Cənab Şəhabəddin
Cənab Şəhabəddin (21 Mart 1870, Manastır - 12 Şubat 1934, İstanbul) - türk şairi və yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Axmaq - işıqla alovu səhv salar və onu hər yandıranı günəş zənn edər.
- Ayrılıq hər məhəbbət şeirinin son misrasıdır. [1]
Ç redaktə
- Çox yaşamaq əlimizdə deyil, lakin adımızı çox yaşatmaq əlimizdədir.
- Çox yazan deyil, gözəl yazan qazanır.
Ə redaktə
- Ən çox bolluq gətirən yağış alın təridir.
G redaktə
- Gücünü iradəsindən alan şəxsə düşmən yaxınlaşmaz.
- Gündüzlər çırağını hazırlamayanlar gecəni qaranlıqda qalmağa məhkumdur.
H redaktə
- Hər millət qarnında gələcək adlı bir uşaq daşıyır. O uşağı salmaq sosial cinayətlərin ən böyüyüdür.
- Həyat bir güzgüdür, sən ona gülsən, o da sənə güləcək.
- Həyat pilləkənlərinə qalxarkən insanlarla yaxşı rəftar edək, çünki enərkən yenə həmin insanlarla rastlaşacağıq.
- Həyatda ən çətin şey məqsədsiz insanlarla birlikdə yaşamaq məcburiyyətində olmaqdır.
X redaktə
- Xatirələr qocalan beyinlərin söykəndikləri əsadır.
- Xatirələrimiz - yaşlandıqca öz-özünə zənginləşən bir sərmayədir.
İ redaktə
- İnsan sevdiyindən qorxar, lakin qorxduğunu sevə bilməz.
Q redaktə
- Qocalanda keçmişi görürük, halbuki yaxşı baxsaq gələcəyimizi görərik.
Ö redaktə
- Özünü çox sevən, az sevilər.
P redaktə
- Pislik qapısını aralamağına dəyməz; taybatay açılar.
Ş redaktə
- Şübhə qızdırmalı xəstəyə bənzər - yatmaz, yata bilməz, yatmağa qoymaz, yox, əgər yatsa, qorxulu yuxu görər. [2]
T redaktə
- Təvazökarlıq yaşmağa bənzər: örtərək gözəlləşdirir.
Y redaktə
- Yaxşılığı ancaq yaxşılar başa düşər, pisliyi isə hər kəs.
- yüksək təpələrdə həm ilana, həm də quşa rast gələ bilərsiniz; biri aürünərək, o biri isə uçaraq yüksəlmişdir.