Dostluq elə bir müqəddəs, şirin, möhkəm və daimi bir hisdir ki, əgər pul borc almağı xahiş etməyə cəhd etməsən, onu bütün ömrü boyu saxlamaq olar Mark Tven
Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır. Volter
Dostluq qüvvətli bir bağdır. Pula ehtiyac olanda müraciət edilməzsə, ömür boyu sürər. Mark Tven
Dostluq ömrün sonunadək boy atan bir ağacdır. Corc Vaşinqton
Dostluq pul kimidir, onu qazanmaq saxlamaqdan daha asandır. Samuel Butler
Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün. Aristotel
Dostluq yaxınlığa möhtacdır, onunla tamamlanır; fəqət yaxınlıq dostluğa, sevgiyə daha çox möhtacdır; yaxınlıq sevgi ilə olur. Əli
Dostluğun birinci şərti etibardır (Jan Labrüer:Fransız yazıçısı və filosofu)
Dostluğun dili sözlər yox mənalardır. Henri David Toreau
Dostunun sağ ayağı axsayırsa, sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun Jül Renar
Dünya malını sevən və mövqe axtarmağa həris olan adam dostluğa yaramaz. Abbasqulu ağa Bakıxanov
Həqiqi dostluqdan başqa, bütün münasibətlər müvəqqətidir Romen Rollan
Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi