And
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Acın andı and olmaz. Azərbaycan atalar sözləri/A
- And içməyə gərək qalmayacaq qədər sözlərinə sadiq ol. Deyl Karnegi
- And içmək eləməyə bərabərdir. Fin atalar sözləri
- And - ikiağızlı qılıncdır. Kürd atalar sözləri
B
redaktə- Bir qadına ondan başqa heç kimi sevməyəcəyinə and içməzdən əvvəl, bütün qadınları, yaxud yalnız o qadını görmək yaxşı olardı. Pyer Büast
- Bizdə nəinki pis dil, həm də pis ağız var. Şillə və and içmə uşaqlıqda və gəncliyimizdə, aşağı və arxa küçədə utanc verici bir şey idi. İndi bir növ bəzək halına gəldi. İzdiham içərisində qulaqlarınızı dəfələrlə tıxamaqda çətinlik çəkirsiniz. Falih Rıfkı Atay
- Bütün sevənlər edə biləcəklərinin daha çoxunu edəcəklərinə and içirlər, lakin edə biləcəklərini belə etmirlər. Uilyam Şekspir
Ç
redaktə- Çox and içən - çox aldadar. Ləzgi atalar sözləri
D
redaktə- Danışarkən və alver vaxtı bacardıqca and içmə. Mir Möhsün Nəvvab
K
redaktə- Kim ki, çox and içir, çox da yalan deyir.Ərəb atalar sözləri
M
redaktə- Millətin şərəfli olması onun istiqlalyyət əldə etməsidir. And olsun şərəfimə! O xalqın ki, istiqlaliyyəti yoxdur, şərəfi də yoxdur. Şeyx Məhəmməd Xiyabani
N
redaktə- Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. Nəsirəddin Tusi
O
redaktə- O verdiyin and, bu da buyurduğun qulluq. Azərbaycan atalar sözləri/O
S
redaktə- Siyasi xadim olmaq yox, vətəndaş olmaq gərəkdir. Mənim üçün ən böyük and xalq qarşısında dediyim sözdür. Əbülfəz Elçibəy
Ü
redaktə- Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. Nikola Şamfor