Xoşbəxt adam özünü xoşbəxt hesab edən adamdır. Fildinq
Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də ömür qədər uzundur. Lukian
Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər. Esxil
Xoşbəxt olmaq üçün zəngin və məşhur olmaq şərt deyil. Yalnız zəngin olmaq yetər. Alan Alda
Xoşbəxt həyat lazımsa gər, öyrən daim qənaətə, O səhrada sən çatarsan hər arzuya, hər sənətə. Beydəba
Xoşbəxt olmağın ən asan yolu ətrafımızdakılara sevinc bəxş etməkdir. Devid Star Cordan
Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur. N. de Şamfor/
Xoşbəxtlik qapısını bağladığında, bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük. - Qabriel Qarsiya Markes