Nikola Bualo
(Bualo səhifəsindən yönləndirilmişdir)
Bualo Nikola (1636–1711) — fransız şairi, nəzəriyyəçisi və tənqidçisi.
Nikola Bualo | |||
Doğum tarixi | 1 noyabr 1636 | ||
Doğum yeri | Paris | ||
Vəfat tarixi | 13 mart 1711 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Sen-Jermen-de-Pre | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aydın düşünən adam fikrini də aydın izah eləyir.
C
redaktə- Cahillik yalan bilikdən yaxşıdır.
- Ciddidən xoşa gələnə, zarafatdan sərtliyə keçməyi bilən insan xoşbəxtdir.
Ç
redaktə- Çox vaxt bir pislik qorxusu bizi daha da pisə aparır.
D
redaktə- Dəqiq olmaq məsləhətdir, çünki gözləyən adətən gecikənlərin qüsurlarını aşkar etməyə vaxt sərf edir.
F
redaktə- Fikir — qafiyənin hökmdarı, qafiyə isə fikrin müti quludur.
H
redaktə- Həqiqət bəzən ağlasığmaz görünə bilər.
- Həqiqət həmişə sakit və təvazökardır.
- Həqiqətdən başqa heç nə gözəl deyil, ədalətli heç nə yoxdur.
- Hər axmaq ona heyran olmaq üçün daha böyük axmaq tapacaq.
- Hər yaşın öz zövqü, öz səbəbi və adətləri var.
O
redaktə- O dost, əsil dostdur ki, hansı ki qüsurunu sənə çəkinmədən bildirər.
Ö
redaktə- Özünüz üçün sərt tənqidçi olun.
S
redaktə- Sağlam düşüncə ilə keçərkən zarafat etməkdən çəkinin.
- Su axar çuxurunu tapar, axmaq axmağa heyran olar.
Ş
redaktə- Şərəf sahili olmayan bir adadır: bir dəfə əldən versək, bir daha geri qaytara bilmərik.[1]
T
redaktə- Tanışlarınız arasında sizə əsl dost olan o kəsdir ki, təhqirlərdən qorxmadan səhvlərinizi açıq göstərir.
Y
redaktə- Yalnız ağıl və idrakın hökmünə tabe edilən istedad, həqiqətən gözəl əsərlər yarada bilər.
- Yalnız fəzilət nəcib bir ruhun səhvsiz əlamətidir.
- Yalnız həqiqət gözəldir və yalnız o, sevilməyə layiqdir.
- Yazmazdan əvvəl düşünməyi öyrənin.
Z
redaktə- Zaman uçur və bizi özü ilə çəkir. Danışdığım an artıq məndən uzaqdır.
Mənbə
redaktə- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.414