Cavad bəy Məlikyeqanov
Cavad bəy Məlikyeqanov (1878-1942) — Lənkəran şəhərinin general-qubernatoru olmuşdur Azərbaycan xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı.

SitatlarıRedaktə
Azərbaycan Xalq Cumhiriyyətinin müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində çıxış edərkən:
- "Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar."
Sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlikyeqanovaya göndərdiyi məktublarından
- "...Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür edə bilmirəm."
Müsavatın dördüncü iclasındakı nitqindən:
- "göstərdikləri vətənpərvərliyə baxmayaraq, onlar heç də yaxşı vəziyyətdə yaşamırlar. Ancaq partiyanın arxasınca gedən, onun çağırışına hər zaman səs verən fəhlə sinfi iqtisadi durumlarının yaxşılaşacaqlarına ümid edirdilər".