Aleksandr Düma (oğul)

Aleksandr Düma (oğul) (27.07.1824–27.11.1895) — fransız dramaturqu və nasiri, Fransa Akademiyasının üzvü, Aleksandr Dümanın nikahdan kənar oğlu.

Aleksandr Düma (oğul)
Doğum tarixi 27 iyul 1824
Doğum yeri former 2nd arrondissement of Paris
Vəfat tarixi 27 noyabr 1895
Vəfat yeri Marli-le-Rua
Dəfn yeri Monmartr qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adama ağır gələn odur ki, insan ağlının hüdudları var, insan axmaqlığı isə sonsuzdur.
  • Allahın olmadığı sübut olunmayana qədər Allahı inkar etməyin.
  • Anonim məktublar ona görə yaxşıdır ki, onlara cavab vermək lazım deyil.
  • Belə şeyləri düşünmək olar, amma yazmaq yox.
  • "Beləliklə, siz bütün həyatınızı 55 yaşlı kişi ilə yaşamağa razısınızmı?" – "Yox, yox! Onun bütün həyatı ilə".
  • Bizi böyük işlərə ruhlandıran qadın nə qədər tez-tez onları yerinə yetirməyə mane olur.
  • Bütün səmimi hisslər sadəcə zəif ifa olunur.
  • Elə insanlar var ki, bizə görə müflisləşir və heç nə almırlar. Elələri də var ki, bizi bir dəstə gülə alır.
  • Evlilik əlaqələri o qədər ağırdır ki, onları yalnız iki, bəzən də üç nəfər daşıya bilər.
  • Əgər kişilər qadın qəlbini tamamilə anlamırlarsa, qadın da kişi şərəfini anlamır.
  • Əgər qızda etibarsızlıq yoxdursa, o silahsızdır.
  • Əgər mənə aşiq olanların hamısına qulaq assaydım, nahar etməyə vaxtım çatmazdı.
  • Əgər yalan danışdığını bilirsənsə, o zaman sənin üçün susmaq heç vaxt gec olmayacaq.
  • Hansı qadının bəxş etməsindən asılı olmayaraq, əsl sevgi bizi həmişə yaxşı edir.
  • Heç vaxt — çox uzun bir müddətdir!
  • Həyat yoldaşımızı niyə də sevməyək? Başqa qadınları ki, sevirik.
  • Hörmətsiz sevgi nə uzağa gedə, nə də yüksəyə qalxa bilməz. Çünki, o, tək qanadlı mələkdir.
  • İncəsənət ya təklik, ya ehtiyac, ya da ehtiras tələb edir.
  • İnsanlar sevgiyə utancaqlıq, poeziya, özünü qurban vermə, fədakarlıq verdilər. Amma bununla yanaşı, ona ifratçılıq, məkrlik, pozğunluq, riyakarlıq kimi heç bir heyvanın vermədiyi şeylər də daxil etdilər.
  • Kədərli olan qocalığın yaxınlaşması yox, gəncliyin uzaqlaşmasıdır.
  • Kişilər, əlbəttə ki, nəyin onlara ağrı verə biləcəyini bilmək istəyirlər.
  • Kommersiya? Bu çox sadədir. Bu, başqa insanların puludur.
  • Qadın kişini böyük işlərə həvəsləndirir, sonra isə onun həyata keçirilməsini çətinləşdirir.
  • Qadından niyə ağladığını soruşmaq olar. Amma ondan heç vaxt niyə ağlayırdı soruşmayın. Çünki, o bunu xatırlamır.
  • Qadının bir-birini tamamlaya biləcək iki cür sevgisi olur: ruhi və cismani sevgi.
  • Qadınlar sevmədikləri kişilərə qarşı çox amansız olurlar.
  • Qədim insanlar tacirlər və oğrular üçün ümumi bir allah müəyyən etməklə nə qədər haqlı imişlər.
  • Qısqanclıq, başqalarından çox özünə pislik etmək sənətidir.
  • Qısqanclıq başqasının üstünlüyündən qorxmaqdır.
  • Maraqlı olan qadının sənə söylədiyi yox, söyləmədiyidir.
  • Məktubda ifadə olunan sevgi təhlükəli, həm də faydasızdır.
  • Mən atəş açdım, amma gülləm boşa çıxdı.
  • Mən (qadın) darıxırdım. Ona görə də bu başlandı. O (kişi) məni darıxdırdı. Ona görə də bu sona çatdı.
  • Mən şəkər qatılmış üzümü sevirəm. Çünki, şəkərsiz onun dadı yoxdur. Kameliyaları sevirəm. Çünki, onların iyi yoxdur. Mən bir də varlıları sevirəm. Çünki, onların ürəyi yoxdur.
  • Mənim dostum, həyat çox valehedici bir şeydir. Hər şey ona hansı gözlə baxmağından asılıdır.
  • Mübahisədə həmişə ağıllı olan günahkar olur.
  • Müqəddəs İncilə görə, Allah qadını beşinci günün axşamı yaratmışdır. Aydındır ki, O artıq yorulmuşdu.
  • Nahardan sonra üç kişini yalnız buraxın. Söhbətin qadınlardan gedəcəyinə və bu söhbəti kişilərdən ən yaşlısının başlayacağına əmin ola bilərsiniz.
  • Necə adam olmalı? Əgər bunu istəmirsənsə, o zaman bundan çətin, istəyirsənsə, asan şey yoxdur.
  • Nə qədər yaşamağımdan asılı olmayaraq, məni sevdiyinizdən çox yaşayacağam.
  • Niyə uşaqlar adətən belə ağıllı olur, valideynlər isə yox? Görünür, ona görə ki, uşaqlar məktəbə gedirlər.
  • Oxunan əsərin indisi, təkrar oxunan əsərin isə gələcəyi var.
  • Pulu dəyərindən nə çox, nə də az qiymətləndir. Çünki, o yaxşı qulluqçu, pis ağadır.
  • Sevgi fizikadır, evlilik kimya.
  • Sevgi, iki cinsin çarpışmasıdır. İlk növbədə qadınlar, sonra isə kişilər qorunmalıdır. Məğlub olanın vay halına.
  • Səbirsizliklə gözlədiyin cavab həmişə sən evdə olmayanda gəlir.
  • Səma (Cənnət) heç vaxt günah etməyən yüz salehdən çox, tövbə edən bir günahkara daha çox sevinir.

İstinadlar

redaktə