Amhar atalar sözləri
Amharlar (አማራ) - Efiopiyanın şimal-qərb və mərkəzi dağlıqlarında (əsasən Amhara regionunda) yaşayan Sami-Hami dil ailəsinə mənsub Efiosemitik (Həbəş) bir xalq. 2017-ci ilin məlumatına əsasən, sayları 20,02 milyon olub, Efiopiya pravoslav kilsəsinə (የኢትዮጵያ ኦርቶዶክስ ተዋሕዶ) etiqad edirlər. Bununla yanaşı, ABŞ, Kanada, İsrail kimi dövlətlərdə də diasporları mövcuddur. Onlar Afroasiya dil ailəsinin Sami-Hami budağının Efiosemitik qrupuna aid, Efiopiyanın dövlət dili olan Amhar dilində danışırlar.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adi adam öləndə ağlını tərifləyirlər, nequs öləndə - sarayını. (Nequs - Həbəşistan padşahının titulu)
- Ağıllı bu ili fikirləşir, ağılsız - bu günü.
- Ağıllının səhvini üst-üstə yığsan, dağ yaranar.
- Allah ilanın ürəyindəkini bildiyinə görə onu ayaqdan məhrum elədi.
- Arvad düşünən işi kişi görər.
- Aslan kimi nərə çəkmək istəyən ahu, özünə zərbə saldı və öldü.
- Aslanın qocalmışı milçəklərə oyuncaq olar.
- At dava meydanına gətirə gilər, amma sənin əvəzinə vuruşa bilməz.
B
redaktə- Bəbirin gözü təkəyə zillənib, təkənin gözü - yarpağa.
- Bəbirin quyruğundan yapışma, yapışdın - buraxma.
- Bəd xəbər uçur, xoş xəbər yatır.
- Bədənin dərmanı - dana əti, urəyin dərmanı - Marmam. (Marmam - amxarlar arasında geniş yayılmış qadın adı).
- Bəxt üz döndərəndən adamlar da üz döndərər.
- Bəxtəvərlikdən qışqırmaqla , dərddən qışqırmağın fərqi böyükdür.
- Bilmək istəyən gərək soruşsun.
- Bir səni gözü götürməyəni, bir də aclıqda sənə çörək verəni unutma.
- Bir yerdə böyüdüyünü böyük saymazsan.
- Biri danışanda hamı qulaq asır, hamı danışanda - kim qulaq asacaq?
- Borc alırsan, deməli ümid verirsən.
- Boyun ətrafa boylanmaq üçündür.
- Buynuz qulaqdan gec uzansa da ondan böyük olur.
- Buzova süd, aslana ət
C
redaktə- Cavan əvvəl göyü görür, sonra yeri.
Ç
redaktə- Çığırmasan qonşu köməyə gəlməz.
- Çox gülmək asandır, çox susmaq - çətin.
- Çox iti ülgüc qınını kəsər, çox iti ağıl ölümə aparar.
- Çox sərvət çox da düşmən artırar.
- Çox zordansa, bir az ağıl yaxşıdır.
- Çörəyi nabələdlə, dərdi qohumla bölüşərlər.
D
redaktə- Danışa bilmək yaxşıdır, dinləyə bilmək daha yaxşı.
- "Danışıram" deməkdənsə, "işim var" demək yaxşıdır.
- Danışmayan çox hirslənər, nəinki danışan.
- Daşı şübhəli yerə atarlar.
- Dildən çıxan dişdən təmiz olmalıdır.
- Dildən iti olan, ağıldan ləng olar.
- Dost gəlir uzaqdan, düşmən çıxır öz ağzından.
- Dostuna böhtan deyən - sənə böhtan deyir.
- Düşmənin öpüşündən, dostun şilləsi yaxşıdır.
- Düz olmaq, yüz əlli "Zəbur" surəsi oxumaqdan qiymətlidir.
Ə
redaktə- Əcəl gecikəndə, elə bilirlər ki, daha heç gəlməyəcək.
- Ən dadlı xörək, acanda yediyindir.
G
redaktə- Gözün xəstəliyi aşkardır, ürəyinki - gizli.
- Güclü dost güclü düşmən də ola bilər.
H
redaktə- Heç bir möcüzə həftədən artıq heyrətləndirmir.
- Heyvan kəsilməyincə yağı görünməz, insan danışmayınca - ağlı.
- Həkimi çox olan xəstə ölər.
İ
redaktə- İki davakar yan-yana oturmaz.
- İki yuvalı siçan tələf olmaz.
- İlanın ayağı yoxdur, yalanın kökü.
- İnək - çobanı tanıyır, sahibini - yox.
- İstəyirsənsə sənə böhtan deməsinlər - qonaq elə, çörəyini ağzından almasınlar - evdən qovla.
- İşıq - zülmətdə gərək, ağıl - zillətdə.
- İtlər savaşar sümükdən ötrü, diri heyvandan ötrü yox.
K
redaktə- Kasıbdan hamı soruşur: "Nə iş görürsən?", heç kəs demir ki, nə yeyirsən.
- Körpə uşaq - körpə səadətdir.
Q
redaktə- Qarışqanın qarnı yoxdur, milçəyin - evi.
- Qarnını kələmlə aldatsan, dağı qalxanda da dizlərin büküləcək.
- Qısqanclıq və qaradinməzlik ər-arvadlıq telini qırar.
- Qızı almamış anasına bax.
- Qızıl-gümüş şirin dadmır, amma adamlar ondan ötrü üz-göz olurlar.
- Qocanı öyrədən - suya yazmış kimidir, cavanı öyrədən - daşa yazmış kimidir.
- Qohumla dərman ağır gündə gərəkdir.
- Qüvvətli - başqalarına da qüvvət verər, zəif başqalarını da zəiflədər.
M
redaktə- Meymun deyir: mərci əkməkdən nə xeyir? (Meymunlar mərci yemir)
- Məsəlsiz söhbət, duzsuz xörək kimidir.
- Müdirin xahişi əmrdir.
O
redaktə- "O məni istəyir" deməkdənsə, yaxşı olar ki, deyəsən: "Mən onu istəyirəm".
- Oğru ilə birlikdə ona havadar çıxanları döy.
Ö
redaktə- Ölümə yaxın o adamdır ki, fikri ölümün yanındadır.
- Özümün yeməyə heç nəyim yox, bu yandan da oğlum diş çıxardır.
S
redaktə- Səhər yavaş - yavaş açıldığı kimi, həqiqət də yavaş-yavaş aydınlaşar.
- Səhv eləməyə bir gün bəs olur, təəssüf etməyə - il lazım gəlir.
- Sənin düşmənini istəyən səni istəməz.
- Sərvətlə bilik bir yerdə olmur.
- Siçan hətta ölümqabağı da pişiyin qorxusunu duyur.
- Soyuq nə gətirər əsməkdən başqa?
- Susan ağıza milçək girməz.
Ş
redaktə- Şad xəbəri müəmmasız deyərlər.
- -"Şir nə yeyir?" -"Nə götürür, onu", -"Əvəzində nə verir?" -"Kim ondan soruşur ki?".
T
redaktə- Tecə qrafin gərəkdir, söhbətə - atalar sözü. (Tec - baldan hazırlanan tünd içki).
- Tənbəlliyin dalınca xəstəlik gələr.
- Tüstülənməyən odun yoxdur, yanılmayan adam.
Ü
redaktə- Ürək hər şeydən bərk qızar, hər şeydən bərk soyuyar.
V
redaktə- "Varımdır" demək "var idi" deməkdən yaxşıdır.
- Verməyə tələsmə - heyfsilənməzsən.
- Vətənsiz insan - toxumsuz torpaq.
Y
redaktə- Yadelliyə ölüm də qəfil gəlir.
- Yalançıya "aşağı bax" deyəndə yuxarı baxar.
- Yaman gün kitabdan yaxşı öyrədər.
- Yaman günlə duman, hər ikisi tədricən keçər.
- Yazılan qalır, deyilən unudulur.
- Yeriyə-yeriyə bağlanan kəmər, yeriyə-yeriyə də açılar.
- Yıxılan ağaca baltanın böyüyü gərək deyil.
- Yüz yalandan bir doğru yaxşıdır.
Z
redaktə- Zəiflə məsləhətləş, güclü ilə düşmən üstünə cum.