Bədbəxtlik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

BRedaktə

  • Bədbəxtlik anında da borcuna sədaqətli olmaq böyük hünərdir. Demokrit
  • Bədbəxtlik ardınca bədbəxtlik. Yapon atalar sözləri
  • Bədbəxtlik dostları bir-birinin halına acıyır. Yapon atalar sözləri
  • Bədbəxtlik gəldi, özünə güvən. Yapon atalar sözləri
  • Bədbəxtlik xarakter üçün məhək daşıdır. Onore de Balzak
  • Bədbəxtlik xoşbəxtliyə çevrildi.Yapon atalar sözləri
  • Bədbəxtlik onda deyil ki, xoşbəxtliyə rast gəlməmisən, bədbəxtlik ondadır ki, xoşbəxtliyi əldə saxlaya bilməmisən. Aleksandr Bek
  • Bədbəxtlik, şübhəsiz çox böyük bir müəllimdir, lakin bu müəllim; dərslərini bahalıya ödətdirər və faydası da puluna dəyməz. Jan Jak Russo
  • Bədbəxtlik tək gəlmir. Yapon atalar sözləri
  • Bədbəxtlik və xoşbəxtlik kəndirin lifləri kimi bir-birinə qarışır.Yapon atalar sözləri
  • Bədbəxtlikdən, boğulmuş duyğular ölmür. Onları susmağa məcbur ediblər və onlar daxildən insana təsir etməyi davam etdirirlər. Ziqmund Freyd

DRedaktə

  • Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir. Xudu Məmmədov

ERedaktə

  • Ey insan! Qapını bədbəxtlik döyəndə, onu gülümsər üzlə qarşıla, gözləmə ki qapın ikinci dəfə döyülsün. müqavimət bədbəxtliyi bir az da qıcıqlandırar, itaət - zəiflədər. Pifaqor

ƏRedaktə

  • Ən böyük bədbəxtlik hər şeydən narazı qalmaqdır. Lao-tszı
  • Ən gözəl nemət ağıl, ən böyük bədbəxtlik isə nadanlıqdır. Ərəb atalar sözləri

GRedaktə

  • Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır. Frans Kafka

HRedaktə

  • Heç nə bilməyən və bilməyə çalışmayan adam çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz vermişdir. Aristotel
  • Həyat o kəslər üçün acı deyil ki, onlar yaşamamağın heç də bədbəxtlik olmadığına qəti surətdə əmindirlər. Epikür

XRedaktə

  • Xoşbəxtlik dost qazandırır, bədbəxtlik isə onları sınayır. Alman atalar sözləri
  • Xoşbəxtlik hər zaman arzudur - bədbəxtlik isə həmişə realdır. Volter

İRedaktə

  • İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Nəsirəddin Tusi
  • İnsanlar heç vaxt bu böyüklükdə bədbəxtlik hissi keçirməmiş, nəticədə belə ağır və çox çətin nəticələr çıxarmışlar. (Çernobıl faciəsi haqqında) Boris Yeltsin

KRedaktə

MRedaktə

  • Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar. Uilyam Şekspir
  • Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya. Nəsirəddin Tusi

TRedaktə

  • Toystoyun dediyi kimi "Xoşbəxtlik bir alleqoriya, bədbəxtlik isə hekayədir." Haruki Murakami

YRedaktə

  • Yaşlı vaxtlardakı xoşbəxtlik və ya bədbəxtlik, gənclik dövründə edilənlərin mükafatıdır. Brovninq

İstinadlarRedaktə