Baba Pünhan
Doğum tarixi 5 noyabr 1948
Doğum yeri Kürdəxanı
Vəfat tarixi 17 aprel 2004
Vəfat yeri Bakı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • And içərəm, hakim öz övladına,
    Rüşvətin ən yaxşı yolun göstərir.
  • Bazar insan həyatıdır, həyat isə insan bazarı.
  • Bəşər gələn əsrə raketlə gedir, amma bizimkilər motoskiletlə gedir.
  • Bu cahan haqqı tapınca hələ çox fırlanacaq, bu məkan haqqa çatınca olacaq modda Baba.
  • Doyub yad ellidən, qaçqından Bakı.
    Üzülüb, öləcək acından Bakı,
    Məğrur görünsə də o can üstədir,
    Bakının dərdi var, Bakı xəstədir.
  • Ey erməni, bir damcı, əgər qeyrətə gəlsək,
    Mütləq qoyarıq, şəhri İrəvanına bir qoz.
  • Əsgərimiz bittənib, nazirimiz əttənib,
    Qızlarımız lüttənib, oğlan da it günündə
  • Haqqı çox gəzdim bu dünyada. Axırda haqqın özünü yox, məzarını tapdım!
  • Həsrət dolu gözlər dikilib dağlara qaldı,
    Yüksəkləri verdik ümüd alçaqlara qaldı.
  • İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,
    Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.
  • Kiçilən Azərbaycana böyük don tikilir,
    Üzü güllü, içi də milli yamaqnan doludur.
  • Kişi var ki, kişidir, amma kişiynən işi yox,
    Kişi var, nakişidir, amma deyir ki, kişi yox.
  • Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,
    Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?
  • «Qarabağ» restoranı, parkı, kafesi, küçəsi,
    Nə gözəl ki, Bakı hər cür Qarabağnan doludur.
  • Qarabağ taleyini Bermuda oxşar eləyən,
    O səbəbdir ki, onun keçmişi üç nöqtə olub
  • Qardaşımız ölsə də qan vermərik,
    Bizdə paxıllıqlar axır qan kimi.
    Erməni Xankəndinə tanklar yığır,
    Biz yubileylər edirik xan kimi.
  • Qəribədir, əvvəllər özgəyə quyu qazanda özün düşürdün, indi isə özgəyə quyu qazanda həm neft çıxır, həm də ora özgəsi düşür.
  • Neçə ildir başıma turp əkilir, lək yerinə,
    Dəyişib indi zaman, turpu çıxart ək yerinə,
  • Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
    Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.
  • Oynasaq erməninin işvə-nazıynan yenə biz,
    Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.
  • Toxun, acdan xəbəri onda olar ki, bunu bil,
    Taxıla, gərçi bəsirət gözü eynək yerinə.
  • Umma Ərəb, Türkiyə, ya ki, İrandan kömək,
    Gərçi müqəddəs bizim «İflic»imizdən çıxar.
  • Yekə dağlar ətəyindən tutan alçaq təpəyəm,
    Təpədəndirsə maraq – nəyimə gərəkdir Qarabağ.

İstinadlar

redaktə