Aleksandr Düma (ata)
Aleksandr Düma (ata) (Alexandre Dumas; 1802 –1870) — fransız yazıçısı, dramaturqu və jurnalisti. Ən çox oxunan fransız müəlliflərindən biri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağrı, sən pis deyilsən.
- Ayrıldığın adamla görüşdüyün adam arasında hansısa qəribə bir əlaqə var.
BRedaktə
- Bəzən kiçik qayıqlar böyük gəmiləri xilas edir.
- Böyük şeylər yaratmağı bacaran kiçik şeyləri də yarada bilər.
- Bu bir qayda olub: gənclik əylənir, qocalıq söyüş söyür.
- Bu, vaxt itirməmək adlanır: dünən səhər gəldin, bu gün saat üçdə isə evlisən!
- Bütün insan müdrikliyi iki sözdən ibarətdir: gözləmək və ümid etmək!
DRedaktə
- Dünya bir qonaq otağıdır. Bu otaqdan hamı ilə vidalaşıb, borclarını ödəyib, layiqincə, nəzakətlə ayrılmağı bacarmaq lazımdır.
ERedaktə
- Ehtiras ən təmkinli ağılları belə kor edir.
ƏRedaktə
- Əsl comərd insan düşmən bədbəxtliyi onun nifrətini üstələyəndə mərhəmət göstərməyə hazır olur.
- Əzəmətli qartal nə qədər yüksəkdən uçarsa, bir o qədər yerdə dincəlməyə məcburdur.
GRedaktə
- Gənclik - artıq cavan olmayanlar üçün böyük çatışmazlıqdır.
- Gözləmək yalnız heç nə etməyəndə dözülməz olur.
HRedaktə
- Hakimlər canı bərk məxluqdurlar.
- Heç bir şey haqqında soruşmayan insanlar ən yaxşı təsəlli verənlərdir.
- Heç vaxt istisna olmaq lazım deyil. Əgər dəlilərin arasında yaşayırsansa, dəli olmağı öyrənməlisən.
- Həddindən artıq dostlar ola bilməz.
- Hər böyük kədər hörmətə layiqdir.
- Hər cür bədbəxtliyin iki dərmanı var: vaxt və sükut.
- Həyat, kiçik çətinliklərdən ibarət bir təsbehdir və filosof onlar gülərək oynadır.
- Həyatda ölümdən maraqlı tamaşa yoxdur.
- Həyatın nə qədər yaxşı olduğunu başa düşmək üçün ölümə susamaq lazımdır.
- Hörmətsiz sevgi uzağa gedə, yüksəkliyə qalxa bilməz: bu tək qanadlı mələkdir.
XRedaktə
- Xəsislik ruhu qurudur.
- Xoşbəxtlik, qapıları əjdahalar tərəfindən qorunan nağıl sarayları kimidir. Onlara sahib olmaq üçün mübarizə aparmaq lazımdır.
İRedaktə
- İnsan nə qədər yaxşı danışa da, sonda axmaq sözlər danışacaq.
- İnsanı, atanı əzabdan, qadını göz yaşlarından xilas etmək xeyirxah əməl yox, insanlıq borcudur.
- İnsanlar həmişə belədir: başqasının qürurunu baltalamağa hazır olur, amma özlərinin mənliyinə cüzi toxunulan kimi çığır-bağır salırlar.
- İnsanlar kimi evlərin də onların daxili mahiyyətini əks etdirən ruhları və sifətləri var.
KRedaktə
- Kabus yalnız onu görmək istəyənlərin gözünə görünür.
QRedaktə
- Qadın müqəddəsdir. Sevdiyin qadın isə ikiqat müqəddəsdir.
- Qəzəb zəiflik əlamətidir.
- Qisas alan adam bəzən etdiyi hərəkətə görə peşman olar, bağışlayan adam isə heç vaxt.
- Qısqanclıq, kökündən qoparıb atmayanda artan alaq otu kimi pis hisdir.
- Qısqanclıq sevgi əlamətidir.
- Qocaldıqca gənclik barəsində daha çox düşünürsən.
MRedaktə
- Melanxoliya, adi insanın xəyali orijinallıq aldığı bir qidadır, amma güclü təbiətə malik insan üçün öldürücüdür.
- Mən hər kəsi yaxınlarını sev kimi Tanrının buyurduğu sevgi ilə -xristian sevgisi ilə sevirəm, amma bəzi insanlara ürəkdən nifrət edirəm.
- Məsləhət xidmətdən çoxdur.
- Məşğul insanların qadınlara baxmağa vaxtları yoxdur.
- Məşuqədən ayrılmaq olar, həyat yoldaşından isə yox. Çünki, siz ona yaxından, yaxud da uzaqdan əbədi olaraq bağlısınız.
- Möcüzə nədir? Anlamadığımız şey. Ən arzu olunan nədir? Əlçatmayan şey.
- Müstəqillik azadlığı əvəz edir.
NRedaktə
- Nifrət edən başqasının hisslərində səhv etmir.
- Nə qədər yaşının olmasından asılı olmayaraq, arzularının puç olduğu zamandan qoca olursan.
ÖRedaktə
- Ölü rəqiblərinizdən yox, canlı düşmənlərinizdən qorxun!
- Özündə mübarizə əzmi hiss edən vaxtını əbəs yerə sərf etmir və taleyin zərbəsinə zərbə ilə cavab verir.
- Özünə hörmət etdiyini göstərsən, sənə də hörmət edəcəklər.
RRedaktə
- Ruhu zəif olanlar hər şeyi matəm libasında görür. Ruh üfüqlərini özü yaradır.
SRedaktə
- Sevinc də bəzən kədər kimi insanı sıxır.
- Sivilizasiya bizdə xeyirxah başlanğıcı boğan və şərə yol açan arzular, qüsurlar, süni tələbatlar yaratdı.
- Siz nə vaxtsa eqoizmimizin bizə məxsus olan hər şeyi parlaq rənglərə boyadığının şahidi olmusunuzmü?
ŞRedaktə
- Şübhə etmədiyin arzuları həyata keçirmək daha asandır.
TRedaktə
- Təəssüf ki, bu dünyada hər kəsin başqasının nöqteyi - nəzərini görməyə mane olan öz nöqteyi-nəzəri var.
- Tənha adamın xoşbəxtliyi tam xoşbəxtlik deyil.
URedaktə
- Uzun müddət əziyyət çəkən öz xoşbəxtliyinə çətinliklə inanır.
ÜRedaktə
- Ümid, mənə məlum olan həkimlərin ən yaxşıdır.
ZRedaktə
- Zəif ruhu olan adamlar həmişə hər şeyi matəm libasında görür.