Filosof
fəlsəfə ilə məşğul olan şəxs
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A Redaktə
- Alimin yaradıcılığı özünü istisna etmək, özündən uzaqlaşmaq, filosofun yaradıcılığı – özünü təsdiq etmək, özünə yaxınlaşmaq sayəsində mümkün olur. Əbu Turxan
- Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz “mən”inin açılışıdır. Əbu Turxan
- Alimlik səviyyəsi nə qədər yüksək olursa olsun, bədii-estetik təfəkkürlə birləşmədən filosofluq məqamına çatmaq mümkün deyil. Əbu Turxan
- Aristotel deyir ki, "Yalqızlıqda yaşamaq üçün, ya heyvan, ya da Allah olmaq lazımdır". Burda üçüncü hal çatışmır: hər ikisindən - filosof olmaq. Fridrix Nitsşe
- Arvadı gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof... Sokrat
B Redaktə
- Böyük filosoflarla tanış olmaq üçün keçmişə – tarixin dərinliyinə yox, ideya dünyasının dərinliklərinə baş vurmaq lazımdır. Əbu Turxan
- Bütün böyük sənətkarlar həm də ona görə filosofdurlar ki, onların əsərlərində mahiyyətlərin də təhkiyəsi var. Əbu Turxan
E Redaktə
- Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsınız, pis arvada rast gəlsəniz filosof olarsınız Sokrat:Qədim Yunan filosofu)
- Evli filosof komediya obrazıdır. Fridrix Nitsşe
Ə Redaktə
- Əgər bir filosof olmaq istəyirsinizsə, təhsilinizin zaman və məkanına, ana-babalarınızın və müəllimlərinizin sizə dediklərinə dayanan inanclardan əlinizdən gəldiyincə xilas olmağa çalışmalısınız. Bertran Rassel
- Ən ağıllı filosoflar da sarsaq suallara cavab verməkdə çətinlik çəkirlər. Hilon
G Redaktə
- Gəlir vergisi bəyannaməsi vermək üçün bir filosof olmaq lazım. Bir riyaziyyatçı öhdəsindən gələ bilməz. Albert Eynşteyn
- Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. Əbu Turxan
F Redaktə
- Filosoflar heç də həmişə fəlsəfi yaradıcılıq məqamında olmurlar. Lakin bircə dəfə də bu məqama yüksəlmiş adam ömrü boyu filosof adlandırılmağa layiqdir. Əbu Turxan
- Filosoflar heç din xadimi öldürməmişdir, halbuki din xadimləri çoxlu filosof öldürmüşdür. Deni Didro
- Filosofluq həyatdan sərf-nəzər edir, müdriklik həyatla iç-içədir. Əbu Turxan
- Filosofların nəzərində aləm üçdür: əqllər aləmi, nəfslər aləmi və cisimlər aləmi. Ş.Y. Sührəvərdi
M Redaktə
- Mən intellektual, ya da filosof olmağa iddialı deyiləm. Mən sadəcə baxıram. Cozef Kudelka
P Redaktə
- Pis adamdan yaxşı alim bəlkə də çıxar, amma yaxşı filosof çıxmaz. Əbu Turxan
T Redaktə
- Tanrım və ölümümün şahidləri: filosof kimi yaşadım, xristian kimi ölürəm. Cakomo Kazanova
V Redaktə
- Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[1] Mustafa Kamal Atatürk
Y Redaktə
- Yaxşı filosof düşündüklərini öncə öz həyatında yaşayır. Əbu Turxan
- Yalançı deyil, gerçək filosoflar şəhər-şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərinə görə bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist, bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər. Platon
- ↑ Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.