Pul
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abolisionistlər kilsəyə münasibətdə haqlı idilər. Köləlik və Kilsə yan-yana idi: Kilsə köləliklə barışırdı: kişilər kilsə tikmək üçün, qadınlar missionerlərə pul ödəmək üçün, uşaqlar isə İncil almaq üçün satılırdı. Biz buna qarşı çıxmaqda haqlı idik. Frederik Duqlas
- Ağıl çox — pul yox, ağıl yox — pul çox. Azərbaycan atalar sözləri
- Ağıl dünyanı yerindən oynada biləcək ling, pul isə onun dayaq nöqtəsidir. Onore de Balzak
- Ağlatsam alacağim pul üzümü güldürər güldürsəm pul alacağim zaman gəldimi mən ağlaram. Platon
- Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz. Bernard Şou
- Az bilgisi olub çox danışan kəs, çox pulu olmayıb, lakin çox xərcləyən birinə bənzər. Napoleon Bonapart
B
redaktə- Bələdçisi pul olana hər qapı açıqdır. — Uilyam Şekspir
- Boş zamanın hər saniyəsindən yararlanmağa çalış; itirilmiş zamanı pul gücünə belə qaytara bilməzsən. Bencamin Franklin
C
redaktə- Cibində pul var ikən sadəcə sən kim olduğunu unudarsan, ancaq cibində pul yoxdursa bütün dünya sənin kim olduğunu unudar. Budur həyat. Bill Geyts
Ç
redaktə- Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor
- Çox pul haramsız, çox söz yalansız olmaz. Yunus Əmrə
- Çox pul qazanmaq — igidlik; onu saxlamaq — müdriklik; məharətlə xərcləmək isə — incəsənətdir. Bertold Averbax
- Çox pulu olan kasıb bir insan kimi yaşamaq istəyərdim. Pablo Pikasso
D
redaktə- Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır. (Artur Şopenhauer)
E
redaktə- Etiraf etmək lazımdır ki, bütün dünya ixtişaşlarının, bəşəriyyəti məhv edən dünya müharibələrinin və planetimizdə geniş yayılmış səfalətlərin səbəbi, əsasən, əsrlər boyu kütlələri istismar edən, öz eqoist məqsədləri üçün bəşəriyyətin əməyindən istifadə edən, maddi məqsədlər güdən eqoist qrupa aid edilə bilər. Bu kapitalistlər qrupu dünya resurslarını və sivil yaşayış üçün tələb olunan əsas elementləri küncə sıxıb istismar etmişlər; bir-birinə bağlı idarələri vasitəsilə dünya sərvətlərinə sahib olduqları və onlara nəzarət etdikləri və öz əllərində saxladıqları üçün bunu edə bildilər. Onlar çox zəngin və çox kasıb arasında mövcud olan böyük fərqləri mümkün etdi; onlar pulu və pulun verdiyi gücü sevirlər; onlar hökumətlərin və siyasətçilərin arxasında dayanıblar; onlar seçicilərə nəzarət ediblər; eqoist siyasətin dar millətçi məqsədlərini mümkün etdilər; onlar dünya bizneslərini maliyyələşdirdilər və neft, kömür, enerji, işıq və nəqliyyata nəzarət etdilər; onlar aşkar və ya gizli şəkildə dünya bank hesablarına nəzarət edirlər. Bu gün dünyanın hər bir ölkəsində rast gəlinən geniş yayılmış bədbəxtliyin məsuliyyəti əsasən bir-biri ilə əlaqəli olan, korporativ və ya şəxsi mənfəət üçün işləyən iş adamlarının, bankirlərin, beynəlxalq kartellərin, monopoliyaların, trestlərin və təşkilatların rəhbərlərinin, nəhəng korporasiyaların direktorlarının qapısındadır. Alisa Beyli
Ə
redaktə- Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[1] Cek Ma
- Əldəki pul azadlığın alətidir. Lakin arxasınca qovulan pul, tam tərsinə köləlik alətidir. Jan Jak Russo
- Əsas məsələ pul qazanmaqda deyil, onu xərcləməkdədir. Bencamin Franklin
F
redaktə- Fotoşəkilimin pulun üstünə qoyulmasına sevinmişdim. Amma bircə onu arxa ciblərinə qoymayalar. Bencamin Franklin
G
redaktə- Günün bütün saatlarını pul xatirinə pul qazanmağa həsr edən adamdan daha alçaq və acınacaqlı bir şey bilmirəm. Con Rokfeller
H
redaktə- Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
- Hər kəsə aydındır ki, pul ilə ayaqqabı almaq olar, xoşbəxtlik yox, pul ilə qida almaq olar, iştah yox, pul ilə yataq almaq olar, yuxu yox, pul ilə dərman almaq olar, sağlamlıq yox, pul ilə xidmətçi tapmaq olar, dost yox, pul ilə əyləncə yaratmaq olar, sevinc yox, pul ilə müəllim tapmaq olar, ağıl yox. Sokrat
X
redaktə- Xaos məni heyran edir. Əslində mən pulları belə qazanıram: maliyyə bazarlarında baş verən inqilabi tərəqqini dərk etməyə, başa düşməyə çalışıram. Corc Soros
- Xəyanət heç zaman gizli qala bilməz, çünki о, bir qəlp puldur, tanımayanların arasında xərclənir. Məhəmməd Tağı Sidqi
İ
redaktə- İnsan ancaq xəyalları ilə yaşar və bir az yaşamağa başladıqca hamısını itirər. Volter
- İnsanın sahib olduğu pul azadlığın alətidir; həvəslə izlədiyimiz şey köləliyin alətidir. Jan Jak Russo
- İnsanoğlunun heç bir icadı pul qədər fəsad verici deyil. — Sofokl
- İstənilən şərin kökündə pul çatışmazlığı dayanır. Corc Bernard Şou
K
redaktə- Kapitalistin əsas məqsədi çox pul qazanmaq deyil, əsas məqsəd həyatı yaxşılaşdırmaqdır. Henri Ford
- Kefinlə məsləhətləşməmişdən əvvəl öz pul kisənlə məsləhətləş. Bencamin Franklin
M
redaktə- Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir. Onore de Balzak
- Məlumat pula bənzər, qazandıqca ehtirasa çevrilər, ancaq bu yaxşı bir ehtirasdır. Corc Bernard Şou
- Mən ona görə diqqətimi karyera və pula cəmlədim ki, bizim cəmiyyət pulun əhəmiyyətinin həddindən artıq şişirdilməsinə meyillidir. Onlar dəyərləri pulla ölçməyə adət ediblər. Corc Soros
- Mən pulu ənənəvi yoldan qazandım: çox varlı qohumum ölmədən öncə onunla yaxşı rəftar etdim. Malkolm Forbs
- Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim. Corc Soros
- Müdrik insan pulu qəlbində yox, beyninin içində saxlamalıdır. Conatan Svift
- Müharibəni udmaq üçün üç şey lazımdır:Birinci pul, ikinci pul, üçüncü pul. Napoleon Bonapart
- Müştərilərimin etibarını itirməkdənsə, pul itirməyi üstün tuturam. Robert Boş
P
redaktə- Pul adamları bir-birinə yad eləyər. Yapon atalar sözləri
- Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır. Alman atalar sözləri
- Pul bir heçliyi belə birinci yerə gətirən biricik yoldur. Fyodor Dostoyevski
- Pul bir şeyi dəyişdirmək üçün vasitədir. Adam Smit
- Pul bitər, sevgi də bitər. Yapon atalar sözləri
- Pul can yonqarıdır. Azərbaycan atalar sözləri/P
- Pul cəhənnəmdə də güclüdür. Yapon atalar sözləri
- Pul danışanda — doğru susur. Rus atalar sözləri
- Pul dəniz suyuna bənzər, nə qədər çox ehtiva etsəndə o qədər çox ona susayarsan Artur Şopenhauer
- Pul düşməndir. Yapon atalar sözləri
- Pul əl çirkidir. Azərbaycan atalar sözləri/P
- Pul gübrə kimidir, bölüşməsən, heç nəyə yaramır. Frensis Bekon
- Pul gücdür, azadlıqdır, bütün pisliklərin qaynağı və bütün nemətlərin cəmidir. Karl Sendberq
- Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən mən pulları sevirəm. Ceki Meyson
- Pul həqiqi zənginlik deyildir. O, sadəcə ehtiyacları ödəməküçün bir vasitə olduğuna görə dəyərlidir. Biz səhranın ortasında istidən yanan bir insan üçün bir neçə damcı soyuq su bir torba qızıldan daha çox dəyərlidir. Seneka
- "Pul hər şeyi edər" deyən adam, pul üçün hər şeyi gözə alan adamdır. Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın. Bencamin Franklin
- Pul ilə satın alınan sədaqət, daha çox pul ilə də satılar. Seneka
- Pul insanı heç vaxt xoşbəxt etməyib və etməyəcək də. İnsan nə qədər çox qazanırsa, bir o qədər acgöz olur. Bencamin Franklin
- Pul insanları özgələşdirir. Yapon atalar sözləri
- Pul iylənmir. Alman atalar sözləri
- Pul kasıbın evindən, külək boş komadan keçən kimi keçib gedər. Vyetnam atalar sözləri
- Pul kəsəni qılınc kəsməz. Azərbaycan atalar sözləri/P
- Pul-qızıldan düzəldilmiş azadlıqdır. Erix Mariya Remark
- Pul qurtaranda məhəbbət də qurtarar. Yapon atalar sözləri
- Pul məni qazanmayıb, mən pulu qazanmışam. Rus atalar sözləri
- Pul məni yedizdirib-içizdirər, ancaq dərd və qayğılarıma çarə ola bilməz. Corc Bernard Şou
- Pul mövzusuna gələndə, hamı eyni dindəndir. Volter
- Pul öndə gedib, insana bütün yolları açar. Uilyam Şekspir
- Pul, pul gətirər. Yapon atalar sözləri
- Pul pulda deyil, işdədir. Rus atalar sözləri
- Pul sənə xidmət etmirsə, onda sən ona xidmət etməli olursan. Xəsis adam öz sərvətinin ağası deyil, əksinə, sərvəti onun ağasıdır. Frensis Bekon
- Pul sizə dost qazandırmasa da, yaxşı düşmənlər qazandıra bilər. Spayk Milliqan
- Pul-şeytanın əlamətidir. Qabriel Qarsia Markes
- Pul-uğur üçün lazım olan komponentlərdən yalnız biridir, amma konkret şərtlər daxilində pul daha çox zərər gətirə bilər, nəinki xeyir. Corc Soros
- Pul üçün zamin dur, insan üçün – heç vaxt. Yapon atalar sözləri
- Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasın düzəldər, pul da insanın. Bencamin Franklin
- Pul yaxşı qulluqçudur, lakin pis ağadır. Frensis Bekon
- Pula əmr elə, qulluq eləmə. Alman atalar sözləri
- Pula keşiş də oynar. Rus atalar sözləri
- Puldan Buddanın da siması parıldayır. Yapon atalar sözləri
- Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir. Eduard Servus
- Pulları idarə etmək lazımdır, pulun xidmətçisinə çevrilmək yox. Seneka
- Pullu adamdan bəla da qorxar. Azərbaycan atalar sözləri/P
- Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. Deyl Karnegi
- Pulu çox olan yata bilməz. Belələrinin həm beyni, həm də ruhu həmişə oyaq və əndişəlidir.[2]Frensis Bekon
- Pulu köləniz edin, yoxsa yoldaşınız olar. Bernard Şou
- Pulu pul gətirər. Başqırd atalar sözləri
- Pulu olanda Pyotr Petroviç olur, olmayanda — qotur əclaf. Rus atalar sözləri
- Pulu Tanrı hesab etsəniz, şeytan kimi başınıza bəla olar. Henri Fildinq
- Pulum var — camaatın da əziziyəm. Alman atalar sözləri
- Pulum olanda, hamı mənə "qardaşım" deyirdi. Polşa atalar sözləri
- Pulun alacağından deyil, pulun alacağı insanlardan qorxun! Bencamin Franklin
- Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın. Bencamin Franklin
- Pulun gözü yoxdur. Rus atalar sözləri
- Pulun sayəsində axmaq da ağadır. Yapon atalar sözləri
- Pulun var — pulun olmayacaq gün haqqında fikirləş. Yapon atalar sözləri
- Pulsuz sülh olmaz. Uinston Çörçill
S
redaktə- Sağlam və pullu olmaq, xəstə və kasıb olmaqdan daha yaxşıdır. Rus atalar sözləri
- Sevgidən daha artıq yalnız pul insanı həyəcanlandırır. Bencamin Dizraeli
- Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir. Corc Soros
- Siz beyninizi böyük xəyallarla doldurun. Beyniniz sonra cibinizi pul ilə dolduracaqdır.[3] Bencamin Franklin
- Sülh belə, böyük pulla alınır. Bencamin Franklin
V
redaktə- Vaxt və pul bir-birinə bağlıdır.Uinston Çörçill
Y
redaktə- Yaşamağı bir döyüş olmaqdan qurtarmaq istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır. — Bernard Şou
İstinadlar
redaktə- ↑ Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı — Alibaba. publika.az, 13.09.2014 (azərb.)
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.481
- ↑ Ə. Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.30