Bənövşə

bitki cinsi
(Bənovşə səhifəsindən yönləndirilmişdir)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Bənövşə
  • Gül kimi yumşaqlıq göstərmə, gerçək,
    Olma ikiüzlü, bənövşələr tək.
    Ömrü başa vurar şir ürəklilər,
    Öküz ürəklidə olmaz bir hünər. Leyli və Məcnun (Nizami)
 
Dünya ölkələrdə mədəni yolla yetişdirilən müxtəlif növ bənövşələr
  • Soysuz gözəllik qoxusuz bənövşə kimidir. Seneka
  • Yaxın əyil! Sevginin zanbaq qoxusunu, şəhvət qoxusunu, indi bənövşələrin ruhu kimi zərif qoxuları, indi isə sözlərin izah edə bilməyəcəyi ürəkbulandırıcı iyrənclikləri duyacaqsınız. Frank Kreyn

Bənövşə haqqında bayatılar

redaktə
  • Araz qırağı meşə,
    Gəti dəsmalın döşə.
    Arasına gül düzüm,
    Dövrəsinə bənövşə.
  • Bənövşə güllər xası,
    Nərgiz onun bahası.
    Qızılgüldən don biçdim,
    Tər qönçədən yaxası
  • Bənövşəyəm, mən tərəm,
    Kol dibində bitərəm.
    Gözləyərəm, gəlməzsən,
    Boynu əyri bitərəm
  • Qardaş gəlir enişə,
    Yükü dönüb gümüşə.
    Qardaşa qız tapmışıq,
    Üzdə xalı bənövşə.

Bənövşə qoxulu laylalar

redaktə
  • Laylay dedim həmişə,
    Karvan ensin enişə.
    Döşəyində gül bitsin,
    Yastığında bənövşə.
  • Laylay dedim həmişə,
    Karvan ensin enişə.
    Döşəyinə gül düzüm,
    Yastığına bənövşə.

İstinadlar

redaktə