Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq ("Kin" pyesi, 1953)Jan Pol Sartr
Bu döyüşü başa çatdırmaq vaxtıdır. Oğrular kralı ilə zərli qəhrəman arasında! Sword Art Online
Mən beləyəm: mənim içimdə şeytan var, dayaz düşüncəliyəm, qabiliyyətsiz və koram. Amma professor, siz də qartal deyilsiniz! Buna baxmayaraq, bütün uyezd, bütün qadınlar məni bir qəhrəman, bir qabaqcıl adam kimi tanıyır, siz isə bütün Rusiyaya məşhursunuz. Anton Çexov
Mən qəhrəman deyiləm, sadəcə, qəhrəmanları oynamışam. Rasim Balayev
Mən tamamilə güman edə bilərəm ki, qəhrəman bir qadın xilas olmaq üçün qaçarkən sonda dolama və təhlükəli dağ cığırında ola bilər. Az ehtimal olsa da, amma yenə də mümkündür ki, o, uçurum üzərindəki körpüyə ayaq basanda körpü uçacaq. Müstəsna olaraq az ehtimal var ki, o, son anda ot kökündən yapışacaq və uçurumdan asılı qalacaq və mən belə bir imkanla razılaşa bilərəm. Lap çətin olsa da, inanmaq olar ki, yaraşıqlı bir kovboy bu anda oradan keçəcək və bədbəxt qadına kömək edəcək. Amma bu anda kamerası olan operator bütün bu həyəcanlı hadisələri kamerasına çəkməyə hazır olacaq, mən buna inanmaram! Nils Bor
Millət bir ruhdur, ruhani prinsipdir. İki şey bu ruhu, bu ruhani prinsipi yaradır. Biri keçmişdə, o biri indidədir. Biri zəngin ümumi xatirələrə malik olmaqdır; o biri ümumi müqavilə, birgə yaşamaq arzusudur, bizə miras qalmış bölünməz irsdən birgə istifadəni davam etdirmək iradəsidir... Qəhrəman keçmiş, dahi şəxsiyyətlər, şöhrət (amma həqiqi) - milli ideyanın söykəndiyi başlıca kapital budur. Keçmişdə ümumi şöhrətə, gələcəkdə ümumi istəyə malik olmaq, birgə böyük işlər görmək, onları gələcəkdə də arzulamaq - xalq olmağın başlıca şərtləridir... Keçmişdə ümumi şöhrəti və peşmançılıqları bölüşmək, həmin proqramı gələcəkdə də həyata keçirmək, birgə əzab çəkmək, sevinmək, ümid etmək, bunlar ümumi gömrük və sərhədlərdən də önəmlidir; irq və dil fərqindən asılı olmayaraq başa düşülən məhz budur. İndicə "birgə əzab çəkmək" dedim, bəli, ümumi əzab insanları ümumi sevincdən daha çox birləşdirir... Ernest Renan