A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azərbaycan dövrü-istiqlalına bolşeviklər "Müsavat dövrü" deyirlər. Fəqət, xalq bu dövrə Azərbaycan dövrü deyir... Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.[1] Məhəmməd Əmin Rəsulzadə
  • Bolşeviklər özləri özlərinə çətinliklər yaradır və özləri də bu çətinlikləri uğurla dəf edirlər. Uinston Çörçill
  • Kommunizm təhlükəsi deyilən şey, dünya üçün hər zaman təhlükə təşkil etmiş olan qaba və təcavüzçü Rus imperializminin yeni həmləsindən başqa bir şey deyildir. Bu təhlükə yalnız bolşevik istibdadı və qızıl süngüsünə dayanan Sovet hakimiyyətinin çökdüyü və oradakı millətlərin, uğrunda vuruşduqları istiqlallarına ərişdikləri gündür ki, ortadan qalxar. Məhəmməd Əmin Rəsulzadə
  • Qorki hisslərini gizlətmədi və bolşevik demaqogiyasını açıq şəkildə qınadı. Mixaylovski teatrındakı çıxışı yadımdadır. Onun sözlərinə görə, inqilab azğınlıq deyil, zəhmətkeşlərin əlində cəmlənmiş nəcib bir qüvvədir. Bu, əməyin zəfəridir, dünyanı hərəkətə gətirən bir stimuldur. Bu eyni Mixaylovski Teatrında, meydanlarda və küçələrdə eşidilən nəcib mülahizələrdir. Fyodor Şalyapin
  • Mən bir qədər rus bolşevizmi ilə tanışam, Sizi inandırıram ki, indiki Rusiya hökuməti də müsəlmanlara yaxşı münasibətdə deyil. Bunu bolşeviklər, tanınmış millətçi-şovinistlər olan və bir gündə bolşeviklərə çevrilən erməni daşnaklarını Bakıda özlərinə köməyə dəvət edərkən sübut etdilər.[2] Əlimərdan bəy Topçubaşov
  • Nə qədər ki, mən partiyaya rəhbərlik edirəm o, nəcabətsiz ədəbiyyatçılar və qeyri-ciddi bolşeviklər üçün diskussiya klubu olmayacaq. Adolf Hitler
  • Partiya təlimatçılarımızın işini sərt tənqid əsasında düzgün qura bilsək, bütün kommunistləri, komsomolçuları, kolxozçuları birləşdirə bilsək, yaxşı, yaradıcı, canlı, bolşevik fəaliyyət nümayiş etdirsələr, sizi əmin edə bilərəm ki, inkişaf mərhələmizdə indiki zamanda kənd yerlərində möcüzələr yarada biləcəyik. Sergey Kirov

İstinadlar

redaktə
  1. "Məhəmməd Əmin Rəsulzadə AZƏRBAYCAN CÜMHURİYYƏTİ" (PDF). 14 fevral 2019 tarixində arxivləşdirilib (PDF).
  2. Azərbaycan Respublikası Dövlət Arxivi. f. 894, s. 10, i. 150, v. 1–2.