Anri Berqson (fransız dilində: Henri Bergson, 1859—1941) — XX əsrin ən böyük fransız filosoflarından biri. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927)

Anri Berqson
Doğum tarixi 18 oktyabr 1859
Doğum yeri Paris
Vəfat tarixi 4 yanvar 1941
Vəfat yeri Paris
Dəfn yeri Cemetery of Garches
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlımız qəlibdən çəkilmiş metal, qəlib isə hərəkətlərimizdir.
  • Başqalarının nə deməyindən asılı olmayaraq həvəsinizin arxasınca gedin. Ürək ən yaxşı kompasdır.
  • Bədən nəfsi deyil, nəfs bədəni idarə edir.
  • Bu gündə keçmişdən başqa heç nə yoxdur.
  • Ən çox maraqlandığımız fikirlər , çətin ki, cavabdeh ola bildiyimiz fikirlərdir.
  • Gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki onsuz belə xoşbəxtdir.
  • Heyvanın beyni olmadığı üçün onun şüurunu inkar etmək, mədəsi olmadığı üçün yemək yeyə bilməz demək qədər absurd olardı.
  • Xristianlıq toxunduğu hər şeyi sadəcə xristian edərək dəyişdirir.
  • İçində yaşanılan an, gələcəyi gəmirən keçmişdir.
  • İnsan zamanın jçində deyil, zaman insanın içində yaşayır.
  • Kainat sadəcə tanrıların yaradılması mexanizmidir.
  • Kitablar bəşəriyyətin yeganə qalıcı yaddaşıdır.
  • Mövcud olmaq dəyişməkdir, dəyişmək yetkinləşməkdir, yetkin olmaq özünü sonsuz olaraq yaratmağa davam etməkdir.
  • Nəfs bədənin sükanıdır.
  • Parisin min fotoşəkili Paris deyil.
  • Ruhumun dərinliyində bəzən şən, bəzən də kədərli mahnılar eşidirəm. Məni həyata bağlayan elə bunlardır.
  • Sənətkar öz əsərlərinə, onun əsərləri isə insanlara mənsubdur.
  • Şüur nəfsin özünü ələ almasıdır.
  • Tarixi təcrübə sübut edib ki, cəmiyyətin texnoloji inkişafı, fərdlərin mənəvi yetkinliyi üçün yetərli deyil. Əgər cəmiyyətdə maddi nemətlərin artması müvafiq mənəvi təkamüllə müşayiət olunmazsa nəticədə bu hətta qorxulu hala çevrilə bilər.
  • Yaşamaq dəyişmək, dəyişmək böyümək, böyümək isə daim özünü yaratmaq deməkdir.

İstinadlar

redaktə