidir. Lakin bu bağışlamaqdan zülm doğmamalıdır.
  • Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir.
  • Bekarçılıqdan qorx ki, ən böyük eyib odur. Dünyada heç bir şey bekarçılıqdan pis ola bilməz… Sən əgər bekar otursan, deməli, daş və palçıq səndən daha yaxşıdır, çünki onlar heç olmazsa, ev tikmək işində kara gəlirlər.
  • Bədbəxt o adama deyərlər ki, başqasına yaxşılıq etməyi bacardığı halda, etməsin.
  • Bil ki, təvazökar və şirindilli adamların dostları da çox olar.
  • Bir adama nəsihət vermək istəyirsənsə, onu adam içində eləmə ki, qəbul etməz və səndən inciyər.
  • Bir adamı möhtac görəndə bacardığın qədər kömək elə, ta ki başqaları da sən möhtac olanda sənə kömək etsinlər.
  • Bir işin tədbirində tələsmə, icrasında isə tələs. Çünki bir işi anlamaq üçün çox vaxt lazımdır, icra üçün az.
  • Bütün dinlərin, hətta bütpərəstlərin belə yaxşı inandıqları odur ki hər pis əməlin bir cəzası vardır. Hər kəsə nə yaxşılıq, nə pislik etsən, deməli, özünə edirsən.
  • Bütün fitnə-fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanılmışdır. Avara adam öz insanlıq vəzifəsini unudaraq başqasına yük olur.
  • Cəza yersizdirsə — zülmdür, haqlıdırsa müqəssirə cəza verməmək günahdır və başqalarının tüğyanına səbəb olur.
  • Çox yeməkdən özünü qoru, çünki bədənin sağlamlığına və ağla ziyan vurur.
  • Dəniz özü üçün dalğalanır, çöpə isə elə gəlir ki, dəniz onun üçün dalğalanır.[2]
  • Doğruluğu adət etmiş adam təşviş və qorxudan həmişə arxayın olar.
  • Dostu çox olan adamlar xoşbəxtdirlər.
  • Dövlət başçilarına itaət eləməyi özünə vacib bil, əgər onlar olmasa , ölkədə nizam –intizam olmaz və adamlar bir-birinin malına, canına və namusuna qəsd edərlər.
  • Dünya malını sevən və mövqe axtarmağa həris olan adam dostluğa yaramaz.
  • Elə danış ki, sonradan onu xatırlamağa məcbur olmayasan.
  • Elm və kamal təhsilinə hər şeydən çox çalış, çünki hər şey onların köməyilə əldə edilir.
  • Elmsiz iş, şoran yerə səpilmiş toxum kimidir,
    Əməlsiz elm, diri-diri basdırılmış adam kimidir.
  • Eşq ağlabatan və məqbul olarsa, əsl xoşbəxtlikdir.
  • Əgər sən avarasansa, onda bil ki, daş və palçıq səndən daha yaxşıdır. Çünki onlar ev tikməyə yarayırlar.
  • Əgər şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər.
  • Əsl insan odur ki, öz nöqsanlarını başqalarından yaxşı görə bilsin, bacarığını isə başqalarının bacarığından az hesab etsin.
  • Fəlakət yalançılıqda olduğu kimi, nicat da doğruçuluqdadır.
  • Gözlü o adamdır ki, özünü görə bilsin.
  • Günahkarın bağışlanmasına vasitəçilik etmək, ümumin asayişini pozan ən pis hərəkətdir.
  • Heç kəsin pisliyini başqasına demə, çünki o şəxs sənə düşmənsə haman sözü sahibinə çatdırar. Əgər dost isə sənin haqqında bədguman olar.
  • Heç kəslə düşmənçilik etmə ki, bir gün onunla dost olsan utanarsan.
  • Hər işdə özündən bilikli və qərəzsiz adamlarla məsləhət elə, insanın öz əqli hər işi bacarmağa qadir deyil.
  • Hər kəs mal-dövlət və cah-cəlalı çox sevirsə, o çox müqəyyədir, onunla dostluq yaraamaz, , çünki o həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır.
  • Hər kəs sənə başqasının eybini açıb desə, ondan uzaq gəz, çünki o sənin eybini də başqalarına söyləyər.
  • Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyükdürsə, ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər.
  • Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin.
  • Hər kimə yaxşılıq etdikdə açıq və ya işarə ilə ona minnət qoyma ki, yaxşılığın qiyməti itər və xoşluq əvəzinə inciklik yaranar.
  • Hər ölkədə olsan o vilayətin qanun-qaydalarına zidd iş görmə ki, cəzaya duçar olmayasan.
  • Həyatda yaxşılığı səxavətlə ək.
  • Xalqın xeyrinə olmayan bir işi eləmə və ya bir sözü demə ki, sənə ondan zərər yetişər.
  • …Xəsislər həmişə qorxu və çətinlik içində yaşayırlar. Təkəbbürlü adamlar xalq içərisində alçaq görünər, xudpəsənd özünü camaata güldürər.
  • İnsaf elə bir aynadır ki, insan öz işlərinin yaxşı və yamanını onda görə bilir.
  • İnsaf qəlbin incəliyindən doğduğu üçün insaflı adam daşürəkli ola bilməz.
  • İnsan hirslənəndə əqli yerindən oynayır. Belə hallarda heç bir iş görmə.
  • İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir.
  • İnsan yaxşı əməldən iki dəfə zövq alar: birisi onu edən zaman, ikincisi əvəzini görən zaman.
  • İnsana səadət bəxş etməkdən yüksək və gözəl bir əmək yoxdur.
  • İnsanın şərafəti öz qabiliyyətinə görədir, nəslinə görə deyildir. Ağıllı övladın nəslə ehtiyacı yoxdur, naxələf övlad isə nəslin adını batırır.
  • Kimsə var-dövlət, cah-cəlalı çox sevirsə, onunla dostluq yaramaz, çünki o, həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır.
  • Qara Yusif ibni-Qara Məhəmməd ibni-Bayram Xacə, ata-babadan türkmən Qaraqoyunlu qəbilələrindən bir çoxunun əmiri idi. Sultan Əhməd Elxaninin tərbiyəsi ilə iqtidar sahibi olub, ondan sonra da, əzəmətli bir padişah olmuşdu. Hicri 816-cı (=1414) ildə külli qoşunla Şahrux Teymur oğlu ilə müharibəyə getdi. Ucan adlı yerdə qəflətən vəfat etdi.[3]
  • Qənaət — puç olmaz əbədi dövlət və sabit nemətdir.
  • Qorxusu olan adam yaşayış ləzzətindən məhrum olar.
  • Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın.[4]
  • Nəfsin istəyəni etmə, əqlin istəyinə əməl et. Çünki yaxşı və pisi ağıl seçir.
  • O adam ağıllı hesab olunur ki, öz nöqsanını başqalarından çox görsün və hünərini az bilsin.
  • O adamlarla otur-dur ki, hamı onları yaxşı hesab edir, əclaf və hərzə adamlardan uzaq ol ki, sən də onlar kimi olmayasan.
  • Öz ata-ananı hamıdan artıq əziz tut və hər nə buyursalar əməl elə onları heç vaxt incitmə… Sonra, böyük qardaşına, bacı, əmidayına da itaət elə!
  • Paxıllıq qabiliyyətin yoxluğundan doğar. Hər kəs öz qüvvəsinə inansa, o, istədiyini əldə etməyə qadirdir.
  • Paxıllıqdan daha betər yandırıcı od ola bilməz. Paxıl adam heç vaxt rahat yaşaya bilməz. Onun öz kədəri də, başqalarının fərəhi də ona dərd olar.
  • Pis xasiyyətli adamlardan və pis xasiyyətlilikdən qorx, çünki bədməcaz adam öz-özündən incikdir, xalq isə ondan daha çox.
  • Sənə tapşırılmayan işi görməyə çalışma, cünki ondan xeyir görməzsən, öz işindən də geri qalarsan.
  • Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qurbanı edər.
  • Tez deyib peşiman olmaqdansa, gec demək məsləhətdir.
  • Tənbəllikdən qorx ki, ən böyük eyib odur. Dünyada heç şey işsizlikdən pis ola bilməz.
  • Təvazökarlıq insanın mənəvi cəhətdən təkmilləşdirilməsinə kömək edir.
  • Təvazökarlığı alçaltmaq dərəcəsinə çatdırmaqdan çəkinin.
  • Vay o adamın halına ki, ölü nəcabəti ilə fəxr edir.
  • Yaxşı işdən sən iki dəfə ləzzət alırsan: biri işini yerinə yetirdikdə və ikincisi, öz işinin bəhrəsini gördükdə.
  • Yaxşılıq etmək yaxşı şeydir, lakin yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir.
  • Yaxşılıq odur ki, onda ümuminin mənfəəti olsun.
  • Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz.
  • Yalan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki, onun doğru sözünə də inanmazlar.
  • Yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir.
  • Zamanın ruhu və hər bir xalqın təhsili həmişə ədəbiyyatda və digər abidələrdə əks olunur.
  • Zehnin itiliyi fəsad və puç xəyallara qapılarsa, axmaqlığa çevrilər.
  • Zülm, həsəd, hiylə ilə bu dünyada iş aşmaz.

İstinadlar

redaktə
  1. Heydər Hüseynov. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikrin tarixindən. Bakı, 2007, səh.70
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.212
  3. Gülüstani-İrəm, Abbasqulu ağa Bakıxanov. "Möminin" nəşrləri, 2001.s.60
  4. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.70