Alla Puqaçova
Alla Borisovna Puqaçova (15 aprel 1949, Moskva) — Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti (1991). Kristina Orbakaytenin anasıdır.
Alla Puqaçova | |||
![]() | |||
Doğum tarixi | 15 aprel 1949 | ||
Doğum yeri | Moskva | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
redaktə- Dostcasına verilmiş məsləhətlərdən incimək düzgün deyil.
Ə
redaktə- Əgər bir axmağa aşiq olmusunuzsa, deməli, həyatınızın duzu az olub.
- 50 yaşdan sonra insanın üzündə yaşı yox, mahiyyəti yazılır.
- Əsl qadın həm su, həm də od olmağı bacarmalıdır. Mahiyyət eyni qalsa da, daim dəyişən bu prosesi müşahidə etməkdən daha əyləncəli heç nə yoxdur.
- Əziz xanımlar, kişi ilə münasibətdə hər şeydən əvvəl siz yumor hissini itirməməlisiniz,onda hər şey yaxşı olacaq.
H
redaktə- Hesab edirəm ki, məhəbbət — böyük zəhmət tələb edir. Və bu zəhmət mənim üçün xoşbəxtlikdir.
- Hər şeyi kişidən ötrü qurban vermək? Kişi nə qədər səfeh olmalıdır ki, məndən hər şeyi atmağı tələb etsin. Axmaq naminə heç nəyi qurban vermərəm.
X
redaktə- Xoşlamıram, həm də dürüstlüyüm imkan vermir ki, yalan danışım. Odur ki, mətbuata az-az danışıram.
İ
redaktə- İnsanları sevə bilməyin yeganə yolu onlarla ünsiyyəti kəsməkdir.
- İstənilən qadın aktrisadır. Əgər pis aktrisadırsa,o, həmişə uduzacaq.
K
redaktə- Kişilər məndən ötrü hansı qəhrəmanlığı edib? Mənimlə evləniblər.
- Kişiyə alt paltarı almaq hər bir qadının müqəddəs hüququdur.
M
redaktə- Mən belə dərd çəkirdim: ilk 5 dəqiqə ağlayır, sonrakı 5 dəqiqədə əzablarımın səbəbkarını günahlandırır, növbəti 5 dəqiqədə isə özümü əvvəlcə çox sərt, sonra ironik, sonra da filosofsayağı ittiham etməyə başlayırdım.
- Məni mənəviyyatca zənginləşdirə bilən adamlar həmişə cəlb edib. Hətta əclaf olsa belə.
N
redaktə- Nə qədər ki, özümüzə səhv etməyə icazə verə bilirik, deməli, hələ gəncik.
Ö
redaktə- Özünü sevmirsənsə, başqaları niyə səni sevsin ki? İlk növbədə özünü sev.
P
redaktə- Pul o qədər çox olmalıdır ki, insan özünü alçalmış hiss etməsin.
S
redaktə- Satqınlığı başa düşə bilərəm, bağışlamağı əsla.
- Sehrli dəyənəyim olsaydı, onunla çox iş görərdim. Bəzilərinin hətta başına vurardım.
- Sevgi qəlbin elə bir vəziyyətidir ki, hətta ən axırıncı xəsis də onun uğrunda hər şeyini verməyə hazırdır.
- Sevginin yoxluğundansa, yanılmaq və məyus olmaq daha yaxşıdır.
- Səhnədən göz yaşları içində deyil, sevinc və fərəh hissiylə gedəcəyəm.
- Səhv etmək deyil, onları özünlə daşımaq dəhşətlidir.
- Sizə həqiqəti deyən adamlarla münasibət qurmaq lazımdır.
- Sizi sevməyən insanlardan qorxmaq lazım deyil. Özünü sevirmiş kimi göstərənlərdən ehtiyatlı olun.
Ü
redaktə- Üç dəfə ərdə olmuşam, hər biri ilə çox xoşbəxt idim. Bədbəxt ərlərim idi, çünki onları səhnəyə qurban verdim.
V
redaktə- Vərdiş çox çirkin ifadədir.