Bəzi hikmətli kəlamların dörd mənada yozumu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Baş tükünün ağarmasının dörd əlaməti var: alın nahiyəsindən ağarması şücaətlilik əlaməti, qabaq tərəfdən ağarması xoşbəxtlik əlaməti, iki tərəfdən ağarması səxavətlilik əlaməti, arxadan ağarması isə pislik əlamətidir.
D
redaktə- Dörd şey səni dörd şeyə çatdırar: səbr istəyə, çalışmaq mətləbə, qənaət dövlətə, pəhrizkarlıq saflığa.
- Dörd şey ömrü artırır: səhərlər alma yemək, bakirə qızla evlənmək, isti su ilə çimmək, sağ böyrü üstə yatmaq.
- Dörd şeyin qədrini bil: cavanlığın, əminamanlığın, sağlamlığın, ölülərinin.
- Dörd şeyi yadda saxla: Ən böyük dövlət əqldir. Ən böyük yoxsulluq axmaqlıqdır. Ən böyük dəhşət özünü bəyənməkdir. Ən böyük ünsiyyət gözəl rəftar, yaxşı xasiyyətdir.
- Dörd şey dörd şeydən doymaz: Yer yağışdan, göz baxmaqdan, yar yardan, alim elmdən.
- Dörd şey insana şərəf gətirər: Həqq işdə qəlbi qorumaq, süfrə üstündə boğazı qorumaq, başqasının evində gözlərini qorumaq, xalq arasında dilini qorumaq.
- Dörd şey dörd şey gətirər: sakit olmaq rahatlıq, uzun danışmaq rüsvayçılıq, səxavət ucalıq, şükr etmək isə bolluq gətirər.
- Dörd şey bədəni qüvvətləndirər: ət yemək, ətriyyat iyləmək, çox çimmək, kətan paltar geymək.
- Dörd adam dörd şey ilə tanınar: yazı yazan yazısı ilə, alim cavabı, hikmət sahibi işi, həlim adam yumşaqlığı ilə.
- Dörd şey gözəllik xəzinəsidir: yoxsulluğunu, sədəqə verdiyini, dərdini, istəyini gizli saxlamaq.
- Dörd şeydən qorxmayın; onlar dörd şey üçündür: zökəm sizi cüzamdan (xora), çiban dəri xəstəliyindən, göz ağrısı kor olmaqdan, bəlğəmli öskürək iflicdən qoruyar.
- Dörd növ qovun var: şirin, acı, turş və dadsız; şirin qovun bədənə ət gətirər, acı qovun bəlğəmi kəsər, turş qovun səfranı (öd xəstəliyi) kəsər, dadsız qovun qızdırmanın qarşısını alar.
- Dörd şey çox çətindir: əsəbi halda günahkarı bağışlamaq, az maldan səxavət göstərmək, xəlvətdə iffəti-isməti qorumaq, qorxulu vəziyyətdə haqqı demək.
X
redaktə- Xoşbəxtlik əlaməti dörddür: keçən günahlara peşiman olmaq, eyləyə bilmədiyi yaxşılıqlara təəssüflənməmək, elm və ədəbdə özündən yüksək olan adamlara baxmaq, var-dövlətdə özündən yoxsullara baxmaq.
K
redaktə- Kişilər dörd qismdir: Bir kişi bilir və bilir ki, o, həqiqətən bilir, o, alimdir, ona tabe olun. Bir kişi bilir və bilir ki, həqiqətən bilir, o, yatan adam kimidir, onu oyadın. Bir kişi bilmir və bilir ki, o, həqiqətən bilmir, o, yol itirəndir, ona yol göstərin. Bir kişi bilmir və bilir ki, o, həqiqətən bilmir, o, nadandır, ondan uzaqlaşın.
- Kişilərin səadəti dörd şeydədir: salihə əyalı ola, gözəl övladı ola, etibarlı dostu ola, öz vilayətində yaşaya.
- Kişilər dörd sifətə malikdir: kəramətli, səxavətli, paxıl (xəsis) və ləim. Kəramətli özü yeməz, xəlqə verər. Səxavətli özü də yeyər, xəlqə də verər. Paxıl (xəsis) özü yeyər, xəlqə verməz. Ləim nə özü yeyər, nə xəlqə verər.