A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədən həmişə yaşlanır, ölümə hazırlaşır. Bu nöqtədə heç bir zaman nəzəriyyəsi əngəl olmağa məsləhərt görmür. Ölüm və zaman daim köməkləşməkdədirlər. Zaman işini asta görürkən, ölüm tez bitirir işini. Con Berqer
  • Bizim dəyərlərimizdə yol əngəl tanımaz. Önündə məscid belə olsa əgər yol oradan keçəcəksə, biz o məscidi yıxarıq, gedib o məscidi başqa yerdə inşa edərik.[1] Rəcəb Tayyib Ərdoğan
  • Bütün çiçəkləri qopara bilərlər, amma yenə də baharın gəlməsinə əsla əngəl ola bilməzlər. Pablo Neruda
  • Daş hasarlar sevgiyə əngəl ola bilməz, hər cür maneəçilik sevgini gücləndirir. Uilyam Şekspir
  • Əgər istedad təbii meyillərin inkişafıdırsa, möhkəm iradə instinktlər, maraqlar, maneələr və əngəllər üzərində iradənin qələbəsi, hər cür çətinliyi qəhrəmancasına dəf etməsidir. İradə istedaddan daha çox qürur predmeti ola bilər və olmalıdır. Onore de Balzak
  • Qabiliyyətsiz insanlar həmişə dahi insanlara əngəl törədirlər. Albert Eynşteyn
  • Mən heç vaxt məktəb məşğələlərinin təhsilimə əngəl olmasına imkan vermədim. Mark Tven
  • Mənim oxumağıma yeganə əngəl təhsil almağımdır. Albert Eynşteyn
  • Özünə güvənməmək aşılması vacib olan ən böyük əngəldir. Mənim isə özümə inamım tamdır. Məhəmməd Əli
  • Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi, cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir. Qırğız atalar sözləri

İstinadlar

redaktə