Corc Soros
Macarıstan-Amerika biznes maqnatı, investor və xeyriyyəçi
Corc Soros, (12 avqust 1930-cu ildə anadan olub) Macarıstan əsilli Amerikalı iş adamı? Spekulyant və filantrop
Corc Soros | ||||
Doğum tarixi | 12 avqust 1930 | |||
Doğum yeri | Budapeşt | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
redaktə- Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək - qürur mənbəyidir.
- Diqqəti cəmləmək məsələsinə gəldikdə, heç nə bu işdə təhlükə qədər mahir ola bilməz. Aydın fikirləşmək üçün mənə mütləq ilham lazımdır, risklə bağlı ilham.
X
redaktə- Xaos məni heyran edir. Əslində mən pulları belə qazanıram: maliyyə bazarlarında baş verən inqilabi tərəqqini dərk etməyə, başa düşməyə çalışıram.
M
redaktə- Mən bizneslə məşğul olduğumu düşünmürəm. Mən pullarımı digər insanların idarə etdiyi kompaniyalara qoyuram. Bu isə o deməkdir ki, mən əslində tənqidçiyəm. Sözün əsl mənasında mən bu baxımdan dünyada ən çox əməkhaqqı ödənilən tənqidçiyəm.
- Mən digər insanların irəli sürdüyü qaydaları qəbul etməmişəm. Əgər mən bunu etsəydim, bəlkə də artıq həyatda yox idim.
- Mən heç zaman verilmiş qaydalar çərçivəsinə oynamır, həmişə oyunun qaydalarını dəyişməyə çalışıram.
- Mən hesab edirəm ki, səhvlər və yanılmalar insanın həyatında mutasiya və biologiya qədər vacib rol oynayır.
- Mən həmişə maliyyə vəziyyətimin mənə verdiyi imkanlardan daha sadə yaşamışam.
- Mən kifayət qədər tənqidi ruhlu insanam və nöqsanları təkcə ətrafdakı insanlarda deyil, həm də özümdə axtarıram.
- Mən istənilən bir investisiya tezisində səhv axtarıram. Mən səhvi aşkar edəndə daha əminliklə hərəkət edirəm. Mən yalnız pozitiv tərəfləri görəndə nədənsə çox narahat oluram.
- Mən işləməyi sevmirəm. Mən sadəcə qərar qəbul etmək üçün lazım olan mütləq minimumu edirəm.
- Mən qanuna riayət edən insanam, amma elə rejimlər var ki, onlara tabe olmaq deyil, müqavimət göstərmək lazımdır.
- Mən maksimal dərəcədə nəzarət, lakin minimal dərəcədə tənzimlənmə tərəfdarıyam.
- Mən maliyyə bazarlarını öz fəlsəfi nəzəriyyələrimi sınaqdan keçirmək üçün bir laboratoriya kimi istifadə etmişəm.
- Mən ona görə diqqətimi karyera və pula cəmlədim ki, bizim cəmiyyət pulun əhəmiyyətinin həddindən artıq şişirdilməsinə meyllidir. Onlar dəyərləri pulla ölçməyə adət ediblər.
- Mən öz karyeramı quranda varlı və zəngin insanların rəyini soruşmadım, indi isə mənim belə bir imkanım olanda, buna ayıracaq vaxtım yoxdur.
- Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz.
- Mən yenə də əvvəlki tək özümü tamahkar və eqoist insan hesab edirəm... Mənim ehtiyaclarım həddindən artıq böyükdür və mən yenə də öz maraqlarımı hər şeydən üstün tuturam.
- Mənə dahi statusu vermələri məni çox əyləndirir.
- Məni həm minnətdarlıq, həm də yaltaqlıq eyni dərəcədə utandırır.
- Mənim qərarlarım nəzəriyyə və gizli bir daxili instinktin ahəngi əsasında qəbul edilir.
- Mənim özəlliyim ondadır ki, konkret bir investisiya tərzinə riayət etmirəm.
- Mənim prinsipim ondan ibarətdir ki, əvvəlcə sadəcə sağ qazanmaq uğrunda mübarizə aparmaq lazımdır, daha sonra qazanmaq.
- Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim.
Ö
redaktə- Öləndən sonra kiminsə mənim adımı xatırlaması mənim üçün əhəmiyyətli deyil, mən istəyirəm ki, hal-hazırda baş verən hadisələrin gedişatına təsir göstərə bilim.
P
redaktə- Pul-uğur üçün lazım olan komponentlərdən yalnız biridir, amma konkret şərtlər daxilində pul daha çox zərər gətirə bilər, nəinki xeyir.
S
redaktə- Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir.
U
redaktə- Uğura nail olmaq üçün fərqli-fərqli insanlar ilə aktiv ünsiyyət saxlamaqdan ötrü çoxlu boş vaxtın olmalıdır.
Z
redaktə- Zərurət olanda isə mən sadəcə qəzəblə işləyirəm, çünki işləmək məcburiyyətində olmağım məni dəhşət qəzəbləndirir.