Corc Sevil Qalifaks

Corc Sevil Qalifaks - (11 Noyabr 1633 - 5 Aprel 1695), İngilis siyasətçi və yazıçı

Corc Sevil Qalifaks
Doğum tarixi 11 noyabr 1633
Doğum yeri Yorkşir
Vəfat tarixi 5 aprel 1695
Vəfat yeri London
Dəfn yeri Vestminster abbatlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Dinlə bağlı bütün mübahisələr, heç birinin sevmədiyi bir qadın üçün iki kişi arasındakı mübahisəni xatırladır.
  • Əksər insanlar partiyaya avamlıqdan girir, utandıqlarından çıxa bilmir.
  • Əsasən üç tip insan qanunları anlamır: onları yaradanlar, tətbiq edənlər və onları pozduqları üçün əziyyət çəkənlər.
  • Əsl ləyaqət çaylar kimidir: nə qədər dərindirsə, o qədər az səs çıxarır.
  • Hamımız bizə güvənənlərdən çəkinirik.
  • Hətta ən qabaqcıl partiya belə millət əleyhinə qəsddir.
  • Qanunlar öz sözünü deyə bilsəydi, ilk növbədə vəkillərə şikayət edərdilər.
  • Öyrəndiyimiz hər şeyi unutduğumuz zaman təhsil qalır.
  • Özünü idarə edən dünyanı idarə edir!
  • Şair üçün ən yaxşı keyfiyyət yaxşı yaddaşa sahib olmaqdır.
  • Tək bir dostun olmaması bədbəxtlikdir, amma dostu olmayanın düşməni də olmaz.

İstinadlar

redaktə