Benjamin Dizraeli (21 dekabr 1801 - 19 aprel 1881) — Böyük Britaniyanın 42-ci baş naziri, yazıçı, siyasi xadim.
Benjamin Dizraeli
|
|
Doğum tarixi |
21 dekabr 1801
|
Doğum yeri |
London, Böyük Britaniya
|
Vəfatı |
19 aprel 1881
|
Vəfat yeri |
London, Böyük Britaniya
|
|
- Ayrılıq qəfildən olmalıdır.
- Biz hamımız sevgi üçün doğuluruq bu mövcudluq prinsipidir və onun yeganə məqsədidir.
- Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.
- Heç vaxt şikayət etməyin və heç kimə heç nə izah etməyin.
- Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.
- İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq.
- İnsanın cahil olduğunu bilməsi biliyə doğru atılmış ilk addımdır.
- Komaların bədbəxt olduğu yerdə saraylar təhlükəsizlikdə ola bilməz.
- Qətllər heç vaxt dünya tarixinin gedişatını dəyişdirə bilməyib.
- Qətilik - siyasətin dili deyil.
- Mən kasıb yaşadım, zəngin ölürəm, ancaq əksinə daha yaxşı olardı.
- Müvəffəqiyyətin sirri israrla istəməkdir.
- Müvəffəqiyyətin sirri, məşğul olduğun mövzuya hakim olmaqdır.
- Sevgidən daha artıq yalnız pul insanı həyəcanlandırır.
- Uğurun sirri məqsədə sadiq qalmaqdadır.
- Uğurun sirri səbrli olmaqdır.
- Üç növ yalan vardır, bəsit yalan, quyruqlu yalan və statistik yalan.
- Ümidsizliyə qapılmaq qabaqcadan məğlubiyyətlə barışmaq deməkdir.
- Vərdişlərin zəncirləri əəvvəlcə hiss edilməyəcək qədər zərif, sonra isə qırılmayacaq qədər güclü olur.
- Zənginlik xəsislik və həyasızlıq doğurur.