Cəlil Məmmədquluzadə
Azərbaycanlı satirik, yazıçı və dramaturq
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri.
Cəlil Məmmədquluzadə | |||
Doğum tarixi | 10 fevral 1869 | ||
Doğum yeri | Naxçıvan | ||
Vəfat tarixi | 4 yanvar 1932 | ||
Vəfat yeri | Bakı | ||
Dəfn yeri | Fəxri Xiyaban | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
redaktə- Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim...
- Dünyada hər bir kəs üçün sözdən böyük yadıgar yoxdur. Zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır.
- Düzdür, yerindədir əlim-ayağım,
Vardır bədənimdə canım da hətta, Ancaq bir iş var ki, yox azadlığım, Ağrıdır yaşamaq əsarət altda.
E
redaktə- Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur.
- Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa “Molla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə.
Ə
redaktə- Əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqət ilə baxın camalınıza.
G
redaktə- Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!
Q
redaktə- Qələmin müqəddəs vəzifəsi millətin xoşbəxtliyi yolunda xidmət göstərməkdir. [1]
M
redaktə- Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm , ana dilim var.
T
redaktə- Təhsil alın ki, cahilləri idarə edəsiz, təhsil almasanız əksi olacaq, cahillərin əlinə baxmalı olacaqsız.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Sabir Rüstəmxanlı. Ömür kitabı. Bakı, 1988