Dövlət
suveren ərazi təşkilatı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aktiv gücü əlində tutan yalnız dövlət olmamalıdır. Əgər insanlar mədəni olmaq istəyirlərsə, təşkilat qurma sənəti inkişaf etdirilməli və genişlədilməlidir. Aleksis de Tokvil
- Almaniyanı məğlub etmək lazımdır - bu, təkcə Rusiya üçün deyil, bütün imkanları qabaqda olan ən böyük Slavyan dövlətləri üçün, həm də Avropa dövlətləri üçün ölüm -dirim məsələsidir. Almaniyanın məğlubiyyəti ümumavropa irticasının məğlubiyyəti və Avropa inqilablarının yeni dövrünün başlanğıcı olacaq. Leonid Andreyev
- Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər. Konfutsi
- Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır. Heydər Əliyev
- Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Heydər Əliyev
- Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir. Heydər Əliyev
- Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulmuşdur. Heydər Əliyev
B
redaktə- Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. Aliya İzzetbeqoviç
- Böyük bir dövlətin yeganə sağlam təməli romantizm deyil, dövlət eqoizmidir və böyük dövlətin öz marağı ilə bağlı olmayan iş uğrunda mübarizə aparması ləyaqətsizlikdir. Otto fon Bismark
D
redaktə- Dövlət başçılarına itaət eləməyi özünə vacib bil, əgər onlar olmasa, ölkədə nizam –intizam olmaz və adamlar bir-birinin malına, canına və namusuna qəsd edərlər. Abbasqulu ağa Bakıxanov
- Dövlət böyüdükcə, azadlıq da o nisbətdə kiçilər. Jan Jak Russo
- Dövlət bütün şirin və zəhərli dilləri ilə dil-dil ötür, dediklərinin hamısı da yalan-palandır, — əldə etdiklərinin, topladıqlarının hamısı da oğurluq maldan başqa bir şey deyildir. Ey böyük insanlar, yazıqlar olsun ki, o bu gün də sizin qulaqlarınıza öz mənhus yalanlarını pıçıldamaqda davam edir. Fridrix Nitsşe
- Dövlət ən qəddar və amansız adamyeyən kimidir. O heç nə olmamış kimi yalan danışır. Dövlət elə hey bəyan edir ki: “Mən dövlətəm, deməli, mən xalqın özüyəm”. Ağ yalan! Bir qrup baçkəsənlər insanları bir yerə toplayıb tələyə saldılar və bunu dövlət adlandırdılar… Əsl həqiqət bundan ibarətdir: hər bir xalq öz xeyir və şər dilində danışır, sadəcə olaraq qonşular bu dili başa düşmür. Fridrix Nitsşe
- Dövlət xadimi ilə dövlət, padşahla təbəələri, ailə başçısı ilə ev, ağa ilə qulları arasında münasibətlərin həmişə eyni olduğunu düşünmək yanlışdır. Aralarında təkcə ölçüdə deyil, keyfiyyətdə də fərq var. Aristotel
- Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünmək üçün fəaliyyət göstərir.Uinston Çörçill
- Dövlət xadiminin ürəyi başında olmalıdır. Napoleon Bonapart
- Dövlət xalqın işi olmalıdır. Heydər Əliyev
- Dövlət idarəsi işləməzsə, insanların hürriyyətini qoruyacaq heç bir qüvvət qalmaz. Mustafa Kamal Atatürk
- Dövlət idarəsindəki əsas proqramımız Cümhuriyyət Xalq Partiyası proqramıdır. Bunun əhatə etdiyi prinsiplər bizi idarəetmə və siyasətdə aydınlaşdıran təlimatlardır. Ancaq heç vaxt bu prinsipləri göydən endiyi düşünülən kitabların dogmaları ilə birlikdə saxlamamalıdırlar. Biz ilhamımızı göydən və qeybdən deyil, birbaşa həyatdan götürmüşük. Yolumuzu çəkir; yaşadığımız vətən, yaşadığımız türk milləti və min heyrət və iztirabları qeyd edən millətlər tarixinin yarpaqlarından çıxardığımız nəticələrdir.[1][2][3]Mustafa Kamal Atatürk
- Dövlət işində işləyən xalqın xidmətində olduğunu unutmamalıdır. [4]Tomas Cefferson
- Dövlət quşunun girən yeri dar olar, çıxan yeri gen. Nəsirəddin Tusi
- Dövlət müdaxiləsinin sərhəddi varmı? Və əgər varsa, sərhəddi nədir? Herbert Spenser
- Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. Tur Xander
- Dövlət o zaman möhkəm olur ki, qanunlara əməl edilsin. Evripid
- Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır. Heydər Əliyev
- Dövlət yalnız bir halda - yaxşı və pis adamları artıq bir-birindən seçə bilməyəndə məhv olur. Mustafa Kamal Atatürk
- Dövlətə adamların ən pisləri xidmət edir, yaxşıları isə öz pis cəhətləri ilə xidmət edirlər. Vasili Klyuçevski
- Dövləti filosoflar idarə etməyənə qədər dövlət öz dərdlərindən xilas ola bilməyəcək. Platon
- Dövlətin funksiyası pul qazanmaq yox, pulun ədalətli bölgüsünü təmin etməkdir. Vay o günə ki, dövlət də pul qazanmağa aludə olsun. Tur Xander
- Dövlətin qurtardığı yerdə insan önə çıxır. Yalnız orada, harada dövləti qurtarır, insan başlanır - artıq olmayan, amma lazım olan: orada kimin lazım olduğu barədə yeganə və təkraredilməz mahnı səslənir. Fridrix Nitsşe
- Dövlətin qüdrəti və müqəddəsliyi, ilk növbədə ədalətin durmadan həyata keçirilməsi ilə bağlıdır. Anna De Stal
- Dövlətin müəllimə münasibəti dövlətin gücünü və ya zəifliyini sübut edən dövlət siyasətidir. Otto fon Bismark
- Dövlətin rifahı vətəndaşların orta mülkiyyətə dəyərincə malik olmasındadır. Aristotel
- Dövlətlər insanlar kimidir, onlar da insan xarakterindən yaradılırlar.[5] Platon
Ə
redaktə- Əgər əsgər toxdursa, geyindirilibsə, silahlandırılıbsa, qara gün üçün də dala bir şey atıbsa o dövlət üçün təhlükəli deyil. Aleksandr Sever
- Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. Aleksandr Hamilton
- Ədalət ilkin dövlətdən gəlməlidir. Çünki hüquq, dövlətin ictimai nizamıdır. Aristotel
- Əgər insanlar Tanrı olsaydı, özlərini demokratik olaraq idarə edə bilərdilər. İnsanlar Tanrı olmadıqlarına görə, mükəmməl bir dövlət insanlara görə deyil. Jan Jak Russo
- Ən az idarə olunan dövlət, ən yaxşı dövlətdir. Tomas Cefferson
- Ən yaxşı dövlət quruluşu odur ki, orda vətəndaşlar qanundan tirandan qorxan kimi qorxsunlar. Biant
F
redaktə- Fərd dövlətlə uyğun olduğu ölçüdə əhəmiyyətlidir. Benito Mussolini
H
redaktə- Hər bir vətəndaş imkan daxilində öz səylərini öz dövləti üzərində hökmranlıq etmək gücündə olmağa yönəltməlidir. Aristotel
- Hər şey dövlət içində və dövlət üçün, heç bir şey dövlət xaricində və başqa bir şey üçün deyil. Benito Mussolini
- Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir Platon
X
redaktə- Xalq qəhrəmanlığı, zəiflik və gücün azalması ilə müşaiyət edilən ani bir coşğunluqdur. Xalqın azadlığını onun ehtiraslarına deyil, həyat tərzinə əsaslandırmaq lazımdır. Çünki, onun ehtirası ötüb keçən və dəyişkəndir. Bununla yanaşı, yaxşı dövlət quruluşunun fəaliyyəti mövcud olduğu qədər davam edir. Heç bir xalq azadlığın faydasını hiss etdiyi müddətdən artıq azad ola bilməz. Jan Jak Russo
İ
redaktə- İgidlik dövləti yaradır, fəzilət onu qoruyur; cinayətlər dövləti namussuzluğa, laqeyidlik və qeydsizlik isə onu despotizmə aparır. Onore Mirabo
K
redaktə- Kilsə və dövlət arasındakı ayrılığın "mütləq" olduğu bir Amerikaya inanmıram. Con F. Kennedi
- Kilsə və dövlət də daxil olmaqla, yalan üzərində qərar tutan hər şey ölüm bayquşlarının xidmətçiləridir. Fridrix Nitsşe
- Kommunistlər hakimiyyətin bütün təsisatlarını, bütün hökumətləri, dünyanın bütün dövlətlərini məhv etmək üçün sivilizasiyaya qarşı sonsuz bir müharibə aparırlar. Onlar bütün dünyanı əhatə etməli olan dilənçilərin, cinayətkarların, fərsizlərin, üsyançıların, xəstələrin, gicbəsər və axmaqların beynəlxalq ittifaqını yaratmağa çalışırlar. Uinston Çörçill
Q
redaktə- Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur. Demosfen
- Qanunlar - dövlətlərin hökmdarlarıdır. Alkimdamant
- Qanunların çox olduğu yerdə dövlət daha çox korlanar. Qai Korneli Taçit
L
redaktə- Liderlər populyarlıq auksionunda özlərini iddiaçı etmək qərarına gəldikdə, onların dövlət quruculuğunda istedadları heç bir xidmət göstərməyəcəkdir. Onlar qanunverici əvəzinə yaltaq olacaqlar; insanların bələdçiləri deyil, alətləridir. Edmund Berk Bork
M
redaktə- Mən saçlarını səliqə ilə yığmış Yuli Sezarın başını bir barmağı ilə qaşımasını görəndə, belə zənn edirəm ki, o, Roma dövlət quruluşunu devirmək kimi cinayət düşünə bilməz. Mark Tulli Siseron
- Müstəqil dövləti saxlamağın yeganə yolu kənd təsərrüfatıdır. Dünyanın bütün sərvətinə malik olsanız da, amma yeməyə bir şeyiniz yoxdursa, başqalarından asılı olursunuz... Ticarət sərvət yaradır, lakin kənd təsərrüfatı azadlığı təmin edir. Jan Jak Russo
O
redaktə- O dövlət demokratikdir ki, orda dədə-baba adətiylə Allahlara səcdə edilir, valideynlərin hörməti saxlanılır, böyüklərə ehtiram göstərilir, qanunlara itaət olunur və bütün bunlarla yanaşı həlledici qələbə xalqın böyük əksəriyyətlə qəbul etdiyi qərarlara məxsusdur. Polibi
- O dövlət quruluşunda ki, qadınların hüququ tapdalanır, həmin dövlətin yarısı qanunsuzdur. Aristotel
- O dövlət qüdrətlidir ki, onun vətəndaşları şaha itaət edir, şahları isə qanunlara. Süleyman peyğəmbər
- O dövlət yaxşıdır ki, orda natiqlərdən daha çox qanuna qulaq asırlar. Xilon
Ü
redaktə- Üç növ insan qəzəbdən uzaq olmalıdır: dövlət məmurları, müştərilər və dul qadınlar. Çin atalar sözləri
Y
redaktə- Yalnız güclü dövlət öz vətəndaşlarının azadlığını təmin edə bilər. Jan Jak Russo
İstinadlar
redaktə- ↑ Atatürk'ün Türkiye Büyük Millet Meclisi'nin V. Dönem 3. Yasama Yılını Açış Konuşmaları
- ↑ Türkiye Büyük Millet Meclisi’nin Beşinci Dönem Üçüncü Toplanma Yılını Açarken
- ↑ KARAL (Ord. Prof.), Enver Ziya (1927-10-20). Fatih ÖZDEMİR Atatürk'ten Düşünceler (kitab) (türkcə), 192. sayfa. Ankara: ODTÜ Yayıncılık. ISBN ISBN 975-7064-12-2.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 268
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.96