Bəxtiyar (film, 1955)
film
Bəxtiyar filmi rejissor Lətif Səfərov tərəfindən 1955-ci ildə ekranlaşdırılmışdır. Musiqili film neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir. Əsas rolları Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və İsmayıl Əfəndiyev ifa edirlər.
Filmdən sitatlar
redaktə- "İşimiz əngəldir. Başa düşürsüz ki, işimiz əngəldir?"
- " Xala, əgər sən bir də mənim sözümü kəsib intizamı pozsan, sənə töhmət elan edərəm".
- "Sən bu sözləri Gülzar xalana da demisən".
- "Klubda xala çoxdur. Bacıoğlu isə bir dənədir".
- "...İşlərimizə baxacaqlar."
- "İşləri, gücləri qurtarıb. Niyə baxacaqlar?"
- "Niyə baxacaqlar yox, nəyə baxacaqlar. Bəli. Yaman yerdə axşamladıq".
- "Bu gün axşam?"
- "Bu gün yox, a kişi. Sabah ey, sabah".
- "Vallah, heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!"
- "Heç utanırsınız? Dedim qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar. Buna görə də mən sizi öz klubuma işə götürdüm".
- "Kimi işdən götürürlər?"
- "Səni"
- "Məni? Bəs səni?"
- "Fikirləşin, hamınız fikirləşin"
- "Yusif partladı"
Mənbələr
redaktə- news.milli.az (23 May 2013). "Filmlərdən sitatlar həm danışır, həm də danışdırır..." (azərb.). Samirə Behbudqızı. İstifadə tarixi: 2019-07-20.