Məktub
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir dəfə adamın birindən Şeksperi sevmədiyimi, yazmağa haqqım olmadığını izah edən uzun və hirs dolu bir məktub almışdım. Gənclər mənə aldanıb Şeksperi oxuma zəhmətinə belə girməyəcəkdilər. Belə bir mövqe göstərməyə haqqım yox idi. Səhifələrcə bunu söyləyib dayanmışdı. Cavablandırmadım. Amma burada cavablandıracağam. S..... get . Mən Tolstoyu da sevmirəm. Çarlz Bukovski
- Bir kişi, bir qadına məktublar yazdığında bunu, irəlidə o qadını başdan çıxarmaq üçün yaşayacağı mühiti hazırlamaq üçün edər. Bu qadın bu məktubları gizliədirsə bunu, bu gün göstərdiyi ağız möhkəmliyinin, gələcəkdə yaşayacağı macəranı güvən altına alması üçün edər. Bunları üstəlik bir də saxlasa bu, gələcəkdəki macəranı bir eşq olaraq düşünməyə hazır olduğunu göstərər... Milan Kundera
E
redaktə- Eşq məktubuna başlarkən nə söyləyəcəyimizi bilməliyik. Bitirərkən də nə yazdığımızın fərqində olmarıq. (Rousseau)
Ə
redaktə- Əsəbi ikən heç vaxt məktub yazma. Çin atalar sözləri
İ
redaktə- İnsanın kosmosa uçması kilsə adamlarına sarsıdıcı zərbə vurdu. Mənə gələn məktub axınlarında, möminlərin elmi nailiyyətlərin təəssüratları altında Allahdan imtina etdikləri, heç bir Tanrı olmadığını və onun adı ilə əlaqəli hər şeyin uydurma və cəfəngiyat olduğunu qəbul etdikləri etirafları məmnuniyyətlə oxudum. Yuri Qaqarin
K
redaktə- Köhnə məktubların cazibələrindən biri də cavab tələb etməmələridir. Corc Bayron
M
redaktə- Məktub, sözə yiyələnmək sənətini inkişaf etdirir. Mark Tulli Siseron
- Məktubda ifadə olunan sevgi təhlükəli, həm də faydasızdır. Aleksandr Düma (oğul)
- Mən bu məktubu həmişəkindən daha uzun eləmişəm, çünki daha qısa etməyə vaxtım yoxdur. Blez Paskal
- Mən onun dəfnində iştirak etməkdən imtina etdim, ancaq bu tədbiri çox bəyəndiyim barədə çox nəzakətli məktub göndərdim. Mark Tven
- Mənə elə gəlir ki, ən kobud söz, ən kobud məktub səssizlikdən daha xeyirxah, daha şərəflidir. Fridrix Nitsşe
- Mənim “şöhrətimin” mənə nə xeyri? Yalnız mane olur. Telefonla zəng edirlər, məktub yazırlar! Nə üçün? Məktublara cavab vermək lazımdır, bu isə elə kədərli bir şeydir! Mixail Zoşşenko
N
redaktə- Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də dörd gözlə məktub gözləyir. Virciniya Vulf
Y
redaktə- Yaxşı bir sevgi məktubu yazmaq üçün nə yazacağını bilmədən yazmağa başlamalı və nə yazdığını bilmədən bitirmək lazımdır. Jan Jak Russo
- Yaşlı bakirə, poçtla əlaqəsi olmayan bir məktub kimidir. Macar atalar sözləri