Maksim Qorki
(Aleksey Peşkov səhifəsindən yönləndirilmişdir)
Maksim Qorki, (rus dilində: Максим Горький, əsl adı Aleksey Maksimoviç Peşkov (rus dilində: Алексей Максимович Пешков; 1868-1936) - rus və sovet yazıçısı, nasiri, dramaturqu; dünyanın ən əhəmiyyətli və tanınmış yazıçı və mütəfəkkirlərindən biri; 5 dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub: 1918-1923, iki dəfə 1928, 1933-cü illərdə. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağıl, təvazökarlıq çərçivəsində daha gözəl görünən qiymətli daşdır.
- Ağlın az olsun, amma özününki olsun.
- Aldanma deyə bir şey yoxdur! Yalnız bir az çox güvənmək vardır. Və insanı aldandığı deyil, ən çox güvəndiyi aldadar.
- Ana olmasa nə şair olar, nə qəhrəman.
- Ateist dövrümüz Bibliya əfsanəsinə gülərək, Allahı insan axmaqlığının təxəllüsü hesab edir.
BRedaktə
- Başa düşmək lazımdır ki, alimin əməyi bütün bəşəriyyətin sərvətidir və elm ən böyük təmənnasızlıq sahəsidir.
- "Belə eləmə" az deyilməlidir. Göstərmək lazımdır: bax, belə elə.
- Bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, bədii ədəbiyyat fikrə və hisslərə eyni vaxtda və eyni qüvvə ilə təsir edir.
- Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik olmalıdır.
- Bilikdən daha güclü bir güc yoxdur; biliklə silahlanmış insan yenilməzdir.
- Biz həmişə insanlardan şikayətlənirik. Özümüz də insanıq. Demək bizdən də şikayətlənə bilərlər.
- Böhtan və yalan - meşşanların qanun şəkli almış siyasət metodudur.
- Böyük ürəklərə görə uzaqdakılar daim yaxındır.
- Bu dünyada günəşdən daha gözəl Allah, od, gözəl sevgi atəşi yoxdur.
- Bu dünyada hər şey nisbidir və onda insan üçün daha pis ola biləcək bir vəziyyət yoxdur.
- Bütün həyatım boyu yalnız işləməyi sevən və bacaran adamları qəhrəman gördüm.
- Bütün kilsələrin əsas vəzifəsi xoşbəxtliyin yer üzündə yox, göylərdə, özgəsi üçün məşəqqətli işdə çalışmasının savab iş olmasını yoxsul insanlara təqlid etməkdən ibarət olub.
CRedaktə
- Cəhənnəmdəki şeytanlar insanların bir-birlərini yezuit çevikliyi ilə ləkələyə bilmələrinə həsəd aparır.
- Cəsurların çılğınlığı- həyatın hikməti budur!
ÇRedaktə
- Çox gülən insanların qəlbində daha böyük əzablar olur.
DRedaktə
- Dinclik deyilən o şeyin hər santimetrinə ehtiyacım var bu aralar. Mənə bir az bahar lazımdır.. Çox üşüdüm.
- Dostluq yoldaşlığın ən yüksək pilləsidir.
- Dünyada ən yaxşı ləzzət və böyük fərəh-özünün başqasına lazım olduğunu hiss etməkdir.
- Dünyada insan olmaq ən şərəfli vəzifədir.
- Dünyadakı bütün gözəlliklər qadına olan sevgidən yaranıb.
- Dünyanı tərpətmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi - azad əməkdir.
ERedaktə
- Elə sevigi var ki, o, insanın yaşamasına mane olur.
- Evlənmək adamın sərbəstliyini əlindən alır.
ƏRedaktə
- Ədəbiyyat dərin məsuliyyətli bir məsələdir və hədiyyələrlə nazlanmaq tələb etmir.
- Əclaflar ən ciddi hakimdirlər.
- Əgər bir insana tez-tez “donuz” deyəndə, sonda o həqiqətən xortuldayacaq.
- Əgər düşmən təslim olmursa, onu məhv edirlər.
- Əgər müəllim dürüstdürsə, o, həmişə diqqətli bir şagird olmalıdır.
- Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır.
- Əlinizdə balta tuta bilməsəniz, ağac kəsə bilməzsiniz, dili yaxşı bilməsəniz, gözəl və hamı üçün başa düşülən bir şey yaza bilməzsiniz.
- Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir.
- Əmək və bilik, "ikinci təbiət" yaradır. Bu isə sözün dəqiq əsil mənasında mədəniyyətdir.
- Əmək zövq olanda həyat gözəldir, vəzifə olduqda isə köləlikdir!
- Əsgərin silahı tüfəng olduğu kimi, dil də ədəbiyyatçının silahıdır. Silah nə qədər yaxşı olarsa, döyüşçü də bir o qədər güclü olar.
- Əsl sevgi ürəyi ildırım kimi vurur və ildırım kimi lal olur.
GRedaktə
- Gözəl şeyi hamı görməlidir, yalnız o zaman gözəl şey yaşayır.
- Gün - bu ən qısa həyatdır, o günü elə yaşamaq lazımdır ki sanki sonuncu günüdür.
- Günə kiçik bir həyat kimi baxmaq lazımdır.
- Günəşsiz güllər açılmır, sevgisiz xoşbəxtlik yoxdur, qadınsız sevgi yoxdur, anasız nə şair, nə qəhrəman var.
HRedaktə
- Hamıdan öyrənin, heç kimi təqlid etməyin.
- Heç olmasa kiçik, ancaq öz ağlın olsun.
- Həqiqətin gözəl və cəsarətlə deyilmiş sözündən ibarət bir Allahı olan şairləri şöhrətləndirək.
- Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur.
- Həmişə əlçatmaz bir şeyə aşiq olmaq lazımdır. İnsan yuxarı qalxdıqca boyu da uzanır.
- Hər bir insanda inşaatçının müdrik qüvvəsi gizlənir və onun inkişaf etməsi və çiçəklənməsi üçün ona sərbəstlik vermək lazımdır.
- Hər bir iş onu sevənə qədər çətindir, sonra isə o həvəsləndirir və işi asanlaşdırır.
- Hər ötən günə kiçik bir həyat kimi baxmaq lazımdır.
- Həyat davam edir: onunla ayaqlaşmayan tək qalır.
- Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz.
- Həyatda dəyərli heç nə yoxdur: təbii ki, həyatın özünü hesaba almasaq.
- Həyatda ən yüksək sevinc, ən yaxşı zövq özünü insanlara lazımlı və yaxın hiss etməkdir!
- Həyatda məqsədə çatmaq üçün daim güclü olmaq lazım gəlir.
- Həyatın mənası gözəllikdə və məqsədə çatmaq cəhdindədir.
- Həyatın mənası insanın mükəmməlləşməsindədir.
- Həyatın mənası məqsədlərə can atmanın gözəlliyində və gücündədir və varlığın hər anının öz yüksək məqsədi olmalıdır.
- Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır.
XRedaktə
- Xatırlamaq başa düşmək kimidir. Nə qədər çox başa düşsən, bir o qədər yaxşı şeylər görəcəksən.
- Xəstəliyin ən aktiv müttəfiqi xəstənin ümidsizliyidir.
- Xoşbəxtlik, bədbəxtliyə nifrətdən, insanı təhrif edən və eybəcərləşdirən, fizioloji iyrəndirən, sızıldadan, inildədən, ah çəkən hər şeyi daxilən rədd etməkdən başlayır.
- Xoşbəxtliyə gedən yol azad əməkdən başlayır.
- Xurafat - köhnə həqiqətlərin qırıntılarıdır.
İRedaktə
- İdeyasız ağıl, hələ həyata daxil olan yaradıcı qüvvə deyil.
- İnam-ən qüdrətli yaradıcı qüvvədir.
- İnsan bir böyrü üstə uzananda narahat olur və o, o biri böyrü üstə çevrilir. Amma insanın yaşaması çətin olanda o, yalnız şikayətlənir. Sən səy göstər və çevril!
- İnsan əməyinin və yaradıcılığının tarixi insan tarixindən daha maraqlı və daha əhəmiyyətlidir. İnsan yüz il belə yaşamayıb ölür, amma onun əməli əsrlərlə yaşayır.
- İnsan kainatdır. Yaşasın bütün dünyanı özündə daşıyan insan!
- İnsan kəsrə bənzəyir - məxrəcdə özü haqqında düşündüyü, surətdə əslində olduğudur. Məxrəc böyük olduqca, surət bir o qədər kiçikdir.
- İnsan möcüzədir, yer üzündə yeganə möcüzədir və bütün başqa möcüzələr onun iradəsinin, zəkasının, təxəyyülünün yaradıcılığının nəticəsidir.
- İnsan sevgisiz yaşaya bilməz. Ruh ona sevilə bilməsi üçün verilir.
- İnsan sözü iftixarla səslənir.
- İnsan tələbatının həddi-hüdudu yoxdur. O heç zaman razı qalmayacaq və bu, onun ən yaxşı keyfiyyətidir.
- İnsan - yer üzünün zinətidir.
- İnsana biliklərin zəruriliyini sübut etmək, onu görmənin faydalılığına inandırmaq kimidir.
- İnsana necə inanmamaq olar? Hətta görsən ki, o yalan danışır, ona inan, yəni qulaq as və nə üçün yalan danışdığını başa düşməyə çalış.
- İnsanda yaxşı nə varsa, günəşin şüalarında və anasının südündədir -bizdə həyat məhəbbətini doğuran budur.
- İnsanı əzizləmək, oxşamaq heç vaxt zərərli deyil.
- İnsanın hamının diqqət mərkəzində olmağa cəhd etməsi ən böyük fəlakətdir.
- İnsanlar artıq sözlərin kütləsində dolaşığa düşür, özlərini itirirlər.
- İradə gücü bütün dərmanlardan daha yaxşı təsir göstərir.
- İstedad cins at kimidir, onu idarə etməyi öyrənmək lazımdır. Əgər onun yüyənini hər tərəfə dartsan, o yabıya çevriləcəkdir.
- İstedad işə məhəbbət hissindən inkişaf edir və hətta ola bilər ki, mahiyyətcə istedad yalnız işə məhəbbətdir.
- İstedad özünə, öz gücünə inamdır.
- İşdə həlledici rolu həmişə material yox, usta oynayır.
KRedaktə
- Kasıb adamlar gözəl olur, lakin varlılar daha güclüdürlər.
- Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür.
- Keçmişin arabasında heç bir yerə gedə bilməzsən.
- Kitab bilik mənbəyidir .
- Kitab, həyatın insan kimi eyni fenomenidir, o da canlı, danışan bir faktdır və bir insanın yaratdığı və yaradacağı şeylərdən heç də az əhəmiyyətli bir şey deyildir.
- Kitab insan ruhunun müqəddəs yazısıdır.
- Kitab insanda görmədiyim, bilmədiyim cəhətləri mənə sübut etmək qüdrətinə malikdir.
- Kitab oxuyun, amma yadınızdan çıxarmayın ki, kitab oxumaq öz yerində, beyninizi də işə salmalısınız.
- Kitabı sevin, çünki o sizə insanları sevməyə öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq.
- Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hislərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o sizi insana və özünüzə hörmət etməyə öyrədəcək, o, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq.
- Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım.
- Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.
- Kitablar sayəsində yaşadım.
- Kora ayıq bələdçi lazım olan kimi, insana da həqiqət lazımdır.
QRedaktə
- Qadın bəzən ərinə aşiq ola bilər.
- Qadından ölümdən qaça bilmədiyin kimi qaça bilməzsən.
- Qadının nə istədiyini Allahın özü də bilmir!
- Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir.
- Qısa nitqlər həmişə daha məzmunlu olur və güclü təəssürat oyadır.
LRedaktə
- Laqeyd olmayın, çünki laqeydlik insan ruhu üçün ölümcüldür.
MRedaktə
- Mədəniyyətin səviyyəsi həmişə bilavasitə əməyə məhəbbətdən asılı olur.
- Mədəniyyətin yüksəkliyi qadına olan münasibətlə müəyyən edilir.
- Məhəbbətsiz həyat həyat deyildir - mövcud olmaqdır.
- Mən günəşi, onun adını, adının şirin səslərini, daxilində gizlənən zəngləri çox sevirəm.
- Mən həyatın mənasını yaradıcılıqda görürəm. Yaradıcılıq isə azad və tükənməzdir!
- Mən məsəllərdən, daha doğrusu, aforizmlərlə düşünməkdən çox öyrənmişəm.
- Mən müharibənin başdan-başa vəhşilik olmasını və müharibədə bir-birinin qarşısında heç bir təqsiri olmayan, zorla özünümüdafiə vəziyyətinə salınan insanların bir-birini qırmasını bilirəm.
- Mis pul gümüş pula sürtüldüyü kimi, yaxşı adamın yanında dolaşsan, sonda dəyərin qalxacaq.
- Mübahisə etmək, sevməmək demək deyil.
- Müəyyən bir şeyə möhkəm meyl edəndə insanlar çox cazibədar olurlar. Müəyyən yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar.
NRedaktə
- Namuslu adam heç kəsə paxıllıq etmir.
- Nə qədər çox bilsən, bir o qədər güclü olarsan.
- Nə soruşulduğu barədə yox, niyə soruşdular barədə düşün. Nə üçün soruşulduğunu anlasan, necə cavab verməyi də biləsən.
- Nifrət etməyi bacarmadan səmimi sevmək mümkün deyil.
ÖRedaktə
- Övladları tərbiyə etməyi bacarmaq istedad və geniş həyat təcrübəsi tələb edən böyük dövlət işidir.
- Özün inanmadığın şeyi başqasına təklif etmə.
- Özündən razı insan cəmiyyətin sinəsində bərkimiş şişdir.
PRedaktə
- Planetimizin ən gözəl və ən ecazkar varlığı olan insana baxıb fərəhlənməsək, həyatımızdakı iyrəncliklərdən və yalanlardan azad olmayacağıq.
RRedaktə
- Ruslar yoxsul və kasıb həyatlarından irəli gələn kədərlə əylənməyi,onunla uşaq kimi oynamağı sevir və nadir hallarda bədbəxt olmalarından utanırlar.
SRedaktə
- Sabah nə edəcəyini bilməyən insan - bədbəxtdir.
- Sevgi, yaşamaq istəyidir.
- Sevgisi heç bir maneə görməyən, südü ilə bütün dünyanı bəsləyən qadını-Ananı şöhrətləndirək!
- Sevmək yaşamaq istəyidir.
- Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran - yıxılmaz heykəl olaraq qalacaqsan!..
- Sonsuz iş günlərində kədər bayramdır, yanğın əyləncə, boş sifətdəki cızılma isə bəzək.
- Söz bütün faktların, fikirlərin libasıdır.
- Susuz çiçək açmaz, sevgisiz də xoşbəxtlik yoxdur.
- Sürünmək üçün doğulan uça bilməz!
ŞRedaktə
- Şəxsi eqoizm əclaflığın doğma atasıdır.
- Şifahi xalq ədəbiyyatını öyrənmədən zəhmətkeş kütlənin həqiqi tarixini öyrənmək olmaz.[1]
- Şit tərif nə onu deyənə, nə də aid olduğu adama hörmət qazandırır.
TRedaktə
- Təbiət insanı dördayaq gəzməkdən məhrum edib, ona ideal kimi bir əsa verəndən sonra o ən yaxşıya, ən yüksəklərə şüursuz cəhd etməyə başladı.
- Tək böyük olsa da, yenə də kiçikdir.
- Təmiz ağ və ya tamamilə qara insanlar yoxdur; insanların hamısı rəngarəngdir.
- Tənqid etmək hüququna malik olmaq üçün hansısa həqiqətə inanmaq lazımdır.
- Təslim olmayan düşməni məhv edirlər.
URedaktə
- Uşaqlar çox vaxt böyüklərdən daha ağıllı və daha səmimi olurlar.
- Uşaqlar torpağın canlı çiçəkləridir.
VRedaktə
- Vətən xainini heç kəslə və hen nəylə müqayisə etmək mümkün deyil. Düşünürəm ki, hətta tif daşıyıcısı biti də bu cür müqayisə təhqir edə bilərdi. [2]
YRedaktə
- Yaxınlaşmaq istədiyin adamda pis keyfiyyətlərin yaxşı keyfiyyətlərdən çox olduğunu düşünərək ona yaxınlaşma.
- Yaxşı həmişə ən yaxşının arzusunu alovlandırır.
- Yalan - qulların və ağaların dinidir, həqiqət isə azad insanın allahıdır.
- Yalan - mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır.
- Yalnız həyatın mənasını, insanların istəklərini və hərəkətlərinin əsl səbəblərini anlamağı öyrədən kitabları oxumaq və hörmət etmək lazımdır.
- Yalnız iki cür həyat forması var: çürümə və yanma. Qorxaq və acgözlər birincini, cəsarətli və səxavətlilər isə ikincini seçirlər.
- Yalnız özünü yalan, abırsızlıq və həyasızlıq zirehinə bürüməyən adam vicdan mühakiməsi qarşısında titrəməyə bilər.
- Yazıçı öz sinfinin gözü, qulağı və səsidir. O, bunu dərk etməyə bilər, ancaq o, həmişə və labüd olaraq sinfin orqanı, onun duyğu cihazıdır yazıçının yalnız bir müəllimi var - onun oxucuları.
- Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.
ZRedaktə
- Zaman-sakit həyatı sevən insanların düşmənidir.
MənbəRedaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
İstinadlarRedaktə
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. sh.494.