Həqiqət hər kəsə yaşamaq üçün gərəkdir və onu kimdənsə almaq, nə yollasa ƏLDƏ etmək mümkün deyil. Həqiqəti hər kəs fasiləsiz olaraq özü öz içindən yaratmalıdır, əks təqdirdə, insan məhv olar. Həyat həqiqətsiz mümkün deyil. Bəlkə də həqiqət elə həyatın özüdür. Frans Kafka
Həqiqət hər yerdə, xüsusilə tərbiyədə vacib şərtdir. Lev Tolstoy
Həqiqət yolu çətin yoldur. Çox az adam bu yolla gedə bilir, ama bu yolu sonuna çatanların qarşısında qeyri adi mənzərələr açılır. Cordano Bruno
Həqiqət uğrunda yaşamağı özlərinə qayə edənlər ölümdən çəkinməməlidirlər. Mahatma Qandi
Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün. Mişel de Monten
Həqiqəti hər kim inkar edirsə, özü ziyan çəkir. Qalileo Qaliley