Can Yücəl
müasir türk şairi
Can Yücəl (1926-1999)- Türkiyəli şair, dilçi, tərçüməçi, yazıçı.
Can Yücəl | |||
Doğum tarixi | 21 avqust 1926 | ||
Doğum yeri | İstanbul | ||
Vəfat tarixi | 12 avqust 1999 | ||
Vəfat yeri | İzmir | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bəzən çətindir dönmək, ya da hər şeyi unudub getmək. Anladım ki, insanı ən ağrıdan şey; sevilmədiyini bildiyi halda dəlicəsinə sevmək.
- Bəzən hər şeyi unudub, yalnız qucaqlamaq istəyərsən, amma bir şey səni həmişə dayandırar. Adı nədir? Qürur.
- Bəzən qırdım, çoxu dəfə qırıldım, amma mən heç kimi itirmədim, yalnız zamanı gəldiyində imtina etməsini bildim.
- Bəziləri "sevirəm" deyir, çünki əzbərləmişdir. Bəziləri deyə bilmir, çünki həqiqətən sevmişdir.
- Bilinmədik bir hüzn var içimdə, bir qəribəlik. Anladım ki, ya mən artığam bu şəhərdə, ya da biri əskik.
- Bilərsənmi nə çətindir sevərək yaşamaq? Ona mənimsən deyib qucaqlaya bilməmək.. Nə çətindir həmişə yaxın hiss edib əslində ondan uzaq olmaq.
- Bilməlisən ki, gerçək dostların arasına məsafə girməz. Gerçək eşqlərin də!
- Bir əl tutmaq istəyərsən ya bəzən, ya da birini qucaqlamaq. Təəssüf ki, icazə verməz buna həyat. Özünü qucaqlamalısan sən də həyata inad!
- Bir insana zornan sevdirəmməzsən özünü, mənə güvən deyə bilməzsən. O bunu hiss etmirsə, tək bir söz söyləyə bilərsən: "Özün bilərsən."
- Birini sevəcəksənsə, onu hər şeyinlə sevmə. Çünki bitdiyində; onu unuda bilməməyinə deyil, unuda bilməyəcək qədər çox sevdiyinə yanarsan.
- Bizimkisi bir eşq hekayəsi deyildi. Eşq idi bizimkisi, gerisi hekayə idi.
- Boş boş sevirəm deməklə olmaz; Göstərəcəksən sevdiyini, hiss etdirəcəksən.. Edə bilmirsənmi?! Onda yoldan çəkiləcəksən.
Ç
redaktə- Çox sahiblənmədən sevəcəksən məsələn. Həm hər an ovuclarından itib gedəcəkmiş kimi, Həm də həmişə səninlə qalacaqmış kimi.
D
redaktə- Dolu dolu yaşa həyatı, dilini kaş kilər qucaqlamasın. Və elə birini sev ki; gündüz günəşə, gecə ulduza ehtiyac qalmasın.
E
redaktə- Elə bir sevəcəksən ki, ürəyindən kimsə ayıra bilməyəcək. Və elə birini sevəcəksən ki, səni gözləriylə belə aldatmayacaq.
- Elə hər kəsi sevməyəcəksən.. "Sevirəm" deməyəcəksən! "Səni sevirəm" deyə bilmək üçün lazım olsa bir ömür gözləyəcəksən.
- Eşq bir baxışla başlar, bi sözlə bitər. Sevmək mi? Həmişə ürək istər.
- Eşq; hər kəsi ona oxşadıb, heç kimi onun yerinə qoya bilməməkdir.
- Eşq, səhərlərə qədər yatmamaq deyildir əslində. Hər səhər oyandığında, yaşamaqdan əvvəl onun gəlməsidir ağılına.
Ə
redaktə- Əhəmiyyətsiz hesab edirəm artıq hər bir şeyi və istəmirəm kimsəni yanımda. Hər gələn bir az daha ağrıdıb gedir onsuz da.
- Əslində bütün insanları sevə bilərdim, sevməyə səndən başlamasaydım.
G
redaktə- Gedənə deyiləcək söz yoxdur, sevsə onsuz da getməzdi, amma gələnə də çox sevinməmək gərək, çünki o da başqasından gəldi.
- Getmək istəyirsə, buraxacaqsan.. getsin! Ağılı səninlə olmayanın bədəni yanında olsun istərsən mi?
- Getmək lazımdır bəzən çox yormadan. Daha çox bezdirmədən, əgər vaxtıdırsa ardına belə baxmadan..
- Getmək unutmaq deyil sən bunu çox yaxşı bilirsən. Ağılımda gözlərin varkən sən buna getməkmi deyirsən?
- Gözün arxada qalacaqsa bacarıq deyil getmək.
- Gülə bildiyin qədər xoşbəxtsən. Kədərlənmə, bil ki, ağladığın qədər güləcəksən. Əsla bitdi sanma hər şeyi: Sevdiyin qədər seviləcəksən.
H
redaktə- "Hamını" ona bənzədirsənsə, aşiqsən deməkdir. Əgər onu "hamıya" bənzədirsənsə, artıq təksən deməkdir.
- Hər ürək sevə bilsəydi əgər, ayrılıq heç olmazdı. Hər sevən ürəkli olsaydı onsuz da "eşq" bu qədər sadə olmazdı!
- Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış, öz yolumu çəkdiyimdə anladım.
- Həyat nə yaşadıqlarındır, nə də qazandığın müvəffəqiyyətlər. Həyat dediyin; ömür boyunca "həyatım" deyə biləcəyin insanı tapanda başlar.
- Həyat o qədər insafsızdır ki; Bəzən doğru olanı etmək üçün, Ən çox istədiklərimizdən imtina etməyimiz lazım gəlir. Hətta xəyallarımızdan belə...
- Həyatda hər şeyini bir adama bağlama, çünki onu itirdiyində hər şeyini itirərsən əslində.
- Həyatımdan getməyi seçənlər üçün gəliş səfərləri sonsuza qədər ləğv edilmişdir...
İ
redaktə- İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək!
- İlk görüşdən eşqə inanıram. Niyə dəmə, bunu yaşayan bilər. Çünki eşqdə ikinci görüş heç olmaya bilər.
- İnsanı ən çox nə yandırır bilərsən mi? Yanyana oturduğun halda ona heç vaxt "səni sevirəm" deyə bilməyəcəyini bilmək.
- İstər kral, istər kəndli olsun, dünyada ən xoşbəxt insan evində hüzur olandır..
K
redaktə- Kaş ki, özünü buraxıb gedə bilsə insan, amma olmur.
- Kiçikkən anam, yerdə çörək görəndə: "yüksəyə qoy, quşlar yeyər" deyərdi. Sevdiklərimizi həmişə yüksəklərdə tutduq, görəsən quşlarmı yedi?
- Kişilər ağlamaz. Çünki heç bir qadın bir sevdiyini ağladacaq qədər heyvanlaşmaz.
Q
redaktə- Qablarda qalan son qırıntılar kimi idi sənə olan sevgim. Sən məni həmişə buraxdın; mənsə həmişə arxandan ağladım.
- Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq.
- Qayda bu: Ən çox sevən, həmişə ən əvvəl tərk edilər. Unutma; vidalar ağrıtsa da, bəzən getmək lazımdır.
N
redaktə- Nə qədər çətindir əslində sevip də sevirəm deyə bilməmək. Görüb, görməməzlikdən gəlmək, yaşadığını bilib də mənim üçün öldü demək.
- Nə sahib olduğundur həyat, nə də ümid etdiklərin bu qədər zaman. Ürəyin qədərdir həyat! Sevilirsənsə rəngli, sevirsənsə qara ağ.
O
redaktə- O da sənin kimi sevirmi?" dedilər. Cavab verə bilmədiyim tək sual bu idi...
Ö
redaktə- Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür.
R
redaktə- Razı olan yoxdu həyatından! Kiminlə danışsam eyni şey.. Hər şeyi, hər kəsi buraxıb getmə istəyi.
S
redaktə- Sevgili, axtarıb da tapdığın biri deyil, heç ağılında yoxkən aşiq olduğun adamdır.
- Sevgili dediyin qoluna deyil, ürəyinə yaraşmalı.. Və elə gəlib keçici bir həvəs deyil, sonsuza qədər nəfəsin olmalı!
- Sevmək sevirəm demək deyil, ürəyində hiss etməkdir. Və eşq yanında olanı sevmək deyil, bəzən gəlməyəcək birini gözləməkdir.
- Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində.
- Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.
- Sən gedənnən sonra tək qalacağam. Tək qalmaqdan qorxmuram da, ya; canım əllərini tutmaq istəsə.
- Sən, səni sevəni görməyəcək qədər korsansa, o da sənə sevgisini söyləməyəcək qədər qürurludur.
- Səni sevirəm demək deyil ki bacarıq, əhəmiyyətli olan o sözün bütün məsuliyyətlərini ala bilmək.
T
redaktə- Təkəm.. Çünki hər hansı biriylə yox, gözlədiyimə dəyəcək biriylə davam etməliyəm bu yola.
U
redaktə- Uğruna bir şeylərdən imtina edəcəyin insanı tapmaq asan, amma heç bir şeydən imtina etmək məcburiyyətində qalmayacağın insanı tapmaqdır əsas məsələ.
- Uğrunda fədakarlıq etməyəcəyin sevgini, ürəyində daşıyıb da özünə yük etmə!
- Unutma; "Onu artıq unutdum" demək, bir dəfə də xatırlamaqdır əslində.
V
redaktə- Vidalar ağrıtsa da, bəzən getmək lazımdır..