Baltazar Qrasian
Baltazar Qrasian (1601–1658) — ispan yazıçısı və filosofu.
Baltazar Qrasian | |||
Doğum tarixi | 8 yanvar 1601 | ||
Doğum yeri | Belmonte de Gracián | ||
Vəfat tarixi | 6 dekabr 1658 | ||
Vəfat yeri | Tarazona | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı köməkçilərin olsun.
- Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır.
- Ağıllıların qaydası — qaydalara qarşı getməkdir, əks halda, başladığını başa çatdıra bilməzsən.
- Axmaqlıq, axmaqlığın edilməsindən yox, onu ört-basdır edə bilməməkdən ibarətdir. İnsanların hamısı səhvə yol verir, amma axmaqlar onu hamıya nümayış etdirdikləri halda, müdriklər öz nöqsanlarını gizlədirlər. Reputasiya gözə nə göründüyündən çox, nələrin ört-basdır olunduğundan asılıdır. Əgər xoşməramlı ola bilmirsənsə, onda heç olmasa ehtiyatlı ol.
B
redaktə- Başqalarını idarə etmək istəyirsənsə, öz hisslərini gizlətməyi bacar.
- Bilik və bacarıq — insanın bütün məziyyətlərini əks etdirən iki dayaqdır. Qoy sənə möhtac olsunlar. Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edənlərdir. Yaxşısı budur ki, səndən xahiş etsinlər, nəinki minnətdarlıq bildirsinlər. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Asılı olanlar minnətdar olanlardan daha faydalıdırlar: susuzluğunu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaq. Ehtiyacın sonu dostluğun, sənə olan hörmətin sonu deməkdir.
- Böyük işlər görmək üçün bilik və cəsarət lazımdır.
C
redaktə- Cəldlik müvəffəqiyyətin anasıdır.
Ç
redaktə- Çoxlarına şöhrəti düşmənləri qazandırıblar.
D
redaktə- Dostluq ikinci varlıqdır.
- Düşməndən şəxsi faydanız üçün necə istifadə etmək lazım olduğunu bilin. Sizi yaralaya biləcək qılıncın tiyəsindən yox, dəstəyindən yapışmağı öyrənmək lazımdır — bu, özünüzü müdafiə etməyə imkan verəcək. Müdrik öz düşmənlərindən daha çox fayda alar, nəinki axmaq öz dostlarından.[1]
- Düşüncəli və diqqətli adam şəraitə tabe olmur, onu idarə edir.
Ə
redaktə- Ən qiymətli metallar çətin əriyən və ağır olur.
G
redaktə- Genişliklə müqayisədə, dərinliyə daha çox ehtiram et. Kamillik keyfiyyətlə müəyyən olunur, kəmiyyətlə yox. Genişlik özü-özlüyündə ortabablığın üzərində yüksəlməyə qabil deyil və bu, geniş ümumi maraqları olan adamların bədbəxtliyidir: bir neçə dovşanın dalınca düşərək onlar birini də tuta bilmirlər. Dərinlik isə yuxarıya istiqamətlənməyə imkan verir və qüdrətli materiyalarda qəhrəmanlar səviyyəsinə yüksəldir.
- Gizli oxlar atmaq və qaytarmaq.
- Gözlənilməzlik — müvəffəqiyyətin rəhnidir.
H
redaktə- Haqq-hesab apar, amma sui-istifadəyə yol vermə. Haqq-hesab aparmaqda mənfəət güddüyünü üzə çıxarma və açıqlanmasına qəti surətdə imkan vermə.
- Hamı üçün hər şey olmağı öyrən. Ehtiyatlı Protey — alimlərlə alim, müqəddəslə müqəddəs. Bu — hər kəsə qalib gəlmək məharətidir, çünki bu cür olan, bu cür olanla cəzb olunub çəkilir, Qarşısına çıxan hər kəsin xarakterini tut və onu təqlid et — əhvali-ruhiyyəni düşünülmüş şəkildə və ehtiyatla dəyişməklə, növbə ilə gah ciddi ol, gah oyunbazın nümunəsinə riayət elə.
- Həddindən artıq heyrətlənmə. Mahiyyəti təhrif etməmək və ağılsız kimi görünməmək üçün ifratçılıqdan qaç. Həddən artıq tərifləmək və heyranlığını büruzə vermək zövq və dərrakənin məhdudluğunu bildirir.
- Həqiqəti çox vaxt görmək olar, onu eşidə bilmək nisbətən çətindir.[2]
- Hər bir adamın dilini tapmaq lazımdır. İnsanları idarə etmək məharəti bundadır. Hər bir adımın fərdi ehtirasları var, bunlar fərqlidir, çünki təbii meyllər müxtəlifdir. Bütün insanlar ideala qulluq edirlər. Bəzilərinin idealı tərif, digərlərinin qazanc, əksəriyyətinin isə zövqdür. Əsas məsələ kimin idealının nə olduğunu təyin etməkdir. Sonra onun ehtiraslarının açarını tapmaq lazımdır.
- Hər şeyin dalınca qaçma, dərinliyə can at. Əzəmətin mahiyyəti miqdarda yox, keyfiyyətdədir. Hər şeyin əlası az-az tapılır, nadir olur. Çox olan şeyin qiyməti də aşağı olur. Universal adamların bədbəxtliyi ondadır ki, çox şeyi bilməyə can atırlar və heç nəyi axıra kimi bilmirlər.
- Hətta kiçik nöqsanınla da barışmaz ol. Kamilliyin əlaməti budur.
- Həyatına son qoymalı olduğun yerdə başlama. Digərləri yolun əvvəlində dincələcək, sonunda işi tərk edəcəklər. Xeyr, əvvəlcə — əsas şey, amma zaman qalacaq — ikinci dərəcəli
- Hörmət görmək istəyirsənsə, təhqirdən başlama.
X
redaktə- Xoş olan hər şeyi özün yerinə yetir, xoşagəlməz işləri etməyi isə öz yerinə başqalarının öhdəsinə burax. Birinci sənə xoş münasibət qazanmaqda kömək edəcəksə, ikinci — qəzəbi özündən yayındırmağa imkan verəcək. Mühüm hadisələr mükafatlarsız və cəzalarsız ötüşmür. Elədirsə, qoy onda səndən yalnız xeyir gəlsin, şər isə — yalnız başqalarından.
- Xudbin insan yaşadığı cəmiyyətin üz qarasıdır.
İ
redaktə- İnsan qüruba enəndə onu soyuq yola salırlar.
- İnsanın dəyəri — başqalarının onu qiymətləndirdiyi qədərindədir.
- İnsanları özündən asılı olmağa məcbur et. Belə asılılıqdan, adi minnətdarlıqdan çox olan nə isə almaq olar. Susuzluq yanğısını söndürən adam, su quyusuna arxasını çevirir dərhal. Asılılıq yox olanda, onunla birlikdə nəzakət və qanacaq-mərifət, ardınca hörmət də yox olur, Sənə öyrətməli olan birinci təcrübə belədir: ümidin yaşamasına imkan ver, onun həyata keçməsinə yox və buna görə, hətta taxt-tac sahibi olan himayədarlarının da sənə ehtiyacı olduğunu duymağa məcbur etməklə nail ol.
K
redaktə- Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır.
- Kimdənsə xoşun gəlmədiyini gizlət.
Q
redaktə- Qulaq həqiqətin arxa, yalanın isə ön qapısıdır.
L
redaktə- Ləyaqət düzgünlüyün taxt — tacıdır.
M
redaktə- Mahiyyət və tərz. İşin mahiyyəti — onun yarısıdır. İşin nə cür görülməsi az əhəmiyyət kəsb etmir. Kobudluq hər şeyə, hətta ədalət və düşüncəyə də ziyan vurur. Lütfkarlıq hər şeyi bəzəyir, "yox" sözünü yumşaldır, həqiqəti şirinləşdirir. Gülərüzlük müvəffəqiyyətin rəhnidir.
- Metal səsinə, insan kəlməsinə görə tanınar.
- Mədəniyyəti olmayan şəxsin ləyaqəti də yarımçıqdır.
- Məşəl nə qədər gur yansa, bir o qədər tez yanıb qurtarar.[3]
- Müdriklik və mərdlik əzəmətin təməlidir. Ağıl insanın gözü, qüdrət isə əlləridir. Mərdlik olmasa, müdriklik faydasızdır.
N
redaktə- Nə isə öyrənə bildiyin adamlarla ünsiyyətdə olmaq. Qoy dostlarınla ünsiyyət sənin üçün idrak məktəbi, söhbət isə qeyir-adi xoş bir dərs olsun. Dostlarına müəllim kimi bax, dərsdən aldığın faydanı, söhbətdən aldığın ləzzət ilə tamamla.
- Nəyin varsa hamısını nümayiş etdirmə, yoxsa sabah artıq heç kəsi təəccübləndirə bilməyəcəksən.
- Niyyətini bildirmədən hərəkət et. Hətta başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin qəlbinə soxulmasına imkan vermə. Təmkinlik kamilliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir. Belə halda onun qüsurları qabaqcadan aşkar edilər və müvəffəqiyyətsizliyə uğramaq isə ikiqat fəlakət olar.
Ö
redaktə- Öhdəçilikdən qaçmaq kamilliyin ilkin qaydalarından biridir.
- Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur.
- Öz səhvlərini heç dostuna da etibar etmə.
- Özünə hörmətini heç vaxt itirmə.
- Özünü idarə etməyi bacar ki, nə xoşbəxtlikdə, nə də bədbəxtlikdə özünü ələ ala bilmədiyinə görə səni mühakimə etməsinlər.
- Özünü istiqamətləndirmək üçün özünü dərk etmək lazımdır.
- Özünün ən yaxşı cəhətini bilmək. Digər qabiliyyətlərini unutmadan öxünün ən yaxşı qabiliyyətini inkişaf etdir. Öz üstünlüyünü bilən adam nədə isə yüksək zirvələrə qalxa bilər.
P
redaktə- Paxıl adam bir daha ölmür; rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür.
R
redaktə- Rəqibiniz doğru tərəfi tutduğu üçün mübahisənin yanlış tərəfini tutmayın.
S
redaktə- Səndən yuxarıda duran adam üzərində qələbədən çəkin. Qələbə kin, ədavət oyatmaq deməkdir. Öz ağana qalib gəlmək isə ağılsızlıqdır, bəzən isə təhlükəlidir. Üstünlüyünü nümayiş etdirmək hamıda, xüsusən də, zat-alilərində nifrət oyadır. Gözəlliyi səliqəsiz geyimlə gizlətmək olduğu kimi, cəh etsən öz üstünlüyünü də gizlədə bilərsən. Çoxları, xüsusən də başçılar ağıldan başqa hər hansı qabiliyyətdə başqalarına güzəştə gedə bilərlər, çünki ağıl bütün qabiliyyətlərin üzərində hökmranlıq edir. Yüksək mərtəbədə duranlar köməyi qəbul edirlər, amma üstünlüyü yox. Ona görə də onlar istəyirlər ki, verilən məsləhət yalnız unutduqları nəyi isə yada salmaq məqsədi daha başa düşmədikləri bir şey haqqında izahat olmasın.
- Səy göstərən adi adam, səy göstərməyən istedadlı adamdan daha çox şeyə nail olur.
- Səy və istedad. Əgər heç biri yoxdursa, əzəmət də yoxdur. Birləşdikdə valehedici olurlar. Səy göstərən adi adam, səy göstərməyən istedadlı admadan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla başa gələn şey yüksək qiymətləndirilə bilməz.
- Sözlər əməllərin kölgəsidir.
T
redaktə- Taleyin ərköyünlərini — onlarla ünsiyyətdə olmaq üçün və uğursuzluqları — onlardan qaçıb canını qurtarmaq üçün tanımağı öyrən. Uğursuzluq adətən — ya cinayət, ya da ağılsızlıqdır və ondan əziyyət çəkənlərin arasında bundan yoluxucu xəstəlik yoxdur: uğursuzlar arasında ən uğursuzu olana qapını heç vaxt açma, zira əgər bunu edərsənsə, ondan yapışıb, bir çox başqaları da içəri keçəcək… Başqalarının bəd nəsibləri ilə ləkələnmə.
- Təklikdə ağıllı olmaqdansa, hamı ilə birgə dəli olmaq yaxşıdır.
U
redaktə- Uğurlu oyuna vaxtında son qoymaq mahir oyunçuların əsas qaydasıdır.
Ü
redaktə- Üç xüsusiyyət insanı möcüzə edir — və bunlar Ali Nemətin ən yüksək hədiyyələridir: məhsuldar istedad, dərin zəka, incə və xoşbəxt zövq.
- Ürəkdən gələn yox, ağıldan gələn məhəbbəti axtar.
- Üsulu dəyişmək — diqqəti, xüsusilə də düşmənçilik məqsədi güdən diqqəti yayındırmaqdan ötrü lazımdır. Başladığın üsulla axıra kimi getmə. Yeknəsəqlik niyyətin duyulmasına, qabaqlanmasına, hətta pozulmasına gətirib çıxarır. Düz istiqamətdə uçan quşu vurmaq asan, dövrə vuranı çətindir. İkinci üsula da axıra kimi riayət etmə, iki gedişlə oyunu başa düşərlər. Təcrübəli oyunçu rəqibin arzuladığı, xüsusilə də gözlədiyi gedişi getməz.
V
redaktə- Vicdansız adamdan arxaya baxmadan qaç.
Y
redaktə- Yaxşı görünmək istəyirsənsə, bəxtinin gətirməsi ilə yox, yaxşı əməllərinlə öyün.
- Yoxluğundan istifadə et, özünə hörmət edilməsinə və və qiymət verilməsinə nail ol. Əgər göz önündə olmaq məşhurluğu azaldırsa, olmamaq onu çoxaldır. Olmadığı vaxt timsalında şir gördükləri kəs, bir də görürsən, peyda olanda adi və gülünc bir adama çevrilir. Əgər biz onunla həddən artıq yaxından tanış oluruqsa, talantlar parlaqlığını itirir. Hətta görkəmli dahi də işlərdən getməsindən elə yararlanır ki, insanlar onu şərəflə yola salmaq imkanı əldə edirlər və gedişi ətrafında qalxan səs-küy onu düzgün qiymətləndirməyə kömək edir.
Z
redaktə- Zahiri, süni nəzakət əslində nəzakət deyildir, üstü pərdələnmiş təhqirdir.
Mənbə
redaktə- Xəzinə. Bakı, 1997.
Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.