Bu dünyada gənclik və gözəlliyin bir mənası yoxdur; bir-birinin eynilə yoldaşı, ruhları görünməz olmuş bədənlərlə dolu ucsuz-bucaqsız bir toplama düşərgəsindən başqa bir şey deyildir yaşadığımız dünya. Milan Kundera
Bu verdiyin gənclik iksiri ikinizi də div kimi etdi (gənclik iksirini çox içib körpəyə çevrildiyində). Coni Bravo
Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam.. Napoleon Bonapart
Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır..[ Albert Kamyu ]
Gənclik ay işıqlı gecələr kimidir. Ağıllı adamlar bu gecələr yatmaz. Hümam Təbrizi
Gənclik həmişə fədakardır. A.İ.Gertsen
Gənclik hər şeyə yaxşı nəzərlə baxır. Frans Kafka
Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır. Frans Kafka
Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var. N.V.Qoqol
Gənclik, sahib olmağa dəyər tək şeydir. Oskar Uayld
Gənclik yaşında əldə edilmiş hər şey möhkəm və davamlı olur. Yan Komenski
Gənclik yeni nəsil deməkdir.Kökünə bağlı,əcdadının yolu ilə gedən,milli,mənəvi dəyərlərinə, sadiq,əyilməz,alnıaçıq,həm də dükənməz gücdür..[ “Fyüzat” jurnalından ]
Gənclikdə qazanılan bilik qocalıqda müdriklik deməkdir. İngilis atalar sözü
Gəncliyimdə naharadək bir damcı da olsun spirtli içki qəbul etməmək qaydası qoymuşdum özümə. Daha cavan deyiləm, qayda dəyişib, indi səhər yeməyinədək bir damcı da olsun içməmək qaydasına əməl edirəm. Uinston Çörçill
Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır, sonraları isə bütün sevgimiz düşüncələrimiz olar. Albert Eynşteyn
Gəncliyin qiyməti bilinsə, qocalığın şikayəti azalar. Türk atalar sözü.
Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada kicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz.. [ İohan Vilhelm Snelman]
Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər.. [ Həzrəti Əli əleyhissalam ]
Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, öünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər.. Fransua de Laroşfuko