Qız

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Alınmamış qız deyingən olar. Abxaz atalar sözləri
BRedaktə
- Balaca qız ikən heç kim mənə gözəl olduğumu söyləməmişdi. Bütün kiçik qızlara gözəl olduqlarını söyləmək lazımdır, hətta olmasalar da. Merilin Monro
- Bez alırsan - Mosuldan, qız alırsan - əsildən. (Mosul - şəhər adıdır.) Türk atalar sözləri
- Bir qız on oğula dəyər - qismətinə yaxşı adaxlı çıxsa. Benqal atalar sözləri
- Bir qızın qüsurlarını öyrənmək üçün onu bir qız yoldaşına tərifləyin. Bencamin Franklin
- Bir oğlanın bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir daha ki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir. Murathan Mungan
- Bütün qızlar yaxşıdır, bəs pis arvadlar haradan gəlir? İngilis atalar sözləri
CRedaktə
- Cəhd et halal süd əmmiş bakirə qız al, anasının xasiyyətlərini də unutma. Mir Möhsün Nəvvab
DRedaktə
- Dəli qız dayısından yaşınar. Azərbaycan atalar sözləri/D
- Dəli qız deyər:anasız olaydım, bədəsil gəlin deyər:qaynanasız. Azərbaycan atalar sözləri/D
ERedaktə
- Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir, o sənin sədaqətinin dərinliyini göstərir. Rabindranat Taqor
ƏRedaktə
- Ən yaxşı qız bərbad daxmadan çıxır. Türkmən atalar sözləri
FRedaktə
- Fransanın ən gözəl qızı belə yalnız əlində olanı verə bilər. Fransız atalar sözləri
GRedaktə
- Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər. Aleksandr Puşkin
- Gözəl geyimli qız yaraşıqlı qızdan güclüdür. Vanda Blonskaya
XRedaktə
- Xalq qız verib quda qazandı, biz qız verib qada qazandıq. Azərbaycan atalar sözləri/X
KRedaktə
- Keçəl qız bacısının saçı ilə öyünər. Azərbaycan atalar sözləri/K
- Keçəl qız bəzənincə toy əldən getdi. Azərbaycan atalar sözləri/K
- Keçəl qız çeşmənin gözündən su içər. Azərbaycan atalar sözləri/K
- Keçəl qızı, saçlı deyib ağlama. Azərbaycan atalar sözləri/K
- Keçəl qızın baxtı açılanda yel vurar, şalını açar. Azərbaycan atalar sözləri/K
- Keçəl qızın nəyi var? – Başını qaşımağa dırnağı. Keçəl qızın nəyi var? – Dəmirdən bir darağı. Azərbaycan atalar sözləri/K
- Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər. Yılmaz Ərdoğan
QRedaktə
- Qəbiristanlıqda yaxşı pişik tapılmaz, meyxanada yaxşı qız tapılmaz. Vyetnam atalar sözləri
- Qız ağacı, qoz ağacı, hər keçən bir daş atar. Azərbaycan atalar sözləri/Q
- Qız alan alana kimi, qız verən ölənə kimi. Azərbaycan atalar sözləri/Q
- Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin. Azərbaycan atalar sözləri/Q
- Qız anadan görməyincə öyüd almaz. Azərbaycan atalar sözləri/Q
- Qız anadan qorxmasa, öyüd almaz. Azərbaycan atalar sözləri/Q
- Qız anadan öyüd alar. Azərbaycan atalar sözləri/Q
- Qız alanın ya bir çuval pulu gərək, ya da bir çuğal yalanı. Azərbaycan atalar sözləri/Q
- Qız da, oğlan da övladdır, hər ikisi bir-birindən şirin. Azərbaycan atalar sözləri/Q
- Qız evi, naz evi. Azərbaycan atalar sözləri/Q
- Qız evində toydur, oğlan evinin xəbəri yox. Azərbaycan atalar sözləri/Q
- Qız evindən oğul bucağı yaxşıdır. Azərbaycan atalar sözləri/Q
- Qız evlərdə tanınar, ipək dəzgahda. Azərbaycan atalar sözləri/Q
- Qız, gəzintiyə çıx, amma işi xatırla. Rus atalar sözləri
- Qız ilə qızıl gizlin gərək. Azərbaycan atalar sözləri/Q
- Qız kəsilməmiş qarpıza bənzər. Azərbaycan atalar sözləri/Q
- Qız qarıyanda dayısınin boynuna düşər. Azərbaycan atalar sözləri/Q
- Qız qızanda tez soyuyar, vay ondan ki, dul qıza. Azərbaycan atalar sözləri/Q
- Qız qızıl alma, qızı gözdən salma. Azərbaycan atalar sözləri/Q
- Qız qundaqda, cehizi sandıqda. Azərbaycan atalar sözləri/Q
- Qız nəyi bilmirsə, o zaman rəngləyir. Rus atalar sözləri
- Qız yükü - duz yükü. Azərbaycan atalar sözləri/Q
- Qızı otaqlıya yox, papaqlıya ver. Azərbaycan atalar sözləri/Q
- Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya. Azərbaycan atalar sözləri/Q
- Qızı saldın beşiyə, cehizi çək eşiyə. Azərbaycan atalar sözləri/Q
- Qızım sənə deyirəm, gəlinim, sən eşit. Azərbaycan atalar sözləri/Q
- Qızın döyməyən, dizin döyər. Azərbaycan atalar sözləri/Q
- Qızın göz yaşı günəş çıxanda şeh kimidir. Rus atalar sözləri
- Qızın isməti, atanın dövləti. Azərbaycan atalar sözləri/Q
- Qızın "yox"u imtina deyil. Rus atalar sözləri
- Qızını vermə dəli dəvəçiyə, dəvəsi gedər, dəlisi qalar. Azərbaycan atalar sözləri/Q
- Qızlar quş balalarına bənzəyirlər: tük yetişən kimi səpələnirlər. Rus atalar sözləri
- Qızların düşüncələri dəyişkəndir. Rus atalar sözləri
- Qızların yolu əvvəldir. Kitabi Dədə Qorqud
- Qonşu qonşu olsa kor qız ərə gedər. Azərbaycan atalar sözləri/Q
- Qonşu yaxşı olsa, çolaq qız da ərə gedər. Ləzgi atalar sözləri
ORedaktə
- Oğlan doğdum - oydu məni, qız doğdum - soydu məni. Azərbaycan atalar sözləri/O
ÖRedaktə
- Öyünən qız ziyafətdə rüsvay olacaq. Özbək atalar sözləri
SRedaktə
- Sən silkələnəcən qızlar qartıyacaq. Bir cənub şəhərində (film, 1969)
- Sevgisiz qız günəşsiz çiçək kimidir. Rus atalar sözləri
ÜRedaktə
- Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə. Azərbaycan atalar sözləri
YRedaktə
- Yağışda atı seç, bayramda arvad seç: hər at yağışda parlayır və bayram üçün geyinmiş hər qız gözəl görünür. Tacik atalar sözləri
- Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə. Azərbaycan atalar sözləri/Y