Cozef Kudelka

Çex fotoqrafı

Cozef Kudelka - 10 yanvar 1938 - Çexiyalı fotoqraf.

Cozef Kudelka
Fayl:Josef Koudelka (2014).jpg, Josef Koudelka.jpg
Doğum tarixi 10 yanvar 1938
Doğum yeri Boskovitsə
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


F redaktə

  • Foto çəkərkən çox da düşünmürəm. Fotolentlərimə baxsanız, özünüzdən soruşa bilərsiniz ki, “Bu oğlan neyləyir?” Lakin mən fotolent və çap olunmuş fotolarla işləyirəm, həmişə onlara baxıram. İnanıram ki, işin nəticəsi içimdə dayanıb və fotonu çəkdiyim həmin an o üzə çıxır, bu haqda düşünməsəm belə, o üzə çıxır.

M redaktə

  • Mən intellektual, ya da filosof olmağa iddialı deyiləm. Mən sadəcə baxıram.

P redaktə

  • Praqada teatr fotoqrafı kimi ilk təcrübəm mənim iş tərzimə çox təsir etdi. Tam azadlığım var idi.Səhnədə aktyorlar arasında hərəkət edərək eyni səhnəni istədiyim qədər və müxtəlif üsullarla çəkə bilirdim. Bu, mənə verilən vəziyyətdən maksimum istifadə etməyi öyrətdi və mən bu metodu ümumilikdə bütün işlərimə tətbiq etməyə vadar oldum.

Ş redaktə

  • Şəkillərim haqqında özüm danışmıram, heç vaxt izah etmirəm.

T redaktə

  • Təkrar mənim üçün maraqlı deyil. Mən daha irəliyə necə gedəcəyimi bilmədiyim nöqtəyə çatmaq istəmirəm. Özünə məhdudiyyət qoymaq yaxşıdır, amma elə bir an gəlir ki, onda biz öz tikdiklərimizi dağıtmalı oluruq.

İstinadlar redaktə