Bir cənub şəhərində (film, 1969)

"Bir cənub şəhərində" - tammetrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov və Natella Adıgözəlova ifa edirlər. 2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" mükafatı verilmişdir.

Filmdən sitatlar

redaktə

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adə, buna bax e, ubit menya xoçet.
  • Buraxmaram sənin canın üçün buraxmaram, Tofiqin canı üçün buraxmaram.
  • Hələ bir soruşursan da? Özünə arvad gətirib-matişkə.
  • Mən bilirəm neynəyirəm. Sən mənə moizə oxuma. Yaxşısı budur, get dərslərinlə məşğul ol. Bu mənim öz işimdir.
  • Nə gözəl üzürlər?! Elə bil kinodur. Adə elə kinodu də.
  • Öz aramızdır, anam-bacım olsunlar. Vişidən də vişidilər hə. Qənfet kimi.
  • Sən silkələnəcən qızlar qartıyacaq.