Anri Puankare
Fransız riyaziyyatçı, fizik və mühəndis
Anri Puankare (1854 - 1912) — fransız riyaziyyatçısı, fizik, filosof və elm nəzəriyyəçisi.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağıl yaradıcılıq qabiliyyətindən yalnız təcrübə bunu məcbur etdikdə istifadə edir.
- Astronomiya faydalıdır, çünki o, bizi özümüzdən yuxarı qaldırır; əzəmətli olduğu üçün faydalıdır; gözəl olduğu üçün faydalıdır.[1]
BRedaktə
- Bizə hədəfi uzaqdan görməyə imkan verəcək qabiliyyətə ehtiyacımız var və bu qabiliyyət intuisiyadır.
ERedaktə
- Elm fərziyyələr məzarlığıdır.
- Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur.
FRedaktə
- Faktlar danışmır.
- Fikir – uzun gecənin qaranlığında ani bir parıltıdır. Amma bu parıltı hər şeydir.
HRedaktə
- Hər şeyi şübhə altına almaq və hər şeyə inanmaq, eyni dərəcədə əlverişli iki həlldir, hər ikisi də düşünmə ehtiyacını aradan qaldırır.
- Humanitar elm adamları təbiət alimlərinin məlumatsızlığından şikayətlənirlər, lakin termodinamikanın ikinci qanununun nədən ibarət olduğuna cavab verə bilmirlər.
MRedaktə
- Məntiq sübut alətidir, intuisiya – kəşf aləti.
- Məntiqlə sübut edirik, amma intuisiya ilə kəşf edirik. Tənqid etməyi bilmək yaxşıdır, necə yaratmağı bilmək daha yaxşıdır.
RRedaktə
- Riyaziyyat müxtəlif şeyləri eyni adla çağırmaq sənətidir.
- Riyaziyyatçılar obyektləri yox, obyektlər arasındakı münasibətləri öyrənirlər; ona görə də, bu obyektləri başqaları ilə əvəz etmək onlar üçün vacib deyil, yalnız əlaqələr dəyişməz qalır. Obyekt onlara biganədir, düsturlar onları maraqlandırır
Xarici keçidlərRedaktə
İstinadlarRedaktə
- ↑ Астрономія: підручник для 11 класу загальноосвітніх закладів — Климишин.І.А, Крячко.І.П — Київ видавництво «Знання України» ISBN 966-7999-02-5