Anri Fransua Bek (1837–1899) — Fransız dramaturqu və teatr tənqidçisi.

Anri Fransua Bek
Doğum tarixi 18 aprel 1837
Doğum yeri former 3rd arrondissement of Paris
Vəfat tarixi 12 may 1899
Vəfat yeri Nöyi-sür-Sen
Dəfn yeri Per-Laşez qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlayanda da gülümsəməyi öyrənin.
  • Azadlıq və sağlamlığın ortaq bir cəhəti var: sizdə olmayanda onları həqiqətən qiymətləndirirsiniz.
  • Bədbəxtlik onda deyil ki, xoşbəxtliyə rast gəlməmisən, bədbəxtlik ondadır ki, xoşbəxtliyi əldə saxlaya bilməmisən.[1]
  • Bərabərliyin pis tərəfi odur ki, biz yalnız bizdən yuxarı olanlarla bərabər olmaq istəyirik.
  • Əxlaq hiyləgərliyin zahiri formasından başqa bir şey deyil.
  • Həqiqətən tərbiyəli kişi məşuqəsi ilə yaşayır və arvadı ilə ölür.
  • İki növ qadın var: güzəştə getdiyimiz qadınlar və bizi təhlükəyə atanlar.
  • İnsan yalnız bir şeydə sabitdir: vərdişlərində.
  • İnsanın doğuşdan pis olduğunu, yoxsa dərhal sonra belə olduğunu söyləmək çox çətindir.
  • İntiqam hələ də ədalətə çatmağın ən etibarlı yoludur.
  • İstədiklərimizin hamısını əldə edə bilməyəcəyimizə görə əlimizdə olanlara qənaət etməyi öyrənməliyik.[2]
  • Kişilər cəsarətə, istedada, xeyirxahlığa, böyük vəzifələrə və böyük sınaqlara heyran olurlar, lakin puldan başqa heç nəyi qiymətləndirmirlər.
  • Qadınlar qırx yaşına yaxınlaşdıqda könüllü olaraq evə qayıdırlar, bu, kişilərin evdən getdiyi yaşdır.
  • Qərar vermək çox vaxt qəddar olmaq deməkdir.
  • Maliyyə məsələlərində yadda saxlamalı olanlar unudar, unutmalı olanlar isə xatırlayar.
  • Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə mübarizədə görürəm.
  • Ümidlərimizə güvənirik və çətinliklərimizlə qalırıq.
  • Yaşasın namuslu insanlar! Onlar başqalarından daha az əclafdırlar!
  • Yazdığımız şeylərin yarısı zərər verir, digər yarısı isə faydasızdır.

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.38
  2. Aforizmlər. Bakı, 2013. səh. 132