Con Fitscerald Kennedi - (1917-1963), ABŞ-ın 35-ci prezidenti (1961-1963).

Con F. Kennedi
Doğum tarixi 29 may 1917
Doğum yeri Brookline
Vəfat tarixi 22 noyabr 1963
Vəfat yeri Parkland Memorial Hospital
Dəfn yeri Arlinqton milli qəbiristanlığı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahdan asan həyat istəməyin, Ondan sizi daha güclü etməsini istəyin.
  • Azad cəmiyyət kasıbların əksəriyyətinə kömək edə bilmirsə, bir neçə zəngini qoruya bilməz.
  • Bir insan ölə bilər, millətlər qurulub və ya devrilə bilər amma fikirlər hər zaman yaşayar.
  • Biz danışıqları bu prinsiplə apara bilmərik, "Mənimki mənimdir, sizinki barədə isə danışaq".
  • Biz heç bir zaman qorxudan danışıqlar aparmayacağıq və heç zaman danışıqlardan qorxmayacağıq.
  • Çin dilində yazılmış "böhran" sözü iki simvoldan ibarətdir: biri "təhlükə", digəri "imkan" deməkdir.
  • Demokratlarda bir seçimin cəhaləti bütün xalqın güvəni üçün təhlükədir.
  • Dinc inqilabı qeyri-mümkün edənlər şiddətli inqilabı qaçılmaz edir.
  • Düşmənlərinizi əfv edin, amma onların adlarını əsla unutmayın.
  • ...Hamımızı ümumi maraqlar, dənizə bağlılığımız və sevgimiz birləşdirir ... Bu sevginin nədən qaynaqlandığını bilmirəm. Bəlkə suyun sonsuz dəyişkənliyidir, ya da səthindəki gəmilər, bəlkə də hamımızın dənizdən çıxmağımızdır ... Axı bu bioloji bir həqiqətdir ki, damarlarımızda axan qanda, göz yaşlarımızda olduğu kimi, okeanların suyunda olduğu kimi eyni faiz nisbətində duz ... Biz dənizlə güclü şəkildə bağlıyıq və üzmək və ya sadəcə ona baxmaq üçün gəldiyimizdə, həmişə bir qayıdışdır. hardan gəldik...
  • Həqiqətin böyük düşməni çox vaxt yalan deyil - düşünülmüş, uydurma və vicdansız - əfsanədir - israrlı, inandırıcı və qeyri-realdır. Çox vaxt biz əcdadlarımızın klişelərindən (Bayağı, köhnəlmiş, çeynənmiş söz və ya ifadə.) yapışırıq. Biz bütün faktları əvvəlcədən hazırlanmış şərhlər toplusuna tabe edirik. Biz fikir narahatlığı olmadan fikir rahatlığından həzz alırıq.
  • Kilsə və dövlət arasındakı ayrılığın "mütləq" olduğu bir Amerikaya inanmıram.
(1960-ci ildəki bir danışığından)
  • Kitabxanalar senzuradan başqa hamıya açıq olmalıdır.
  • Komitə - bir nəfərin işini görən on iki adamdır.
  • Qələbənin min atası var, məğlubiyyət isə həmişə yetimdir.
  • Məmləkətiniz sizin üçün nə edəcəyini deyil, sizin məmləkət üçün nə edəcəyinizi düşünmənizin vaxtıdır.
  • Mənim olan mənimdir, sənin olan da, bu haqda danışarıq” prinsipi ilə danışıqlar apara bilmərik.
  • Öyrənən əziyyət çəkməlidir. Hətta yuxumuzda da unuda bilməyən ağrılar damla-damla qəlbə düşür, ümidsizliyimizdə isə bizim iradəmizə zidd olaraq Allahın qorxunc lütfü ilə bizə hikmət gəlir.
  • Soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən?[1]
  • Sülh gündəlik, həftəlik, aylıq bir prosesdir, tədricən fikirləri dəyişir, köhnə maneələri yavaş-yavaş aşır, sakitcə yeni strukturlar tikir.
  • Tərəqqiyə aparan ən yaxşı yol azadlıq yoludur.
  • Uçurumun kənarında deyil, zirvədə görüşmək daha yaxşıdır.
  • Vətənin sənin üçün nə edə biləcəyini soruşma, Vətənin üçün sənin nə edə biləcəyini özündən soruş.
  • Ya bəşəriyyət müharibəni bitirəcək, ya da müharibə bəşəriyyəti bitirəcək.

İstinadlar

redaktə